• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Astroloji proqnoz - 29 sentyabr

  • Qoroskop
  • 29 Sentyabr 2015 00:08
  • 1 432 Baxış
Astroloji proqnoz - 29 sentyabr

Qoç - çox mürəkkəb, ağır gündür. Sizə birbaşa dəxli olmayan münaqişəli situasiya yaranacaq. Məğlub tərəfi dəstəkləsəniz, itkilər verə bilərsiniz. Maliyyə maraqlarınızı müdafiə edin. Şübhəli layihələrə, avantüralara qatılmayın. Pulla və ya əmlakla risk etməyin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla mübahisələr adi günlərlə müqayisədə daha çox olacaq. Neqativ emosiyaların təsiri altına düşməyin. Sadəlövh insanların təkliflərinə aldanmayın.

Axşam saatlarında normal istirahət edin.

Buğa - asan olmayan, qarışıq və laübəli gündür. Məqsədə aparan yolda ciddi problemlər və çətinliklərlə qarşlaşmağınız istisna deyil. İradəli və qətiyyətli olmaqla bahəm, inadkar olun. Tərəfdaşlarla müttəfiqlər sizi dilə tutaraq optimal variant təklif etsələr də, məqbul bildiyiniz yolu seçin.

Maraqlarınız və sizə bel bağlayan insanların istəkləri arasında seçim məcburiyyətində qala bilərsiniz.

Günün ikinci yarısında qərarlarınızla əməlləriniz yaxın ətrafınızdakı insanlara qəribə təsir bağışlaya bilər. Axşam saatlarında aktiv olun.

Əkizlər - gün maraqlı görüşlər vəd edir. Sizi tez anlayacaq, hisslərinizi dərk edəcək insanla qarşılaşa bilərsiniz. Bu gün başlayacaq romantik münasibətlər harmonik inkişaf edə bilər. Bunun üçün hadisələrə süni təkan verməyin, təzyiq və ya pressinqə əl atmayın.

Günün ikinci yarısında enerjiniz dağıdıcı səciyyə daşımamalıdır. Texnika və ya avadanlıq sıradan çıxa bilər. Sükan arxasında çox vaxt keçirməyə dəyməz.

Axşam saatlarında gəzintiyə çıxın.

Xərçəng - diqqətli, sayıq, sərvaxt olun. Xırdalıqlara və ilk baxışdan önəmsiz təsir bağışlayan detallara fikir verin. Yaxın gələcəklə bağlı qayğılar, təlaş sizdə narahatlıq yarada bilər. Bütün diqqəti mühüm, aktual işlərə yönəldin. Maraqlı təkliflər alsanız da, tələsməyin. Tələsik qərar ziyanlıdır. Amma süst və astagəl də olmayın. Geciksəniz, bədxah və ya rəqiblərdən biri sizi mütləq şəkildə qabaqlayacaq.

Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Problemlərin həllində orijinal olun. Yardım istəməkdən çəkinməyin.

Şir - sənədlərlə iş və ya hesablamalarla müqayisədə ünsiyyət, təmaslar daha xoş keçəcək. Dəqiq və səliqəli olun. Sayıq davranmağınız gərəkən yerdə düşünülməmiş addımlar atsanız, çox ağır fəsadlarla qarşılaşa bilərsiniz.

Yaradıcı yanaşma tələb edən işlərdə isə irəliləyişlər ola bilər. İntuisiya sizə dürüst yolu göstərəcək. Təcrübəli insanların məsləhətlərinə qulaq asın.

Günün ikinci yarısında səfər və ya səyahətə çıxmaq fikriniz varsa, bunun düşündüyünüzdən artıq vaxt aparacağına hazır olun. Şəxsi münasibətlərdə yaranmış problemin həlli ilə bağlı mühüm xəbər ala bilərsiniz.

Ehtiyatlı olun, düşünülməmiş addım atmayın.

Qız - həyatınızda köklü dəyişikliklərə nail olmaq istəyirsiniz? Bu gün işə başlayın. Situasiyanı dərindən hiss etməyə çalışın. Mövqeyinizi məntiqi arqumentlərlə dəstəkləyə bilməsəniz də, irəliləyin, aktiv olun. Boş dayanmayın. İntuisiyanız güclüdür. Az sonra baş verə biləcək hadisələri qismən də olsa, təxminləməyə çalışın.

Günün ikinci yarısında orijinal ideyaları, maraqlı təklifləri olan insanlar sizə müraciət edəcəklər.

Səfər və səyahətlər üçün əlverişli zamandır. Yolda xoş təəssüratlarla qarşılaşa bilərsiniz.

Tərəzi - yaxşı çalışa bilərsiniz. Peşəkar məsələlərin öhdəsindən gəlmək üçün var gücünüzlə çalışın. Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri azdır. Sevdiyiniz insanla təmaslarda ciddi fikir ayrılığı və ya ixtilaf yarana bilər. Güzəşt əldə etmək, ortaq məxrəcə gəlmək çətinləşir.

Günün ikinci yarısında hadisələrə süni təkan verməyin. Az sonra yeni şərtlər yaranacaq, yeni məlumat əldə edəcəksiniz. Sövdələşmə və ya razılaşmaya nail olmaq mümkündür.

Alış-veriş üçün münasib vaxtdır. Bədxərclik etməyin, pullarınızı ağılla xərcləyin. Uzaq perspektivlə bağlı planlar qurmaq olar. Situasiyanı ciddi təhlil edin, durumun mənfi və müsbət yönlərini dəyərləndirin.

Əqrəb - şəxsi münasibətlərdə pozitiv dəyişikliklər ola bilər. Yaxınlarınızla təmaslarda harmoniyaya can atın. Sevdiyiniz insanları anlamağa, onları dinləməyə çalışın. İşlərinizdə ertələmə və ya təxirəsalmalara yol verməyin.

Ev işləri, yaşam arealında yenilikliklər üçün əlverişli zamandır.

Kulinar eksperimentlər uğurlu olacaq.

Günün ikinci yarısında fəaliyyətinizdə ciddi irəliləyişlər olmayacaq. Hətta ən kiçik uğurlarınız belə yaxın ətrafınızdakı insanlardan birində hədsiz paxıllığa səbəb olacaq. İşdə rəhbərliklə mübahisə etməyin.

Oxatan - ehtiyatlı olun. Travmalar, zədələr riski var. İtkilər, xoşagəlməz hadisələr istisna deyil. Təkbaşına çalışmaqdan, şübhəli işlərə, aşkar avantüralara qoşulmaq ideyasından çəkinin.

Məhkəmə çəkişmələri, hüquqşünaslarla məsləhətləşmə, əmlak məsələlərinin həlli üçün əlverişsiz zamandır.

Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar əldə edə bilərsiniz. Şəxsi münasibətlərdəki problemi həll etmək üçün özünüzə kənardan baxın, davranışınızda dəyişikliklər edin.

Axşam saatlarında aktiv istirahəti seçin.

Oğlaq - başqalarının problemlərini həll etmək üçün izafi səylər göstərməyin. Öz çətinliklərinizin aradan qaldırılmasının yollarını düşünün. Çoxdan bəri sizə qarşı məkrli planlar quran bədxahlardan birinin öhdəsindən gələ bilərsiniz. Sürəkli mübarizə apardığınız insanı tərksilah edin. Aktiv, enerjili, iradəli olun.

Günün ikinci yarısında rəqiblərinizi üstələməyin variantlarını hesablayın.

Dəvət olunduğunuz yerə qatılmaq üçün pis vaxt deyil. Maraqlı tanışlıq və yaddaqalan görüş sizi gözləyir.

Dolça - yaşamınızı çətinləşdirməyin, həyatınızda əlavə problemlər yaratmayın. Dəqiq və sərrast qərarlar göz qarşısındadır. Çətinliklərin həlli üçün baş sındırmayın. Sadəcə, istədiyiniz variant seçin.

Qeyri-formal şəraitdə həmkarlarla görüş və müzakirə üçün münasib zamandır. Şaiyə və iddialardan faydalı məlumat əldə etmək olar.

Dəyər verdiyiniz insandan günün ikinci yarısında maraqlı xəbər alacaqsınız. Qəfil dəvət ola bilər. Sadə, səmimi, təvazökar davranın. Belədə ətrafınızdakı insanların diqqətini cəlb edə bilərsiniz.

Balıqlar - mürəkkəb, ziddiyyətli, qarışıq və gərgin gündür. Əhvalınız tez-tez dəyişəcək. Hər şeyə rəğmən nikbin davranın, özünüzə əmin olun. Bədbinliyə qapılmayın, ruhdan düşməyin.

Maraqlana biləcəyiniz işi tapmaq asan deyil.

Günün ikinci yarısında macəra, yaddaqalan istirahət istəyi yarana bilər. Fəqət bu arzular çin olmayacaq.

Axşam saatlarında gəzintiyə çıxın. Bir qədər fiziki iş pis olmaz./milli.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR