Səbuhi Rəhimlidən Aprelin 4-nə olan astroloji proqnoz
Bizi izləyin

Qoroskop

Səbuhi Rəhimlidən Aprelin 4-nə olan astroloji proqnoz

BUĞA - Bir qədər gərgin gün yaşamalı olacaqsınız. Amma maraqsız proseslərə müdaxilə etməsəniz, bunun qarşısını az da olsa, ala biləcəksiniz. Əsəblərinizi qoruyun. Axşamsa qonaq gedin.

QOÇ - Əgər sağlıq durumunuza diqqət yetirsəniz, gün ərzində hansısa xoşagəlməzliklə rastlaşmayacaqsınız. Günün ikinci yarısında aldığınız hər bir iş təklifinə razılıq verin.

BUĞA - Bir qədər gərgin gün yaşamalı olacaqsınız. Amma maraqsız proseslərə müdaxilə etməsəniz, bunun qarşısını az da olsa, ala biləcəksiniz. Əsəblərinizi qoruyun. Axşamsa qonaq gedin.

ƏKİZLƏR - İşgüzar görüşlər keçirmək üçün çox səmərəli vaxtdır. Ona görə də bütün enerji və diqqətinizi məhz bu istiqamətə yönəltməlisiniz. Maliyyə sövdələşmələrinə isə girişməyin.

XƏRÇƏNG – Ulduzların düzümü bu gün ixtiyarın daha çox öz əlinizdə olduğunu göstərir. Odur ki, riskdən və həyatınız üçün önəmli olmayan məsələlərdən uzaq durun. Məsləhətləşmələrdən yayınmayın.

ŞİR - Rastlaşacağınız hadisələr daha çox öz rəftar və gedişlərinizdən asılı olacaq. Belə bir ərəfədə hansısa risk uğursuzdur. Planınızda varsa, bu gün mütləq səfərə çıxın.

QIZ – İlk növbədə sizə əsəb gətirən adamlardan uzaq olmalısınız. Yoxsa bu hal bütün maddi-mənəvi sərvətlərinizi tari-mar edəcək. Hər hansı risk yolverilməzdir. Günortadan sonranı sevgiyə həsr edin.

TƏRƏZİ - Ulduzlar taledən gileylənməyinizə heç bir əsas görmür. Çünki ixtiyarınızda olan bu təqvim sizə olduqca xoş ovqat bəxş edəcək. Məhəbbət amili isə başlıca xilas mənbəyinizə çevriləcək.

ƏQRƏB - Hər mənada əhəmiyyətli gündür. İstər fəaliyyət göstərdiyiniz sahələrdə, istərsə də qarşılıqlı münasibətlər zəminində uğurlarınız gözlənilir. Yalnız pulla bağlı qanqaraçılıq gözlənilir.

OXATAN - Fəaliyyət müstəvisində çox diqqətli olun. Əks təqdirdə yersiz mübahisələr, ifrat yorğunçuluq ovqatınızı korlaya bilər. Əsas enerjinizi ailə-sevgi münasibətlərinə yönəldin.

OĞLAQ - Axşam saat 18-ə qədər ümumi vəziyyət xeyrinizə olacaq. Nüfuzlu adamlarla bütün görüşləriniz müsbət nəticə verəcək. Sonrakı saatlarda isə doğmalarınızla bir yerdə olmağa çalışın.

SUTÖKƏN - Təxminən saat 13-ə qədər xoşagəlməz işlərə cəlb oluna bilərsiniz. Buna baxmayaraq, belə hallarda öz mənafelərinizi qorumalısınız. Nahardan sonra bəxtinizin gətirəcəyi gözlənilir.

BALIQLAR - İş metodunuzda yenidənqurma aparmağa səy göstərin. Bununla siz gələcək perspektivlərinizə işıq saça bilərsiniz. Səmərəsiz iş prinsipindən qaçın. Saat 16-18 arası təzə xəbərlər gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm