• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Səbuhi Rəhimlidən Aprelin 5-nə olan astroloji proqnoz

  • Qoroskop
  • 5 Aprel 2014 00:19
  • 1 623 Baxış
Səbuhi Rəhimlidən Aprelin 5-nə olan astroloji proqnoz

QOÇ - Həddindən ziyadə uğurlu gündür. Ürəyinizə yaxın adamlarla rastlaşmağınız, həmçinin sevindirici təkliflər almağınız uzun müddət yadınızda qalacaq. Uzaq yola çıxsanız, ehtiyatlı olun.

BUĞA - Sağlıq durumunuzda və fəaliyyət istiqamətində problemləriniz gözlənilsə də, qalan işləriniz uğurlu olmalıdır. Hətta günün ikinci yarısında qazanmaq ehtimalınız da var.

ƏKİZLƏR - Ümumi məziyyətlərinə görə qənaətbəxş təqvimdir. Xüsusən də saat 14-16 aralığında hansısa xoş bir hadisəylə rastlaşacaqsınız. Ailə üzvlərinizlə, həmkarlarınızla mehriban davranın.

XƏRÇƏNG - Ulduzların düzümü rahatlığı daha çox səfər və qonaqlıqlarda tapa biləcəyinizdən xəbər verir. Çünki bu gün sizə çoxlu adamlarla təmasda olmaq vacibdir. Tənhalığa qurşanmayın.

ŞİR - Bəxtinizdə ilahi bir təqvim durub. Bu səbəbdən də hansısa müqəddəs yeri ziyarət etməklə, kimsəsizləri sevindirməklə böyük savab qazanmış olarsınız. Axşam maraqlı insanlarla görüşünüz mümkündür.

QIZ - Səhhətlə bağlı nasazlığınız olsa da, bu, ovqatınızı pozmayacaq. Əksinə, gün ərzində iştirakçısı olduğunuz proseslər sizi xeyli fərəhləndirəcək. Ətrafınıza yaxşı insanlar toplaşacaq.

TƏRƏZİ - Maliyyə vəziyyətiniz imkan versə, özünüzə təzə geyim alın. Çünki xeyli müddət belə fürsət ələ düşməyəcək. Göy qübbəsi kənar təsirlərə aludə olmamağı, riskdən qorxmamağı tövsiyə edir.

ƏQRƏB - Ulduzlar bu təqvimi daha çox istirahətə ayırmağı tövsiyə edir. Ağır fiziki və zehni işlərə girişməyin. Saat 16-dan sonra qonaq getməyə, ikili gəzintilərə aludə olmağa dəyər.

OXATAN - Bir tərəfdən cəhdlərinizin boşa çıxması, digər tərəfdənsə ətrafınızda olanların naxələfliyi ovqatınızı poza bilər. Odur ki, müəyyən qədər təcrid olunub öz aləminizə qapılın.

OĞLAQ - Yalnız maliyyə məsələlərində uğurlarınız gözlənilir. Odur ki, əsas gücünüzü bu istiqamətə yönəldin. Kiməsə borc vermək və ya almaq fikrindən uzaq olun. Axşam başqa ünvana getməyin.

SUTÖKƏN - Saat 15-ə qədər qarşılıqlı münasibətlərdə gərginlik gözlənildiyindən tədbirli olun. Bunu bacarsanız, ulduzlar sonrakı müddətdə sizə xüsusi zövq verəcək. Təzə xəbər də eşidəcəksiniz.

BALIQLAR - Çox düşərli gündür. Boş durmaqdansa ən xırda şansdan belə istifadə edin. Tərəfdaşlıq zəminində, perspektivli sövdələşmələrdə uğurlarınız artacaq. Sağlıq durumunuzu diqqətdə saxlayın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR