Astronomlar planetləri dağıdan “ölüm ülduzu”nu aşkarladılar
Bizi izləyin

Qoroskop

Astronomlar planetləri dağıdan “ölüm ülduzu”nu aşkarladılar

Amerika astronomları planetləri məhv edən “ölüm ulduzu”nu (“Death Star”) aşkarlayıblar.

Publika.az xəbər verir ki, bu barədə “Nature” jurnalında bildirilir.

Nəşrin yazdığına görə, astronomlar böyük planetin ondan uzaqdakı “ağ cırtdan” ulduzunun ətrafında “ölüm spiralı” cızaraq məhv olduğunu müşahidə ediblər. Alimlər ilk nəticələri “Kepler” kosmik teleskopun köməyi ilə əldə ediblər. Astronomların söylədiyinə görə, ilk olaraq 4 saat yarımdan bir adi ulduz axını başlayıb və həmin böyük planet “ölüm ulduzu”ndan təxminən 830 min kilometr uzaqlıqda yerləşirdi.

“Ölüm ulduz”unun özü Yer kürəsindən 570 işıq ili məsafəsində yerləşir.

Bundan başqa, alimlər yaxın orbitlər üzrə uçan başqa qırıntıların izlərini tapıblar. Alimlərin sözlərinə görə, məhvedici “ağ cırtdan” ulduzu planetləri və ya asteroidləri udaraq dəmir, silisium, selenium və oxşar elementlərlə “çirklənirlər”. Bu tip ulduzlar optik spektrdə ağır kimyəvi elementlərin mövcudluğunun bilavasitə ilk sübutu hesab edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm