• USD 1,7008 0,00% EUR 2,0160 -0,67%
    • GBP 2,2933 -0,43% RUB 0,0296 +0,34%

Səbuhi Rəhimlidən Aprelin 3-nə olan astroloji proqnoz

  • Qoroskop
  • 3 Aprel 2014 00:14
  • 2 244 Baxış
Səbuhi Rəhimlidən Aprelin 3-nə olan astroloji proqnoz

QOÇ - Təxminən saat 13-ə qədər mübahisə və qalmaqallar gözlənildiyindən özünüzü qoruyun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. İşlə bağlı məsuliyyətinizi dərk edin.

BUĞA - İnsanların bir-birinə soyuqlaşdığı indiki ərəfədə dini-mistik dəyərlərə qiymət verin. Cinayət tərkibli işlərdən, ümumiyyətlə Tanrıya zidd fəaliyyətdən çəkinin. Axşama doğru səhhətinizi qoruyun.

ƏKİZLƏR - Ailə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. Başqalarının qəlbinə dəyən hərəkətlərə yol verməyin.

XƏRÇƏNG - Bu gün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Astroloji göstəricilər daxili orqanlarınızda problemlərin baş qaldıracağını göstərir. Qalan işləriniz normal olacaq.

ŞİR - Bu təqvimdə ən müxtəlif situasiyalarla rastlaşa bilərsiniz. Daha həssas olduğunuz üçün emosiyalarınızı cilovlayın. Mübahisə etməyin. Başınızı yalnız adi işlərlə qatın.

QIZ - Yaxşı olar ki, əsas vaxtınızı fəaliyyət sahəsində xərcləyəsiniz. Münasibət qurmaq, hansısa qlobal problemi həll etmək, uzaq səfərə çıxmaq üçün uğurlu ərəfə deyil. Yalan vədlər verməyin.

TƏRƏZİ - O qədər də uğurlu gün deyil. Nəzərdə tutduğunuz ciddi planları təxirə salın. Qarşılıqlı münasibətlər zəminində ehtiyatlı olun. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin.

ƏQRƏB - Fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkan qazanacaqsınız. Bu yönümdə müttəfiqlərinizin köməyindən makismum yararlanmağa çalışın. Bu gün müqəddəs məkanlara ayaq basmaq, Tanrıya dua etmək çox yaxşıdır.

OXATAN - Ulduzların düzümü bu təqvimdə riskdən uzaq olmağı tövsiyə edir. Nahar ərəfəsində isə perspektivli danışıqlarda iştirakınız gözlənilir. Pul barədə bacardığınız qədər qənaətcil olun.

OĞLAQ - Hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şans qazanacaqsınız. Ölçülü-biçili danışın.

SUTÖKƏN - İş yoldaşlarınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta təqsirkar qarşı tərəf olsa da, təmkin göstərib neytrallığınızı qorumağa çalışın. Bəxtinizdə pul da var.

BALIQLAR - Ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzə dərd etməyin. Hər şeyi taleyin axarına buraxın. İndi sizə onlara qarşı mülayim mövqe nümayiş etdirmək lazımdır. Səhhətinizə fikir verin.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>