Səbuhi Rəhimlidən Aprelin 7-nə olan astroloji proqnoz
Bizi izləyin

Qoroskop

Səbuhi Rəhimlidən Aprelin 7-nə olan astroloji proqnoz

QOÇ – Astroloji göstəricilər qətiyyən darıxmayacağınızdan xəbər verir. Çünki sevdiyiniz insanların əksəriyyəti ətrafınızda olacaq. Keçmişdə olan xoşagəlməzlikləri tez-tez xatırlamayın.

QOÇ – Astroloji göstəricilər qətiyyən darıxmayacağınızdan xəbər verir. Çünki sevdiyiniz insanların əksəriyyəti ətrafınızda olacaq. Keçmişdə olan xoşagəlməzlikləri tez-tez xatırlamayın.

BUĞA - Ulduzların düzülüşü yalnız ailə üzvlərinizlə rahatlıq tapacağınızı bəyan edir. Digər ünvanlarda, ələlxüsus da həmkarlarınızla davranışlarda hər şey tərsinə cərəyan edə bilər.

ƏKİZLƏR - Perspektivlərinizi reallaşdırmaq üçün müəyyən xərcə düşməkdən qorxmayın. Çünki bu barədə düşündükləriniz gerçəkləşsə, özünüzü xoşbəxt sanacaqsınız. Ümidli olun.

XƏRÇƏNG – Qarşılaşdığınız hər bir hadisəyə soyuq başla yanaşın. Çünki hər hansı emosional reaksiyanız bütün planları poza bilər. Bu gün enerjiniz bol olduğundan heç nədən çəkinməyin.

ŞİR - Yaxşı olar ki, həftə boyu yığdığınız yorğunluğu məhz bu təqvimdə əridəsiniz. Yoxsa səhhətinizdə ciddi fəsadlar baş qaldıra bilər. İş istiqamətində dönüş yaratmağınız vacibdir.

QIZ - Bu gün qeyri-adi hansısa hadisə baş verməyəcək. Yaxşı olar ki, dincələsiniz. İnsanlarla davranışlarınızda və fəaliyyətinizdə yeni nüanslar əmələ gələcək. Qonaqlıq da mümkündür.

TƏRƏZİ - Qarşınıza təzadlı bir gün çıxsa da, hadisələrin inkişafı boyu öz aktivliyinizi artırmalısınız. Reallığı qiymətləndirməyə çalışın. Saat 15-dən sonra qazanmaq ehtimalınız böyükdür.

ƏQRƏB - Nəhayət ki, sizin dövranınız da gəlib çatdı. Bütün Göy qübbəsi müdafiənizə qalxdığından qarşınıza qoyduğunuz hər bir ədalətli iş xoş sonluqla qurtaracaq. Səfərə çıxmağa dəyər.

OXATAN - Ulduzlar məsləhət görür ki, bu gün aldığınız bütün dəvətləri təxirə salıb dincəlməklə məşğul olasınız. Əks təqdirdə ailə üzvlərinizlə aranızda xoşagəlməzliklər baş qaldıra bilər.

OĞLAQ - Ümumi yorğunluğunuzu nəzərə alıb maraqlı guşələrdə istirahətə can atın. Məhz bu addımınız ümumi narahatlığınıza son qoya bilər. Nahardan sonra yeni xəbərlər eşidəcəksiniz.

SUTÖKƏN - Hər mənada düşərli ərəfədir. Vaxtilə buraxdığınız səhvlərdən, eləcə də sizə qarşı törədilən haqsızlıqlardan bir daha nəticə çıxarın. Günün uğurları sizdən yan keçməyəcək.

BALIQLAR - Ulduzların düzümü bu təqvimdə bəzi problemlərlə baş-başa qalacağınızı bəyan edir. Amma təmkin göstərməklə sabit vəziyyət yaşaya bilərsiniz. Tələbkarlığınızı zorakı müstəviyə keçirməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm