Astroloji proqnoz - 26 may
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 26 may

Qoç – Səhhətinizə fikir verin. Yağlı qidalar yeməyin. Bu gün yaranan münaqişə nəticəsində ailədaxili münasibətlər pozula bilər.

Buğa – Şəxsi öhdəlikləriniz artdığından çox güman ki, dincəlməyə macal tapmayacaqsınız. Yeni işlər haqqında müzakirələrdə iştirak edəcəksiniz.

Əkizlər - Maliyyə məsələlərində uğurlarınız gözlənilir. Dostlarınızla əlaqələrinizi gücləndirin.

Xərçəng - Qarşınızda yorucu bir təqvim durur. Buna hazır olun. Müttəfiqlərinizlə aranızda yaranmış anlaşılmazlıq işlrinizi çətinləşdirə bilər.

Şir - Maddi durumunuzu yaxşılaşdırmaq haqqında düşünün. Yoxsa sizin üçün çətin olacaq. Sevgi münasibətlərində bəxtiniz gətirəcək.

Qız - Hər mənada düşərli gün olacaq. Sürpriz və sevindirici hadisələr sizi gözləyir.

Tərəzi - Mübahisəli situasiyalarla qarşılaşacaqsınız. Təmkinli olmağı bacarmalısınız.

Əqrəb - Sizə edilən xahişlərini yerə salmayın. Atdığınız addımlar sizə qarşı rəğbət oyadacaq.

Oxatan - Paralel olaraq bir neçə işlə məşğul olmağınız sizi yorur. Özünüzə vaxt ayırın. Dincəlməyə ehtiyacınız var.

Oğlaq - Hisslərinizi cilovlayın. Ailə üzvlərinizin məsləhətlərini qulaqardına vurmayın.

Dolça – Dostlardan kömək istəyəcəksiniz. Qarşınıza qoyduğunuz məqsədlərə yetişmək üçün əzmli olmalısınız.

Balıq - Fiziki işlərə bir qədər ara verməyiniz məsləhət görülür. Vaxtınızı istirahətə sərf edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm