Səbuhi Rəhimlidən Aprelin 6-na olan astroloji proqnoz
Bizi izləyin

Qoroskop

Səbuhi Rəhimlidən Aprelin 6-na olan astroloji proqnoz

BUĞA - Özünüzü hər bir situasiyaya hazırlayın. Çünki ulduzların düzümü bu ərəfədə hər cür hadisə və insanlarla rastlaşma ehtimalınızdan xəbər verir. Öz mənafeyinizi əsas tutun.

QOÇ - Əsasən ailə-sevgi münasibətlərində irəliləyişlərə nail ola bilərsiniz. Planetlərin hazırkı mənzərəsi bu istiqamətdə sizə yaxından kömək edə bilər. Şəxsi büdcənizi dağıtmayın.

BUĞA - Özünüzü hər bir situasiyaya hazırlayın. Çünki ulduzların düzümü bu ərəfədə hər cür hadisə və insanlarla rastlaşma ehtimalınızdan xəbər verir. Öz mənafeyinizi əsas tutun.

ƏKİZLƏR - O qədər də səmərəli vaxt deyil. Mövcud situasiyalar ideyalarınızda, eləcə də qarşınıza qoyduğunuz məqsədlərdə donuqluq yaradacaq. Odur ki, qeyri-ənənəvi heç bir iş görməyin.

XƏRÇƏNG - Hər mənada uğurlu vaxtdır. Ətrafınızda olan hər bir olay əhval-ruhiyyənizə müsbət təsir göstərəcək. Bu axşam füsunkar bir məclisdə iştirakınız gözlənilir. Kiminsə əleyhinə danışmayın.

ŞİR - Ümumi məziyyətlərinə görə uğursuz vaxtdır. Hansısa gecikmiş planın reallaşmasına cəhd etməyin, yoxsa əliniz boşda qalacaq. Bu gün uzaq səfərə çıxmaq sizə səmərə verəcək.

QIZ - İşə az aludə olun. Çünki fəaliyyət müstəvisində passivlik baş qaldırdığından istirahətə daha çox yer ayırmalısınız. Günortadan sonra yeni əlaqələr yaratmaq üçün münasibdir.

TƏRƏZİ - Hazırda aparıcı mövqeyə malik olan Qoç bürcü əksər məsələlərdə sizin bürclə əkslik təşkil etdiyindən riskli işlərə girişməməlisiniz. Yalnız ailə-mənzil qayğıları ilə məşğul olun.

ƏQRƏB - İxtiyarınızda olan bu təqvimi daha çox ibadətə, xeyirxah işlərə həsr edin. Günün ikinci yarısında yaxınlarınıza və ehtiyac sahiblərinə baş çəkin. Hər kəsi sevindirin ki, özünüz də sevinəsiniz.

OXATAN - Kosmik enerji bucağının mərkəzində olduğunuzdan aktivliyiniz artacaq. Məişət qayğıları kimi xırda problemləri isə beyninizdən çıxarın. Daha çox bəşəri ideyalar barədə düşünün.

OĞLAQ - Bu tarixdən başlayaraq pulla bağlı problemləriniz qismən də olsa, həll olunacaq. Əsas diqqətinizi bu yönümə istiqamətləndirməlisiniz. Hər hansı yeni işə başlamağa tələsməyin.

SUTÖKƏN - Enerjinizin artmasına rəvac verən bu gün maraqlı adamlarla görüşünüzə şərait yaradacaq. Öz hisslərinizi büruzə verməyin. İstənilən işgüzar sövdələşmələrdənsə çəkinməyin.

BALIQLAR - Maliyyə durumunuzun normal hala düşəcəyini bəyan edən ulduzlar bu istiqamətdə problemlərinizin azalacağını bildirir. Nahardan sonra yaxşı insanların dəstəyini alacaqsınız.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm