• USD 1,7009 +0,01% EUR 2,0003 -0,39%
    • GBP 2,1810 -0,46% RUB 0,0288 0,00%

Astroloji proqnoz - 09 may

  • Qoroskop
  • 9 May 2016 00:03
  • 1 878 Baxış
Astroloji proqnoz - 09 may

Qoç - maliyyə itkiləri, uğursuz anlaşma istisna deyil. Sükan arxasında diqqətli olun. Axşam saatlarını evdə keçirin.

Buğa - başqalarının səhvlərini təkrarlamayın, düşünülməmiş addımlar atmayın. Mühüm saydığınız məsələlərdə geri çəkilməyin, qarşınıza qoyduğunuz məqsədə çatın.

Əkizlər - ehtiyatlı davranın. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə problemlər yarana bilər. Əhəmiyyətli maliyyə məsələlərini müzakirə etməyə dəyməz.

Xərçəng - məqsədə çatmaq üçün çox səy sərf etməli olacaqsınız. Şübhəli insana aldanmayın. Əks təqdirdə maliyyə itkilərinə məruz qalacaqsınız.

Şir - yaxınlarınızın yardıma ehtiyacı olarsa, köməyinizi əsirgəməyin. Ağır fiziki işi azaldın.

Qız - yaxın ətrafınızdakı insanların məsləhətlərinə uyğun hərəkət etməyə çalışmayın. Çətin situasiya yarananda müstəqil hərəkət etməyə başlamalısınız. Yeni tanışlıqlar, romantik münasibətlər üçün münasib zaman deyil.

Tərəzi - inadkar olmayın. Çoxdan bəri sizi narahat edən problemi həll etmək üçün yaranmış şansı əldən verməyin. Bizneslə bağlı yaxşı ideyalar yarana bilər.

Əqrəb - daşınmaz əmlakla bağlı sövdələşmələr üçün əlverişli gündür. Səfər və ya səyahətə zərurət yaranarsa, diqqətlə hazırlaşın.

Oxatan - müxtəlif söhbətlərdə, çeşidli müzakirələrdə diqqətli olun. Can atdığınız məqsədə bu gün çatmayacaqsınız.

Oğlaq - kiçik məsələlərə, xırda olaylara görə əhvalınızı korlamayın. Ciddi mübahisə, qarşıdurma, hətta münaqişə riski az deyil.

Dolça - diqqət mərkəzində olacaqsınız. Paxıllığınızı çəkən var. Narahat olmayın, həmin insan sizə zərər vurmağa çalışmayacaq.

Balıq - yeni tanışlıqlar istisna deyil. Bu gün başlayacaq istənilən münasibətlərdə lider olmağa can atın.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>