Qoroskop
Səbuhi Rəhimlidən martın 22-nə olan astroloji proqnoz
QOÇ - Kifayət qədər düşərli zaman kəsiyindən keçəcəksiniz. Bu prosesi daha ideal səviyyəyə yüksəltmək üçün ətrafınıza sadiq tərəfdaşlar toplamalısınız. Günün "ən varlı" zodiak işarəsi də məhz siz olacaqsınız.
BUĞA - Risk etməyə lüzum yoxdur. Çünki hazırkı durumunuz ifrat əsəbiliyinizdən xəbər verir. Hirsli başla isə hansısa uğura çatmaq absurddur. Amma ailə-sevgi münasibətlərində işlər qaydasına düşəcək.
ƏKİZLƏR - Həmişə başqalarını müzakirə etməkdənsə öz ideya və məramlarınızı analiz edin. Dedi-qodu və qeybət bütün planlarınızı poza bilər. Həyata ayıq gözlə baxın, özünüzə qarşı tələbkar olun.
XƏRÇƏNG - Ətrafınızda mövcud olan "səbəbsiz" gərginlikdən narahat olmayın. Ən azı ona görə ki, gün ərzində sizi narahat edən əksər sahələrdə - münasibətlərdə, maliyyədə, həmçinin fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz.
ŞİR – Saat 14-ə qədərki vaxtı səbrlə başa vursanız, günün qalan hissəsində hansısa xoşagəlməzlik olmayacaq. Şəxsi işlərinizdə dönüş yaratmaq üçün əzmkarlığınızı artırmalısınız. Tərəfdaşlarınıza qərəzli şəkildə yanaşmayın.
QIZ - Narahatçılığa heç bir əsas yoxdur. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gücünüzü işə salmalısınız. Gün ərzində fəaliyyətlə bağlı geniş imkanlarınız açılacaq. Bu isə maddi durumunuza müsbət təkan verəcək.
TƏRƏZİ - İxtiyarınıza olduqca məsuliyyətli bir gün düşüb. Belə ki, saat 15-ə qədər çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız. Sonrakı vaxtda isə maddi sıxıntılarınız azalamağa başlayacaq.
ƏQRƏB - İşləriniz normal getsə də, bu, bədbin ovqatınıza heç bir müsbət təsir göstərməyəcək. Bilirsinizmi niyə? Çünki bu bədbinliyi özünüz yaradırsınız. Bəlkə bir anlıq hər yerdən təcrid olunub real dünya barədə düşünəsiniz?!
OXATAN - Qarşınızda duran vəzifələrin öhdəsindən gəlmək, sizə güvənən insanların etimadını qazanmaq başlıca vəzifənizə çevrilməlidir. Proseslərə neytral şəkildə yanaşmaqla gözlənilən təhlükələri dəf edə bilərsiniz. Axşam səhhətinizə fikir verin.
OĞLAQ - Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki elə səhər saatlarından bu istiqamətdə uğurlarınız bol olacaq. Əsas məqsədi işgüzar sövdələşmələrə yönəldin ki, perspektivlərinizə yol açılsın.
SUTÖKƏN - Planetlərin bürcünüzdəki neqativ düzülüşü bütün ciddi işləri təxirə salmağı tövsiyə edir. Əks təqdirdə çoxsaylı uğursuzluqlarla rastlaşacaqsınız. Köhnə mübahisələrə, yarıtmaz tərəfdaşlarla haqq-hesab çürütməyə qayıtmayın.
BALIQLAR - Əgər vaxtında ölçü götürüb, özünüzə istirahət guşəsi arasanız, qalan məsələlərdə ciddi probleminiz olmayacaq. Gün ərzində yeni simalarla tanış olacaqsınız ki, bu da gələcəkdə işlərinizin sürətlənməsinə təkan verəcək.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var