Qoroskop
Səbuhi Rəhimlidən martın 27-nə olan astroloji proqnoz
QOÇ - Neçə müddətdən bəri daxili sıxıntılarınıza səbəb olan bəzi problemlərin həllinə işıq düşəcək. Özünüzdən əvvəl gələn bürclərlə müqayisədə ümumi ovqatınız daha qənaətbəxş olacaq.
BUĞA - Təzadlı vaxtdır. Proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətdə cərəyan edə bilər. Belə məqamlarda hadisələrə obyektiv qiymət verməlisiniz. Vaxt tapıb ziyarətgahlara da gedin.
ƏKİZLƏR - Bu mürəkkəb təqvimdə büdcənizdə ciddi artım olacağı labüddür. Boş məsrəflərə xərc çəkməkdənsə bir az qənaətcil olun. Yaxın dostlarınıza və qohumlarınıza qarşı unutqan olmayın.
XƏRÇƏNG - Bütün qərarları yalnız özünüz verin. Tam bələd olmadığınız və ya şübhə ilə yanaşdığınız adamların məsləhətlərinə əhəmiyyət verməyin. Ulduzlar varlanacağınızdan xəbər verir.
ŞİR - Olduqca məhsuldar ərəfədir. Məhz bu amili nəzərə alıb qarşınıza qoyduğunuz planların icrasında aktivliyi əldən verməməlisiniz. Axşam maraqlı görüşlərdə iştirakınız mümkündür.
QIZ - Bu gün mütləq əzmkarlığınızı artırmalı, dinclik bilməməlisiniz. Ailə-sevgi məsələlərində təşəbbüskarlığı ələ alın. Bunun nə dərəcədə səmərəli olduğunu yaxın vaxtlarda mütləq görəcəksiniz.
TƏRƏZİ - Bürcünüz üçün əlamətdar təqvimdir. Ələlxüsus da fəaliyyətlə bağlı proseslərdə vəziyyət xeyrinizə dəyişəcək. Atacağınız hər bir addımı daha çox özünüz müəyyənləşdirməyə çalışın.
ƏQRƏB - Qarşınızda duran sürprizlərdən istifadə edə bilsəniz, uğurlarınız xeyli artacaq. Daxili gərginliyiniz də aradan qalxmalıdır. Hər bir situasiyaya obyektiv qiymət verməyə çalışın.
OXATAN - Səhər saatlarında ovqatınızı qoruya bilsəniz, axşama qədər heç bir narahatçılıq keçirməyəcəksiniz. Ulduzlar dostlarınızla birgə olmağınızın əhəmiyyətindən xəbər verir.
OĞLAQ - Yalnız nahar ərəfəsində müəyyən mübahisələrə cəlb oluna bilərsiniz. Qalan saatlarda iştirakçısı olduğunuz bütün proseslər əhval-ruhiyyənizin yüksəlişinə xidmət edəcək.
SUTÖKƏN - Hazırkı gərginliyinizi dəf etmək üçün ürəyinizə yaxın olan dost-tanışlarınızla təmas qurun. Bu arada bəxtiniz daha çox ailə-sevgi münasibətlərində gətirəcək. Pulsuzluqdan şikayətlənməyin.
BALIQLAR - Daha çox səhhətinizin qayğısına qalın. Bu səbəbdən də işlə bağlı müəyyən passivliyiniz nəzərə çarpacaq. Ciddi məbləğdə pul xərcləməkdən, uzaq yola çıxmaqdan vaz keçin.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!