Bu gün tam ay tutulması olacaq
Bizi izləyin

Qoroskop

Bu gün tam ay tutulması olacaq

Aprelin 15-də Bakı vaxtilə saat 11:42-də 2014-cü ilin ilk astronomik hadisəsi - tam Ay tutulması baş verəcək. Bu kosmik olay 1 saat 19 dəqiqə davam edəcək. Tam tutulma Şimali və Cənubi Amerikanı, o cümlədən Sakit okeanı bütünlüklə əhatə edəcək. Hadisə Qərbi Afrikada, Avstraliyada, Yeni Zelandiyada, Avropanın qərbində, həmçinin Rusiyanın Uzaq Şərq bölgəsində də müşahidə olunacaq. Hərəkət xəritəsindən də gördüyünüz kimi (həmçinin gündüz olduğu üçün) tam tutulma Azərbaycanda hiss olunmayacaq. Bəs konkret olaraq gözlənilən bu astronomik hadisənin xüsusi özəllikləri nədədir, mənfi fəsadları, müsbət təsirləri varmı? Bu suallara cavab olaraq tutulma vaxtının astroloji mahiyyətini nəzərinizə çatdırırıq.

İlk öncə bildirək ki, tutulma məqamında Ay Əqrəb bürcündə olacaq. Belə məqamlarda insanlar sülhsevər olur, mübahisələr azalır, hamı partnyorluq əlaqələrinə, sülh danışıqlarına can atır. İnsanlar gözəl görünməyə çalışır, bir-birlərində xoş təəssürat oyadırlar. Bu dövrdə qısamüddətli işlərlə məşğul olmaq, nigah bağlamaq, dostlarla ünsiyyətdə olmaq, istirahət etmək, incəsənət nümunələrinin alqı-satqısı ilə məşğul olmaq çox sərfəlidir. Mənzil bəzəmək, mebel avadanlıqları və digər bəzək əşyaları almaq üçün çox münasib vaxtdır. Ay Tərəzi bürcündə olanda çirkli işlərlə, o cümlədən ocaq, metal konstruksiyaları, iti alətlər və müxtəlif kimyəvi yağlarla işləmək məsləhət deyil. Daşınmaz əmlaklar istisna olunmaqla qalan ticarət növləri uğursuzluqla nəticələnəcək. Magistral yollarda hərəkət edərkən və odlu silahlarla davranarkən ehtiyatlı olmaq lazımdır.

Bu müddətdə belin, böyrəklərin, sidik kisəsinin və mədəaltı vəzinin həssaslığı artır. Diabetdən və pankretindən əziyyət çəkən şəxslər bu vaxt xüsusilə ehtiyatlı olmalıdırlar. Xəstəliyin kəskinləşməsindən qaçmaq üçün onlar Ay Tərəzi bürcündə olanda çalışqanlıqla öz pəhrizlərinə fikir verməlidirlər. Suçiçəyindən, habelə digər maye balansı pozulmalarından əziyyət çəkənlərə bu günlərdə içilən mayenin ümumi miqdarını azaltmaq və müalicəvi çaylardan istifadə edərək sidikçıxaran sisteminə kömək etmək lazımdır. Hətta sağlam adamlar bu günlərdə hər hansı böyrək problemiylə tez-tez qarşılaşırlar: bu vaxt mərmər pəncərə altında, daş skamyalarda oturmaqla, yaxud otla örtülmüş rütubətli yerdə uzanmaqla asanlıqla böyrəkləri soyuqlatmaq olar. Ay Tərəzi bürcündə olanda dişləri müalicə etdirmək, çəkdirmək və protezləmək olar.

Avesta təqviminə görə, tutulma Varaq (21 mart-19 aprel) ayına düşür. Bu ay gələcəyin dərk olunmasına, ruhi ənənələrin "qayıdışına", həyatda şəxsi mövqelərin təyin olunmasına, o cümlədən yeni məqsədlərin yerbəyer edilməsinə xidmət edir.

Avesta astrologiyasında isə (Günəş təqvimi) aprelin 15-i 26-cı Günəş gününə düşür. Çox sirli gündür. Xəzinələri aşkarlayan, hər şeyin yerini bilən insanlara taleyin bəxşiş qismət etdiyi bir təqvimdir. Əmlakınızın qayğısına qalmaq, onu genişləndirmək və yaxşılaşdırmaq zamanıdır. Böyük zəhmət tələb edən işlərə başlamaq olar. Bədxərclik etmək, reallaşması mümkün olmayan planlar qurmaq olmaz. Başlanmış iş mütləq sona çatdırılmalıdır. Nəqliyyatdansa yalnız iş üçün istifadə etmək lazımdır. Diqqətli olun, avtomobilinizdəki çatışmazlıqlar üzə çıxa bilər.

Bu gün torpaq becərmək, daş yonmaq məqsədəuyğundur. Dişləri müalicə etmək, dərinin təmizliyinə fikir vermək lazımdır. Vaxtınızı boş yerə sərf etməyin. Çalışın, hər şey möhkəm və davamlı olsun. Əldən yerə pul salmaq, itirmək yaxşı deyil. Dəmir pul, brilyant qaşlı üzük, qızıl mənbəyi tapmaq səadət gətirə bilər. Yuxuda (real həyatda da) saç kəsmək nə isə bir itki olacağına işarədir. Səyahətə çıxmaq, dağları seyr etmək xeyir gətirər. Zirvələrə qalxmaq isə arzularınızın yerinə yetəcəyini göstərir.

Avesta astrologiyasına görə, 26-cı Günəş gününün himayədarı Arştatdır (mənası: Çiçəklənmə).

Veda astrologiyasında tutulma zamanları insanlara aşağıdakılar tövsiyə olunur:

- tutulmaya tamaşa etməyin;

- tutulma saatlarında qapalı şəraitdə olun;

- uzaq səfərə və ya səyahətə çıxmayın;

- tutulmadan 3 saat əvvəl və sonra qida qəbul etməyin;

- sükan arxasında oturmayın, yaxud çox ehtiyatlı olun;

- maliyyə əməliyyatlarından qaçın;

- kütlə ilə hər hansı əlaqə yaratmayın;

- zikr edin, ruhani aləmə qapılın, ya da heç olmasa, dincəlin;

- pis vərdişlərdən qurtulun, çünki tutulma zamanı orqanizm buna daha tez gedir (məsələn, siqareti tərgitmək istiqamətində və s.)

Beləliklə, verdiyimiz bu göstəriciləri analiz edib tutulma vaxtında hansı addımlar atacağınızı təyin edə bilərsiniz. Bizim məramımız da hər kəsə doğru olanı göstərmək, zülmətdən xilas yollarını başa salmaq və Tanrıya yaxın olmalarına xidmət göstərməkdir. Gəlin, yarıyolda qalmayaq, çünki yolumuz Ağ İşığadır. Bu İşıqda isə nə Ay, nə də Günəş tutulması bizə mane ola bilməz.

Yolumuz nurlu olsun! Amin!

Səbuhi RƏHİMLİ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm