Yupiterdə görünən müəmmalı aparat – VİDEO/FOTOLAR
Bizi izləyin

Qoroskop

Yupiterdə görünən müəmmalı aparat – VİDEO/FOTOLAR

Son günlər İnternetdə yayılan Yupiterin görüntüləri əks olunan videoçarx populyarlıq qazanıb.

Publika.az xəbər verir ki, videoda Yupiterin yanında - düz onun Böyük Qırmızı Ləkəsinin fonunda 6 bucaqlı prizma formasında süni aparat aydın görünür. Bir qrup izləyici düşünür ki, kadrlar ötən ay Yupiterin orbitinə yaxınlaşan NASA Juno aparatının göyərtəsindən çəkilib.

Videoya gələn şərhlərdə fikirlər haçalanır. Bəziləri gəlmələrin bizimlə birlikdə Yupiteri öyrənməsinə inanmır. Çoxluq hesab edir ki, kadra düşən cihaz yerə aid aparatlardan birinə məxsusdur. Vaxtilə ora uçan nəhəng kosmik gəmilərdən düşərək orbitdə qalıb. Bu ehtimallarda həqiqət çalarları var. Belə ki, 1973-cü ildən bəri Günəş sistemində ən böyük planetə 8 belə aparat uçub.

Ancaq sonradan bunun fotoşopla düzəldiyi məlum olub. Məsələ burasındadır ki, NASA Juno Yupiterdə belə şəkil çəkməyib. İyulun 5-də planetə "səfərə yollanan" Yuno hazırda orbitdə olsa da, oradan göndərdiyi ilk şəkil çox uzaq məsafədən çəkilib. Həmin fotoda nəhəng planet fındıq boyda görünür. NASA növbəti fotosessiyanı avqustun 27-də yayacaq. O zamandək Yunonun Yupiterə bir az da yaxınlaşması gözlənilir.

Çox güman ki, hamının marağına səbəb olan naməlum cihazın yer aldığı foto 15 il əvvəl "Kassini" kosmik aparatının göyərtəsindən çəkilib. 2000-ci ildə Saturna çatan aparat Yupiterə çox yaxın məsafədən keçərkən 26000 şəkil çəkib. Bu, tarixdə ən keyfiyyətli şəkillər hesab olunur.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm