• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Səbuhi Rəhimlidən Aprelin 13-nə olan astroloji proqnoz

  • Qoroskop
  • 13 Aprel 2014 00:13
  • 2 854 Baxış
Səbuhi Rəhimlidən Aprelin 13-nə olan astroloji proqnoz

QOÇ – Bəzi gərginliklərdən keçməli olsanız da, risk etməməklə hər hansı zərərlə üzləşməyəcəksiniz. İnsanlarla, xüsusən də müdiriyyətlə ehtiyatlı davranın, kimlərinsə özəl həyatına qarışmayın.

BUĞA – Hər məsələdə müəmma axtarmayın. Bütün addımlarınızı reallığa uyğun tərzdə atın. Gün ərzində sağlamlığınıza diqqəti artırın. Bələd olmadığınız heç bir işə qol qoymayın.

ƏKİZLƏR – Davranışlarınızı elə tənzimləyin ki, kiminsə gözündə kiçilməyəsiniz. Əgər kimlərəsə ürəyinizdən keçən müsbət fikirləri demək istəyirsinizsə, qətiyyən tərəddüd etməyin. Qidanıza fikir verin.

XƏRÇƏNG – “Nəhs gün” deyiminə əhəmiyyətsiz yanaşın. Çünki Allahın yaratdığı heç bir təqvim yaman olmaz – insanlar onu pis yozmasalar. Yalnız sağlamlığınızı qorusanız, bu təqvimi bəyənəcəksiniz.

ŞİR – İş müstəvisində yeni layihələrə imza atmaq istəyirsinizsə, bu gündən yaxşısını tapmayacaqsınız. Odur ki, bütün gücünüzü ortalığa qoymalı, boşuna vaxt itirməməlisiniz. Uzaq səfərə çıxmayın.

QIZ – Yorulmaq bilmədən çalışın ki, digər işləriniz də sürətlənsin. Fəaliyyətlə bahəm, münasibətlər sisteminə də fikir verməlisiniz. Əmin olmadığınız hansısa məsələ barədə riskə getməyin.

TƏRƏZİ – Naharaqədərki vaxtı səbrlə başa vursanız, hər hansı konfliktə getməsəniz, qarşınızda duran bu tarix sizi xeyli məmnun edəcək. Fəaliyyətinizdə müsbət dönüşlər də mümkündür.

ƏQRƏB – Ətrafınızda baş verən proseslərdən sizə heç bir zərər gəlməyəcək, əksinə bəzi mövqelərinizə bir az da yaxınlaşacaqsınız. Bugünkü danışıqlardan imtina etməyin, çox pul xərcləməyin.

OXATAN – Qarşınızda təzadlı bir gün durur. İştirakçısı olduğunuz proseslər ən müxtəlif istiqamətlərdə cərəyan edəcək. Situasiyaya uyğun davranmaqla uğurları cəlb edə bilərsiniz.

OĞLAQ – Daxili tərəddüdləriniz bu təqvimdən etibarən əriməyə başlayacaq. Sizi narahat edən əksər müşküllərə işıq düşəcək. Bu səbəbdən də hər bir şansa hazır olmalısınız. Sevgi hisslərinizi gizlətməyin.

SUTÖKƏN – Bu gün üzərinizə düşən başlıca vəzifə qarşılıqlı münasibətləri qaydasına salmaqdır. Ünsiyyətdə olduğunuz hər kəslə anlaşıqlı davranın. Günün ikinci yarısı qazanmaq ehtimalınız da var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR