Qoroskop
Astroloji proqnoz - 22 oktyabr
Qoç - Enerjili, iradəli, qətiyyətli olun.
Məqsədyönlü hərəkət və fəaliyyət üçün uğurlu zamandır.
İmkanlarınızı və potensialınızı obyektiv dəyərləndirin.
Vədlərə aldanmayın, şirnikləndirici təkliflərə inanmayın.
Günün ikinci yarısında yaranacaq problemlərin optimal həll
yollarını arayın. Bütün maneələri və sədləri dəf edə biləcəksiniz.
Əvvəlcədən planlaşdırdığınızdan da artıq işlər görə bilərsiniz.
Fiziki işdə xeyir var. İdmanla məşğul olun.
Münasibətlərinizdə spontanlığa ehtiyac duyulur.
Buğa - Hissiyyatınıza inanın. İntuisiyanız
əsasında hərəkət edə bilərsiniz. Kənardan məsləhətlərə çox qulaq
asmayın. Onların əksəriyyətinin reallıqla heç bir əlaqəsi yoxdur.
Məntiqli və soyuqqanlı olun.
Günün ikinci yarısında ideyalarınızdan birini reallaşdırmağa
başlayın. Vaxtınızı fövtə verməyin, mənasız işlərlə məşğul
olmayın.
Yeni əməkdaşlığa başlamaq üçün əlverişli zamandır. Tərəfdaşlarla
münasibətlərdə müəyyən nüansları konkretləşdirmək zamanıdır.
Axşam saatlarında bütün işləri unudaraq istirahət edin.
Əkizlər - Qarışıq, mürəkkəb gündür. Həllini
tələb edən məsələlərin, problemlərin sayı sürətlə artacaq. Uzun
müddətdən bəri çözülməmiş qalmış mübahisəli məsələnin nizamlanması
ilə məşğul olun. Amma bununla belə, problemlərin miqyasını süni
şəkildə böyütməyin.
Günün ikinci yarısında maneələrin aradan qaldırılmasında astagəllik
etməyin. Dövlət qurumlarına baş çəkməyi təxirə salmayın.
Başladığınız işləri yarımçıq qoymayın.
Dəyər verdiyiniz insanla münasibətləriniz sınağa çəkiləcək.
Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng - Tərəfdaş və şəriklərlə münasibətləri
təftiş etməyin zamanıdır. Yalnız özünü düşünən insanlardan uzaq
durun. Mənafelərinizi başqalarının maraqlarına qurban verməyin.
Zərurət yaranarsa, sərt davranın.
Günün ikinci yarısında yeni əlaqələr yaradın. Mövcud təmaslar
arasında qeyri-effektiv olanları dayandırın. Ballastdan, irəliyə
doğru hərəkətinizi əngəlləyən yükdən qurtulun.
Ünvanınıza sərt iradların və tənqidlərin səslənəcəyinə hazır
olun.
Axşam saatları romantik anlar vəd etmir. Hisslərin etirafına
tələsməyin.
Şir - Sayıq və ehtiyatlı olun. Yaranan
çətinlikləri araşdırmamış həllə başlamayın. Yaşananların aydın
mənzərəsinə nail olmaq üçün biliklərinizdən faydalanın. Obyektiv
olun, hisslərə qapılmayın.
Günün ikinci yarısında hadisələrin mahiyyətini anlayın. Yeni
tərəfdaş və ya dost qazana bilərsiniz.
Dəyər verdiyiniz insanlarla təmaslarda eqoistlik etməyin.
Səmimiyyət bir çox problemləri aradan qaldıra bilər.
Axşam saatlarında ailəvi istirahəti seçin.
Qız - Qüvvənizə əmin olun, şübhələrə
qapılmayın. Ən ağır işin öhdəsindən asanlıqla gələ bilərsiniz.
Məqsədlərə çatmaq üçün effektiv fəaliyyətə ehtiyac duyulur. Maraqlı
sifariş və ya tapşırıq olarsa, cari işləri unutmayın. Rutinlikdən
qaçmaq mümkün deyil.
Günün ikinci yarısında çalışdığınız kollektivdə zəhmətkeş, səmimi
insan olun. Mübahisələrə qatılmayın, əlavə münaqişələr
yaratmayıvn.
Gündəlik qayğıların həllində qeyri-ordinar həllərdən yararlana
bilərsiniz.
Qarşı tərəfin ideyalarına və istəklərinə daha çox vaxt ayırın.
Tərəzi - Çevik, mütəhərrik olun. Praqmatizmi
unutmayın, emosiyalara uymayın. Ciddi irəliləyişə nail olmaq
istəyirsinizsə, zəhmət çəkməli, problemləri həll etməlisiniz.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün imkanlarınızdan maksimum
yararlanın.
Günün ikinci yarısında həmkarlarınız sizdən yardım və ya məsləhət
istəyəcəklər. Əla bələd olduğunuz sahədə ekspert kimi çıxış edə
bilərsiniz. Nəzəriyyəyə aludə olsanız, sizi dinləməyəcəklər.
Spontan, aqressiv davranmayın.
Eqoist insan təsiri bağışlamayın.
Əqrəb - Cari işlərdə uğur əldə etmək
imkanlarınız artır. Yeni layihəni və ya sifarişi uğurla reallaşdıra
bilərsiniz. Qətiyyətli, iradəli olun. Mənasız söhbətlərə
qatılmayın. Yaramaz insanlardan uzaq durun.
Günün ikinci yarısında rəqibləri üstələyin. Ümumiyyətlə, rəqabətdə
bütün vasitələri məqbul sayan insanın dərsini vermək zamanı
çatıb.
Mühüm xəbərin alınması, işgüzar məktubun gəlişi istisna deyil
Axşam saatlarında ünsiyyətdə anlaşılmazlıq və mübahisə
yaranacaq.
Oxatan - İdarəetmə və iqtisadiyyat sahələrində
biliklərinizi artırmalısınız. Yeni təcrübə əxz etməyə çalışın.
Fəaliyyət sahəsindəki uğurlarınızı artırmaq istəyirsinizsə,
soyuqqanlı olmalısınız. Sirlərinizi bölüşməyə tələsməyin.
Günün ikinci yarısında situasiyaya uyğun hərəkət edin. Tələsik
qərarlar verməyin. Yaxın ətrafınızdakı insanların abstrakt
məsləhətlərinə qulaq asmayın. Konkret işlərin həlli ilə məşğul
olun. Sənədləşdirmədə diqqətli olun. Başa vurmadığınız işin
bitdiyini sanmayın.
Sevdiyiniz insana axşam saatlarında hədiyyə verin.
Oğlaq - Birmənalı gün deyil. Çətinliklərin sayı
artacaq. Bütün diqqəti işə yönəltmək gərəkdir. Dövlət qurumlarının
bürokratik tələbləri sizi geri çəkilməyə vadar etməməlidir. İşdə
nəzarət güclənəcək.
Günün ikinci yarısında sizdən az qala hər addım üçün hesabat tələb
olunacaq. İşgüzar fəaliyyətlə şəxsi həyat arasında balans tapmaq
gərəkdir. Axşam saatlarını dəyər verdiyiniz insana ayırın.
Pozitiv olun.
Dolça - İllüziyalara qapılmayın. Real işlərə
üstünlük verin, xülyalardan qurtulun. Hadisələrə nəzarət etmək üçün
zəruri rıçaqlara yiyələnməsəniz, olaylar əleyhinizə işləyəcək.
Yeni layihəyə başlayıbsınızsa, çətinliklər istisna deyil.
Günün ikinci yarısında kiçik maneələr və sədlər sizi
usandırmamalıdır. Bədbinliyə qapılmayın. Nikbin olun.
Resurslarınıza yenidən nəzər salın, potensialınızı dəyərləndirin.
Şəxsi münasibətlərdə aktivliyi azaldın.
Yeni məlumatlar və informasiya əldə etməyə çalışın.
Balıqlar - Səhər saatlarından etibarən peşəkar
fəaliyyətinizlə bağlı məsələləri həll etməyə çalışın. Xidməti
səlahiyyətlər çərçivəsini aşmayın. Əlavə imkanlar aramayın.
Günün ikinci yarısı sənədləşdirmə ilə bağlı işlər, hesabatların
hazırlanması üçün əlverişlidir. Gərəkli məlumatları vaxtında əldə
etmək üçün bütün vasitələrdən yararlanın. Qarşılıqlı əlaqələri
gücləndirin. Həmkarlarla təmaslarda aktiv olun.
Dəyər verdiyiniz insanla ünsiyyətdə kreativlik nümayiş etdirin.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR