Astroloji proqnoz - 28 may
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 28 may

Qoç - Gün uğurlu keçəcək. Boş yerə vaxt itirməyin. Perspektivli sövdələşmələrdə iştirak etməyə çalışın.

Buğa - Yeni təkliflər alsanız da, tələsməməyiniz məsləhətdir. Qərarlarınız uğursuz ola bilər.

Əkizlər - İnsanlara qarşı soyuqqanlı olmayın. Əsəbi davranışlar heç kimə xeyir gətirməyib.

Xərçəng - Səfərə çıxmaq üçün uğurlu gündür. Büdcəniz imkan verirsə, bu şansı əldən verməyin. Darıxdığınız insanlarla maraqlı məclisdə iştirak gözlənilir.

Şir - Gərgin gündür. Lakin xoşagəlməz stiuasiyadan çıxa biləcəksiniz.

Qız - Qəlibləşmiş fikirlərinizə balta vuran, dəyərli bir insanla qarşılaşacaqsınız. Onunla baş tutan söhbət bütün həyat yolunuzu dəyişə bilər.

Tərəzi - Son vaxtlar riskli hərəkətlərə tez-tez yol verirsiniz. Ehtiyatlı olun.

Əqrəb - Sevindirici xəbərlər yolunuzu gözləyir. Gün ərzində əhvalınız yaxşı olacaq. Səhhətinizə fikir verin.

Oxatan - Tanışlarla xırda mübahisələriniz mümkündür. Məsləhətlərə əməl etməsəniz də, həralda dinləməyi öyrənməlisiniz.

Oğlaq - Çətin məqamlardan keçəcəksiniz. Aldığınız bir xəbər bütün əhvalınızı korlaya bilər. Siqaret və spirtli içki kimi zərərli vərdişlərdən uzaqlaşmağa çalışın.

Dolça - Günün birinci yarısı ürəyinizcə olacaq. Günortadan sonra isə görüş təklifinin qəbul edib-etməməyiniz hər şeyi müəyyənləşdirəcək.

Balıq – Heç kimdən yaxşılıq gözləməyin. Özünüz də yaxşılıq edəndə qarşılığınızı alacağınız ümidinə qapılmayın. Sadəcə vicdanınızı dinləyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm