Qoroskop
Astroloji proqnoz - 31 oktyabr
Qoç - gün sizin üçün uğurlu keçəcək. Həm öz
işləriniz, həm də başqaları üçün gördüyünüz işlər uğurlu alınacaq.
Özünüzü tam bir lider kimi hiss edə bilərsiniz. Sizdə insanları
arxanızca aparmaq qabiliyyəti var. İş söhbətləri çox yaxşı keçir.
Ola bilsin ki, sizdən yaşca böyük qadınların məsləhəti sizə lazım
olsun.
Həyatın hər bir anını izləyin ki, öz şansınızı qaçırmayasız.
İnsanlarla ünsiyyətdən qaçmayın, çünki özünüzə köməkçi və tərəfdaş
tapa bilərsiniz.
Buğa - bu gün pozitiv fikirlər sizi cənginə
alacaq. Bu günün yeganə təhlükəsi - israfçılıq və maliyyə itkiləri
ola bilər. Bu da sizin ekstravaqantlığınızdan irəli gəlir. Öz
intuisiyanıza inanın! Çünki sizin intuisiyanız çox güclüdür.
Adətləri pozmaq lazım deyil, sadəcə aldığınız məsləhətləri düzgün
qiymətləndirin.
Yeni eksprimentlərə hazır olun. Öz professionallığınıza və
fikirlərinizə güvənin. Ola bilsin ki, mübahisə etdiyiniz şəxslə
aranız düzəlsin. Hər şey sizdən asılıdır.
Əkizlər - pis gün deyil, bəzi hadisələr sizi
sevindirəcək. Bu günü elə planlaşdırın ki, faydalı işlərlə maraqlı
işlər bir-birini əvəz etsin. İşgüzar görüşlər yaxşı keçir, əvvəllər
sizin nöqteyi-nəzərinizlə razılaşan insanların dəstəyini qazana
bilərsiniz.
Əgər uzağa getməlisinizsə, o zaman hazırlıqlara diqqətlə yanaşın.
Səfərlər uğurlu keçəcək. Axşam yeni tanışlıqlar da ola bilər, lakin
bu tanışlıqların romantik davamına ümid bəsləməyin.
Xərçəng - öz planlarınıza yenidən baxın, əsas
olanları ikinci dərəcəlilərdən ayırmağa çalışın, lazımsızları
kənarlaşdırın. Bu gün bir sıra xoş sürprizlərlə qarşılaşacaqsınız.
Bəzi vərdişlərinizi tərgitməli olacaqsınız, lakin sonda bu, sizi
sevindirəcək.
Qohumlarınızla münaqişələrin olacağı ehtimalı da var. İnsanlarla
ünsiyyət zamanı diqqətli olun ki, münaqişələrdən yayına
biləsiniz.
Şir - siz doğru yol seçmisiniz və ondan
yayınmayın. Öz planlarının üstündə duranların uğur üzünə güləcək.
Nə istədiyinizi yaxşı bilirsiniz, bu da sizə kömək edəcək ki,
lazımsız narahatlıqlar yaşamayasınız.
Günün ikinci yarısında maraqlı və romantik görüşlər ola bilər.
Lakin çox ümidlənməyin ki, sonradan da məyus olmayasınız.
Qız - bu gün uğur qazanmaq istəyirsizsə, az
risk edin və tələsməyin. Bu gün uğur qazana bilməyənlər ancaq
tənbllər ola bilər. Vaxt itirməkdən qorxmayın. Siz nəyə can
atırsız, o, sizdən qaçmayacaq. Dəqiq fənnləri öyrənmək üçün çox
əlverişli bir gündür.
Özünüzdən böyük qohumlarınızla mübahisələriniz düşə bilər. Maliyyə
məsələlərinə aid söhbətlərdə bir fikrə gəlmək çətin olacaq. Siz
digərlərinin fikrinə qulaq asmağa elə də meylli deyilsiz, bu da
probelmlərin yaranmasına gətirib çıxaracaq.
Tərəzi - çox çətin bir gündür. Qarşınızda duran
sualların çoxuna cavab tapa bilməyəcəksiniz. Hərdən özünüzə
inamınızı itirirsiniz. İşlərin sizin xeyrinizə başa çatacağına heç
bir ümidiniz yoxdur. Bəzi asılı olduğunuz insanlar var ki, onlarla
yola getmək bir az çətin olacaq.
Evdə yaxınlarınız sizi başa düşməyəcəklər. Siz onlara nə
istədiyinizi və nə üçün mübarizə apardığınızı yenidən başa salmalı
olursunuz. Sevdiyiniz insanla aranızda ciddi problemlər olacaq.
Əqrəb - əgər sizin qarşınızda böyük məqsədlər
varsa, həmin məqsədi reallaşdırmaq üçün bugünkü böyük şansınızdan
istifadə edin. Ancaq bunun üçün çoxlu çalışmalısınız. Böyük
insanlarla konfliktlər ola bilər, ancaq maraqlı məqam odur ki, siz
bu mübarizədən qalib ayrılacaqsız.
Pullarla bir az diqqətli olun. Pulunuzun miqdarı kəskin sürətdə
azala bilər. Sizə əsəb gətirən ünsiyyətlər ola bilər. Ancaq
bunlardan dərs götürmək lazımdır.
Oxatan - çətin vəziyyətə düşə bilərsiniz.
Problemləri təkbaşına həll etməyi ağlınıza belə gətirməyin. Əgər
siz kömək üçün kiməsə müraciət etsəz, vaxta və gücünüzə qənaət
etmiş olarsınız. Bu günə vacib görüşləri sala bilərsiniz. Çünki hər
şey sizin istədiyiniz kimi olacaq. Əkizlər bu gün həm də iş yerini
və ya evini dəyişə bilərlər. Bunun üçün əlverişli bir gündür.
Günün ikinci yarısında çox etibar etdiyiniz şəxslə fikir ayrılığı
ola bilər. Əsəbi olarkən heç bir qərar verməyin. Çünki bir az
keçəndən sonra başa düşəcəksiz ki, siz səhv fikirləşirdiniz.
Oğlaq - Heç nədən qorxmayın. Bu günün həyəcanı,
sınağı sizin nə qədər cəsarətli və əmin olduğunuzu göstərəcək. Əgər
siz qarşınıza məqsəd qoysaz, hər bir çətinliyin öhdəliyindən
gələcəksiz. Problemlərin həlli üçün yeni yollar axtarmalısınız və
gələcək üçün planlar qurmalısınız. Tənbəl şirlər ancaq aza qane
olanlardır, amma gözəl vaxt keçirəcəklər.
Sizi xoş sürprizlər gözləyir. Köhnə tanışınızı müsbət mənada yeni
imic və formada görəcəksiniz.
Dolça - Gün elə də pis keçmir, amma bir problem
ola bilər ki, siz öz bacarıqlarınıza inanmırsız və onları
qiymətləndirmirsiz. Buğalar elə bir işdən yapışırlar ki, bu iş
onlara görə deyil, qədərini bilmədən sağa-sola pul xərcləyirlər və
özlərinə kiçik də olsa, düşmən qazanırlar. Əgər ciddi problemlərlə
üzləşmək istəmirsinizsə, bütün işlərə ciddi yanaşın.
Bu gün evdə və ofisdə səliqə salmağın vaxtıdır. Evdə məişət işləri
ilə məşğul olacaqsınız. Çalışın qohumlarla mübahisə etməyin. Çünki
ciddi bir mübahisə olsa, sonra barışmaq çətin olacaq.
Balıqlar - bu günün əkizlər üçün sürprizlər və
gözlənilməz hadisələrlə dolu bir gün olacağı gözlənilir. Çox güman
ki, bunlara görə siz öz planlarınızı dəyişəcəksiniz. Evdə texniki
məsələlərlə, evin təmiri və digər məişət ilə bağlı problemlər çıxa
bilər.
Ancaq gün çox dolu bir şəkidə keçəcək. Yəni bütün günü məşğul ola
bilərsiniz. Ola bilsin ki, bəzi tədbirlərə gedəsiz. Siz heç bir
əmək sərf etmədən insanları başa düşürsüz və onların simpatiyasını
qazanırsız. Maliyyə məsələlərində uğur gözlənilir. Özünüzə
zərgərlik əşyaları ala bilərsiz.
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT