Astroloji proqnoz - 10 may
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 10 may

Qoç - böyük dəyişiklər astanasındasınız. Tərəddüd etdiyiniz məsələləri təxirə salmalısınız.

Buğa - həmkarlarınızla, eləcə də yaxın münasibətdə olduğunuz bəzi kəslərlə mübahisələriniz mümkündür. Səhər saatlarından etibarən, baş ağrısından əziyyət çəkəcəksiniz.

Əkizlər - özünüzü nə qədər təmkinli aparsanız, işləriniz də bir o qədər uğurlu gedəcək. Axşama yaxın maraqlı hadisələr gözlənilir.

Xərçəng - təkbaşına hansısa vəzifənin öhdəsindən gələcəyinizi düşünməyin. Bəxtinizdə pul var.

Şir - hiyləgərlərin əl-qol açmasına imkan verməyin. Lazımi məqamlarda sərtlik də göstərin.

Qız - boş dayanmağa lüzum yoxdur. Canfəşanlıq göstərin. Axşam təhlükəli məqamlarla üzləşə bilərsiniz.

Tərəzi – alış-verişə çıxacaqsınız. Zövqünüzə uyğun olan məhsulları ucuz qiymətə almaq imkanı tapacaqsınız. Ağır fiziki işlər görməyin.

Əqrəb - sıxıcı günlərdən biri olaacq. Dostlarla çay süfrəsində görüşərək günü daha mənalı edə bilərsiniz.

Oxatan - gərginlik sizi müşayiət etsə də, sakitliyinizi qoruyun. Səbəbsiz münaqişələrdən uzaq olun.

Oğlaq - hər hansı məişət problemini özünüzə dərd etməyin. Şəxsi işlərinizdə dönüş yaranacaq.

Dolça - maddi çətinliklər sizi yoracaq. Büdcənizdə olan vəsaiti boş məsrəflərə xərcləməyin, bədxərclik etməyin.

Balıq - yeni əlaqələr qurmaq üçün uyğun gündür. Nüfuzlu adamların köməyindən istifadə edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm