Qoroskop
Astroloji proqnoz - 09 oktyabr
Qoç - səhər saatlarından etibarən aktiv olun,
rəqibləri üstələməyə çalışın. Çətin, həlli ağır təsir bağışlayan
problemlərin çözülməsində təşəbbüs və qeyri-adi variantlar
məsləhətli davranışdır. Yaxın ətrafınızdakı insanların dəstəyi
sayəsində yaxşı nəticələr əldə edə bilərsiniz.
Günün ikinci yarısında tanışlardan biri yardım təklif edəcək.
Təklifi müsbət cavablandırın. Eqoist və müştəbeh insan təsiri
bağışlamayın. Təcrübə və imkanlarınıza şübhəniz varsa, yeni işə
başlamayın.
Axşam saatlarına yaxın təəssüratların ilkin izharlarına aldanmayın.
Yaxınlarınızla ünsiyyət xoş saatlar bəxş edəcək.
Buğa - səhər saatlarından etibarən yalan ümid
və vədlərə aldanmayın. Əsas planınıza riayət edin. Səhər işə
gedəndə evdəki elektrik əşyaların söndürüldüyünü yoxlayın.
Günün ikinci yarısı gözlənilməz görüş, qəfil informasiya və ya
həyəcan vəd edir.
Qətiyyət və əminliyin çətinlik yaratdığı problemlər ünsiyyət,
məsələlərinin müzakirəsi, ən pis halda yazışma ilə
çözülməlidir.
Nizamlı işdəki qəfil sapıntılar və nöqsanlar, texnika və
avadanlığın sıradan çıxması sizi qorxutmasın. Çətinliyi çözməyə
çalışın.
Əkizlər - günün ilk yarısı uğur vəd edir.
Pozitiv olun. Ən kiçik çətinlik və cüzi problemlər sizdə bədbinlik
yaratmasın. Əhvalınızdakı harmoniyanın pozulmasına imkan verməyin.
İşlərdə zəhmətkeş olsanız, səyləriniz yaxşı nəticə verəcək.
Günün ikinci yarısında məişət qayğıları vaxtınızı alacaq. Ailə
üzvlərinin tələblərini nəzərə alın, deyilən sözləri qulaqardına
vurmayın. Yardıma ehtiyacı olan insana kömək edin.
Axşam saatlarında evdən kənarda istirahət etmək olar. Dəvət
aldığınız yerə gedin.
Xərçəng - yeni işlərə başlamazdan əvvəl əvvəlki
işləri tamamən başa vurun. Yarımçıq qalmış işlər arzuolunmaz
ballast rolunu oynaya bilər. Böyük fiziki və intellektual gərginlik
tələb edən layihədə tələsmədən irəliləyin. Düşünülmüş addımlar
atın.
Günün ikinci yarısında aramla çalışın, tələskənliyə yol verməyin.
Köhnə əlaqələrin bəzilərini bərpa etmək mümkündür. Soyuqqanlı olun,
amma laqeydlik etməyin.
Axşam saatlarına yaxın intuisiyanız güclənəcək. Romantik görüş üçün
münasib zamandır.
Şir - kollektivdə mühit gərginləşə bilər.
Münasibətlərin aydınlaşdırılmasına çalışmayın. Xüsusilə də
qadınlarla dartışmayın. Fiziki işlə məşğul olmaq, əşya daşımaq,
məşq etmək, piyada gəzmək çox xeyirdir.
Mənzil-kommunal sahəsi ilə bağlı problemlər yarana bilər. Ərzaq
məhsullarının kefiyyətini yoxlayın.
İstirahətin sakit variantını seçin.
Əhvalınız qəflətən dəyişə bilər. Daha doğrusu, əhvalınızı bir adam
korlayacaq.
Qız - bu gün az qala hər addımda sürpriz, qəfil
hadisə və ya gözlənilməz söz ilə qarşılaşa bilərsiniz. Durumun
təhlükəsizliyi kiminlə işləməyinizdən və münasibətlərinizin hansı
səviyyədə tənzimlənməsindən asılıdır.
Yollarda, insanların çox olduğu yerdə təhlükə riskinin dolaşdığı
gündür.
Əyləncələri təxirə salın, özünüzü təhlükəsiz hiss etdiyiniz yerdə
qalın.
Danışıqlar və müzakirələr nəzarətdən çıxa bilər. İnadkar olun,
güzəştə getməyin.
Fiziki işlə məşğul olmaq məsləhətdir.
Tərəzi - günün ilk yarısında süst davranmayın,
aktiv olun. Daxili şübhələrinizi səsləndirməyin. Hansısa insandan
bədgüman olsanız, fikrinizi və ya mövqeyinizi bəyan etməyin. Yaxın
ətrafınızdakı insanlara boş vədlər verməyin. Əks halda nüfuzunuza
zərbə dəyə bilər.
Günün ikinci yarısında etibar etmədiyiniz insanlara mübhəmlərinizi
etibar etməyin.
Hisslərə qapılaraq alış-verişdə bədxərclik etməyin. Maliyyə
məsələləri ilə bağlı yaxınlarınızla kəskin mübahisələrə başlamayın.
Güzəştlərə meylli olun.
Əqrəb - adət etdiyiniz işlərlə məşğul olun,
ənənəvi proseslərə üstünlük verin. Sürətli qərarlar, kreativ
yanaşma, böyük zaman və ya maliyyə tələb edən işlərə başlamayın.
Faydalı əlaqələr, indiyədək nail olduğunuz təmaslar dadınıza çata
bilər.
Günün ikinci yarısında çalışdığınız məkanda rəhbərliklə və
həmkarlarınızla münaqişəli situasiyanın yaranmasının təşəbbüskarı
olmayın. Əks halda gərgin ab-hava bütün planlarınızı alt-üst edə
bilər.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Oxatan - səhər saatlarında qarşınızda çox
yollar açılacaq. Şansları yetərincə dəyərləndirməyə çalışın.
Məqsədlərə çatmaq, niyyətləri reallaşdırmaq üçün imkanlar var.
Günün ikinci yarısında gərginlik, daxili təbəddülatlar istisna
deyil. Ötən günləri xatırlayıb köks ötürməyin, nisgilə
qapılmayın.
Uzun müddət dəyər verdiyiniz insanla qəfil görüş güclü emosiyalar
yaradacaq. Hisslərinizi anlamağa cəhd göstərin.
Oğlaq - səhər saatlarından etibarən aktiv
çalışın. Yaradıcı olun, problemlərin həllində orijinal
variantlardan yararlanın. İş yerində təşəbbüskar olun. Belədə
rəhbərlik sizi yetərincə dəyərləndirəcək, məqsədə doğru daha
sürətlə irəliləmək imkanları qazanacaqsınız.
Günün ikinci yarısında mümkün qədər çox çalışaraq maksimal
nəticələr əldə etməyə can atmayın. Çox iş çox uğur demək deyil.
Karyeranızı düşünün, planları təftiş edin.
Axşam saatlarında gərginlikdən qurtulun. Stresslər səbr kasanızı
daşdırmamalıdır. Romantik görüş, yaxşı ünsiyyət ola bilər.
Dolça - təmkinli, səbrli olun. Emosiyaların
əsirinə çevrilməyin. Fəaliyyət müstəvisində formalaşa biləcək ən
ağır situasiyada belə, düşünülməmiş addım atmayın. Müstəqil
işləsəniz, cəhdləriniz yaxşı bəhrə verəcək.
Günün ikinci yarısında kollektiv fəaliyyət diqqətinizi yayındıra
bilər. Ən optimal strategiyanı seçin. Hisslərin məntiqi
üstələməsinə imkan verməyin.
Yaxın ətrafınızdakı insanların dediklərinə çox fikir verməyin. Hər
sözü ürəyinizə salmayın.
Balıqlar - günün ilk yarısında ətrafınızdakı
situasiyaya diqqətlə nəzər salın. Zəruri fəaliyyət planını
hazırlayın. Az danışın, daha çox iş görün.
Günün ikinci yarısında səbrli və təmkinli davrsanız, qarşınıza
çıxacaq problemləri asanlıqla həll edə bilərsiniz. Məqsədə doğru
qətiyyətlə irəliləyin.
Axşam saatları maraqlı və xoş insanla təmaslar, ünsiyyət üçün
əlverişlidir.
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar