Astroloji proqnoz - 19 may
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 19 may

Qoç - Yaradıcılıq planlarını reallaşdıra bilərsiniz. Problemlərin həllinə fərdi yanaşın.

Buğa - Yaşam tərzi sizdən aktiv olmağı tələb edir. Başqalarının laqeydliyindən yararlanmayın.

Əkizlər - Günün ilk yarısında yaxşı əhvalınız olacaq. Hadisələrə nikbin yanaşın.

Xərçəng - Tənbəllik etməyin. Axşam saatlarında bədxərclik etməyin.

Şir - Əlverişsiz vəziyyətdən asanlıqla çıxış yolu tapa bilərsiniz. Yaşamınızda dəyişikliklər başlanacaq.

Qız – Qarşıda yeni və fərqli ideyalar var. Məqsəd və məramlarınızı səhər saatlarından etibarən reallaşdırmağa başlayın.

Tərəzi - Hisslər və emosiyalar sizi idarə etməsin. Bacarıq və istedadınızı nümayiş etdirin. Sevdiyiniz işlərlə məşğul olmaq üçün əlverişli zamandır.

Əqrəb - Məqsədə çatmaq üçün effektiv vasitələrdən istifadə edin. Axşam saatlarında gəzintiyə çıxın.

Oxatan - Sizi dəstəkləyən, yardımlarını əsirgəməyən insanlara minnətdarlıq etməyi unutmayın. Yeni işlər üçün maliyyə ehtiyatı tapa bilərsiniz.

Oğlaq - Günün ilk yarısı ağır fiziki əmək yox, yaradıcılıq üçün daha əlverişlidir. Vədlərə, təkliflərə aldanaraq yolunuzdan dönməyin.

Dolça - Yaxın ətrafınızdakı insanların maraqlarına zidd addım atmaq niyyətiniz varsa, yaxşıca düşünün. Kredit götürməyin, borcları vaxtında qaytarın.

Balıqlar - Başqalarının oyunlarına qatılmayın, məkrli planın qurbanına çevrilməyin. Problemlərin həllinə kreativ yanaşın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm