NASA-dan həyəcan: Yerə nəhəng asteroid yaxınlaşır
Bizi izləyin

Qoroskop

NASA-dan həyəcan: Yerə nəhəng asteroid yaxınlaşır

“2015 TB145” adlandırılan nəhəng asteroid oktyabrın 31-də Yer kürəsinə maksimum yaxınlaşacaq.

Publika.az xəbər verir ki, NASA mütəxəssisləri nəhəng asteroidin saniyədə 35 kilometr sürətlə Yerə doğru ərəkət etdiyini bildiriblər. İngilisdilli ölkələrdə “Halloween” gününün qeyd olunduğu oktyabrın 31-də kosmik obyekt bizim planetə 9 il ərzində ən yaxın məsafədən – 499 min kilometr aralıdan keçəcək. Bu da Yerdən Aya qədər olan məsafənin 1,3 nisbətinə bərabərdir.

Mütəxəssislərin hesablamalarına görə, səma cisminin diametri 280 metrdən 620 metrə qədər ola bilər. Alimlər asteroidin Yer kürəsinə heç bir təhlükə törətməyəcəyini düşünürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm