• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Səbuhi Rəhimlidən martın 31-nə olan astroloji proqnoz

  • Qoroskop
  • 31 Mart 2014 04:17
  • 1 472 Baxış
Səbuhi Rəhimlidən martın 31-nə olan astroloji proqnoz

QOÇ – Öhdənizə götürdüyünüz işlərə məsuliyyətlə yanaşsanız, günün sonunadək maddi durumunuzu təmin edə biləcəksiniz. Hətta özünüzü yaxşı aparsanız, maddi imkanınız qənaətbəxş olacaq. Hər boş sözə əhəmiyyət verməyin.

BUĞA - Əsas diqqətinizi yarımçıq işlərinizin həllinə yönəldin. Paralel olaraq bir neçə işlə məşğul olmaq da yaxşıdır. Saat 15-dən sonra maraqlı adamlarla görüşəcəyiniz güman olunur. Amma bu görüşlər işlə bağlı olmayacaq.

ƏKİZLƏR - Astroloji göstəricilərə görə, ümumi əhvalınız qənaətbəxş olsa da, iş yerində çətinliyiniz olacaq. Bu səbəbdən üzərinizə düşən vəzifələrin məsuliyyətini hiss etməlisiniz. Görüş yerlərinə gecikməyin.

XƏRÇƏNG – Bu təqvimi mənalı tərzdə başa vuracaqsınız. Xüsusən də sevgi münasibətlərində cərəyan edən proseslər ürəyiniz istəyən istiqamətdə inkişaf edəcək. Bacardığınız qədər darıxdırıcı işlərdən uzaqlaşın.

ŞİR - Ətrafınızda mövcud olan "səbəbsiz" gərginlikdən narahat olmayın. Tərəfdaşlarınıza qərəzli şəkildə yanaşmasanız, vəziyyət yaxşılaşa bilər. Qida və yuxu rejiminizə fikir verin. Səhər saatlarında isə aldığınız təkliflərə razılıq verməyin.

QIZ - Əlinizə düşən fürsətdən istifadə etsəniz, bu gündən xeyli bəhrələnə bilərsiniz. Əks təqdirdə karyeranız üçün uğurlu anlar əlinizdən çıxa bilər. İnsanlara qarşı inamsızlığınız heç də yaxşı əlamət deyil. Müdiriyyətlə xoş davranın.

TƏRƏZİ - Ulduzlar sürpriz dolu bir gün yaşayacağınıza imkan verəcək. Amma belə məqamda kiməsə yalan satmaq, hiyləgərlik etmək yolverilməzdir. Çünki sonradan bundan öz əleyhinizə istifadə edə bilərlər.

ƏQRƏB - Lazımi adamlarla görüşlər təşkil etməklə problemli işlərinizi yoluna qoya bilərsiniz. Maddi sıxıntılarınızın azalacağını bildirən ulduzlar səmimi və təbii olmağı, reallığa düzgün qiymət verməyi məsləhət görür.

OXATAN - İşgüzarlığınızı artırmaq üçün ətrafınıza layiqli tərəfdaşlar toplayın. Aldığınız hər bir təklifə başdansovdu yanaşmamalısınız. Yeni işə keçmək planınız varsa, bu gün qəti qərar verməlisiniz.

OĞLAQ - Maraqlı hadisələrlə rastlaşacağınız gözlənilir. Hətta könülaçan məclislərdə də iştirak edə bilərsiniz. Tənbəlliyi bir kənara atın və öz səhvlərinizi başqasının ayağına yazmayın. Xilasınız məhz bundadır.

SUTÖKƏN - Göy qübbəsinin qənaətlərinə görə, yavaş-yavaş həyatın nəbzini tutmağa başlamısınız. Daxili sarsıntılarınız da səngiməkdədir. Odur ki, haqq-ədalət prinsipinə əməl etməlisiniz. Ulduzlar sizə təzə xəbərlər də yetirəcək.

BALIQLAR - Axır ki, üzüntülü anlarınız başa çatacaq. Odur ki, bütün ciddi işlərin həllini sürətləndirməli, sevdiyiniz adamlarla yeni münasibətlər sisteminə keçməlisiniz. Ulduzlar uzaq səfərlərinizi təxirə salmamağı məsləhət görür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR