Astroloji proqnoz - 23 may
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 23 may

Qoç - Xırda problemlərlə üzləşsəniz də, bu, ötəri xarakter daşıyacaq. Şəxsi həyatda gözləmədiyiniz hadisələr baş verəcək.

Buğa - Mənfi enerji ilə yüklənmisiniz. Bundan azad olmaq üçün sizi ən çox xoşbəxt edən fəaliyyətlərə yönəlin.

Əkizlər - Günü maraqlı şəkildə keçirə bilərsiniz. Bu büdcənizdən və istəyinizdən asılı olacaq.

Xərçəng - Şübhə ilə yanaşdığınız adamların məsləhətlərinə qulaq asmayın. Qərarları özünüz verin.

Şir - Mühim işlərinizi saxlayın. Bu gün film izləyərək və ya dostlarla görüşərək həftənin stressini ata bilərsiniz.

Qız - Ciddi fiziki işlərə və işgüzar sövdələşmələrə həvəs göstərməyin. Axşam saatlarını qonaqlıqda keçirəcəksiniz.

Tərəzi - Toy dəvəti almaq sizi elə də sevindirməyəcək. Maddi problem yaşamaqdansa, nəvazişli bir dillə təklifdən imtina edin.

Əqrəb - Günün ümumi mənzərəsi ürəkaçan olacaq. Tamahkarlığa meyl etməyin.

Oxatan – Günortaya kimi əhvalınız pis olacaq. Mənfi situasiyalara köklənməyin. Dinclik tapdığınız məkanlara üz tutun.

Oğlaq - Pulla bağlı sizi narahat edən məsələlər yenidən gündəmə gələ bilər. Maliyyə uğursuzluqları gözlənilir.

Dolça - Ətrafınızda baş verən hadisələr o qədər də ürəyinizcə deyil. Bu, daxilən sizi sıxsa da, çıxış yolu tapa bilmirsiniz. Həll yolu tapa bilmək üçün bir müddət tək qalıb, 6-cı hissinizi dinləməyə ehtiyacınız var.

Balıq - Şəxsi büdcənizdə bir qədər artım ola bilər. Alış-verişdə və əyləncə mərkəzlərində çox vaxt keçirməyin. Bu həm bədxərclik etməyə, həm də səhhətdə problemə səbəb ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm