• USD 1,7238 +0,10% EUR 1,8536 -0,47%
    • GBP 2,1441 +0,33% RUB 0,0304 +0,66%

Səbuhi Rəhimlidən martın 21-nə olan astroloji proqnoz

  • Qoroskop
  • 21 Mart 2014 00:19
  • 2 097 Baxış
Səbuhi Rəhimlidən martın 21-nə olan astroloji proqnoz

QOÇ - Nəzərə alın ki, bu təqvim hamıdan çox məhz sizin bayramınızdır. Həm Zodiaka "rəhbərlik" edirsiniz, həm də Bahar enerjisi sizi hamıdan şanslı etməkdədir. Həyatsevərliyinizi artırın.

BUĞA - Səmərəli addımlar atmaq üçün ideal gündür. Bayram günü olmasına baxmayaraq, perspektivdə duran məsələləri müzakirə etmək olar. Şəxsi büdcənizi artırmaq imkanınız da var.

ƏKİZLƏR - Ümumi götürsək, maraqlı bir təqvimin iştirakçısına çevriləcəksiniz. Bayram olsa da, nəzərdə tutduğunuz işlərin çoxunu reallaşdıra biləcəksiniz. Axşam qonaq getməyə dəyər.

XƏRÇƏNG - Yeniliklərlə dolu bir gün yaşayacaqsınız. Gəzintiyə çıxın, imkan daxilində özünüzə və ya ehtiyacı olan yaxınlarınıza təzə nəsə alın. Mübahisədən isə uzaq olun.

ŞİR - Davranışlarınızı tənzimləyin. Bütün kainatın dirçəldiyi indiki məqamda həyata, insanlara mülayim yanaşmağınız vacibdir. İşgüzar planlarınızı təxirə salın.

QIZ - Həm islama, həm də zərdüştlüyə görə, müqəddəs bir günlə üz-üzəsiniz. Deməli, bacardığınız qədər günahlardan qaçmalı, savablarınızı artırmalısınız. İmkan daxilində uzaq yola çıxmayın.

TƏRƏZİ - Əgər daxili orqanlarınızı qorumağı bacarsanız, qarşınızda duran bu füsunkar təqvimdən zövq alacaqsınız. Əsas vaxtınızı isə ailə-sevgi münasibətlərinin yaxşılaşmasına həsr edin.

ƏQRƏB - Ulduzların düzümü əlamətdar bir bayram günü yaşayacağınızdan xəbər verir. Ətrafınızda olan çox şey ürəyinizcə olacaq. Ailə üzvlərinizə qarşı mehriban davranın.

OXATAN - Heç olmasa bu Yeni Gündə fəaliyyət qayğılarından uzaq olmağı bacarmalısınız. Sadə insan obrazında görünməyiniz vacibdir. Sevimlilərinizlə bir süfrə başında oturun - qovğasız-filansız.

OĞLAQ - Fəslin yeniləşməsi ovqatınızda müəyyən narahatlıq yaratsa da, bu, ani olacaq. Əsası odur ki, ikili müzakirələr və maddi durum sizi qane edəcək. Saat 20-dən sonra mütləq evdə olun.

SUTÖKƏN - Bacardığınız qədər bayram ovqatı yaşamağa çalışın. Deyin, gülün, şənlənin. Özünüzü əziyyətə salmayın. Uzaq səfərə çıxmamaq şərtilə çoxsaylı ünvanlara dəyib bayramlaşmaq olar.

BALIQLAR - Ümumi ovqatınız aşağı olmasa da, günü necə keçirmək probleminiz yarana bilər. Odur ki, ürəyinizə yaxın olan insanlarla bir araya gəlin ki, maraqlı məqamlar yaşaya biləsiniz.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR