Qoroskop
Səbuhi Rəhimlidən yanvarın 19-na olan astroloji proqnoz
QOÇ - Baxmayaraq ki hava soyuqdur, qəlbinizin istiliyi ətrafınızda olanları sizə qarşı daha da mərhəmətli edəcək. Nə vaxtsa rastlaşdığınız haqsızlıqları xatırlamaqdan əl çəkin.
BUĞA - Pulla bağlı uğurlarınız gözlənilsə də, qarşılıqlı münasibətlərdə və sağlıq durumunuzda xoşagəlməzliklər ola bilər. Bu amili nəzərə alıb davranışınıza və qidanıza fikir verin.
ƏKİZLƏR - Ulduzlar doğma və yaxınlarınızla soyuq davranışınızdan şikayətçidir. Bunu aradan qaldırmaq üçün digər işləri təxirə salmaq da olar. Əsas vaxtınızı sevimlilərinizlə keçirin.
XƏRÇƏNG - İxtiyarınızda olan bu təqvimdə keçmiş günahlarınızdan qurtulmağınız üçün bir sıra addımlar atmalı, ehtiyac olarsa, tövbə etməlisiniz. Uzaqda yaşayan doğmalarınızla əlaqə yaradın.
ŞİR - O qədər də səmərəli gün deyil. Lakin güc və potensialınızdan istifadə etməklə vəziyyətin axarını maraqlarınıza uyğunlaşdıra bilərsiniz. Ailədəki narahatçılığa özünüz son qoyun.
QIZ - Yaxşı olardı ki, fəaliyyətlə bağlı bütün işlərinizi təxirə salasınız. Münasibətlər zəminində bu qədər çatışmazlıqlar olduğu halda hansısa işə enerji itirməyə lüzum yoxdur.
TƏRƏZİ - Yaxşı olar ki, gün boyu maliyyə məsələlərində riskli addımlardan çəkinəsiniz. Əks təqdirdə aldadıla bilərsiniz. İstənilən situasiyada obyektiv qərar verməyə çalışın.
ƏQRƏB - Ümumi atmosfer passiv olduğundan hansısa qeyri-adi işlərə girişməyin. Əsas enerjinizi qarşılıqlı münasibətlərə yönəldin. Səmimi insanlarla bir araya gəlmək əhvalınızı yüksəldəcək.
OXATAN - Günün ümumi mənzərəsi normaldır. Qəlbinizə yaxın olan insanlara qarşı səmimi və qayğıkeş olun. Əgər maddi durumunuz yaxşıdırsa, ehtiyac duyanlara bacardığınız qədər kömək edin.
OĞLAQ - Qarşılıqlı münasibətlərdə rastlaşdığınız xoş ovqat digər məsələlərdə də irəliləyiş yaradacaq. Özünüzü cəmiyyətdən təcrid olunmuş hala salmayın. Həyatın gözəlliyini duyun.
SUTÖKƏN - Əslində yeni il sizin üçün bu gün "başlayır". Çünki 2013-cü ildə nəzərdə tutduğunuz planların icrası günorta saatlarından start götürəcək. Varlanma ehtimalınız da var.
BALIQLAR - Bütün vücudunuzu bürüyən müəmmalara son qoyun. Tarix boyu belə hallar heç kimə uğur gətirməyib. Dünyanı düzəltməkdən əvvəl öz qüsurlarınızı aradan qaldırmağa çalışın
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?