Səbuhi Rəhimlidən yanvarın 20-nə olan astroloji proqnoz
Bizi izləyin

Qoroskop

Səbuhi Rəhimlidən yanvarın 20-nə olan astroloji proqnoz

QOÇ - Ətrafınızda cərəyan edən proseslər nə qədər əleyhinizə işləsə də, dözümlü olmalısınız. Əks təqdirdə uğurlardan uzaq düşəcəksiniz. Mənzil şəraitində daha çox olun.

QOÇ - Ətrafınızda cərəyan edən proseslər nə qədər əleyhinizə işləsə də, dözümlü olmalısınız. Əks təqdirdə uğurlardan uzaq düşəcəksiniz. Mənzil şəraitində daha çox olun.

BUĞA - İş günü olmasa da ulduzlar bütün diqqəti fəaliyyətə ayırmağı tövsiyə edir. Əgər bunu bacarsanız, yanvarın son ongünlüyündə ciddi problemlərlə rastlaşmayacaqsınız.

ƏKİZLƏR - Həyat təcrübəsi zəif olan adamlardan uzaq olun. İndiki məqamda belə hallar sizə yalnız zərər yetirə bilər. Amma bilik və təcrübəsi bol olan şəxslərdən bərk-bərk yapışın.

XƏRÇƏNG - Əgər səhhətiniz imkan versə, müqəddəs yerləri ziyarət etməklə hazırkı enerji azlığınızı aradan qaldıra bilərsiniz. Maraqlı insanlarla rastlaşma ehtimalınız da var.

ŞİR - İştirakçısı olduğunuz proseslər olduqca ciddi bir mərhələyə yetişib. Belə məqamlarda ehtiyatlı və tədbirli davranmalısınız ki, gözdən düşməyəsiniz. Uzaq yola çıxmaq da olar.

QIZ - Ətrafınızı bürüyən bədxah insanlar sizi imansız yola təhrik edə bilərlər. Özünüzü təsirdən qoruyun. Hansısa dedi-qodu və ya şər neçə illik xoş münasibətlərə kölgə salmamalıdır.

TƏRƏZİ - Mistik düşüncələrə qapılmaqdansa, Tanrını başınız üstündə hiss edib düzgün qərarlar verin. Yalnız bu halda irəliləyişlər mümkündür. Qarşınızda müəyyən yeniliklər də durur.

ƏQRƏB - Həssas və çılğın olmağınızdan istifadə edən bəzi bədxahlar sizə tələ qura bilər. Bu səbəbdən də özünüzü dağ kimi təmkinli aparın. Əmin olun ki, bunun bəhrəsini görəcəksiniz.

OXATAN - Nahara qədər qeyri-adi hansısa hadisə gözləməkdənsə, darıxdığınız adamlarla görüşməyə cəhd edin. Pul və işlə bağlı planlarınızı isə günortadan sonraya saxlayın.

OĞLAQ - Pul kisəsinin qənaətbəxş olmaması ləyaqət və mənliyinizə kölgə salmamalıdır. Çünki həyatın enişi-yoxuşu həmişə olur. Odur ki, iman işığına söykənib mərhəmətli olun.

SUTÖKƏN - Artıq bu gündən öz bürcünüz "hakimiyyətə” gəlib. Bu isə hamıdan enerjili və şanslı olacağınıza stimul verəcək. Konkret olaraq bu gün əlaqələrə və qazanca diqqət ayırmalısınız.

BALIQLAR - Sizə mənəvi dəstək verə biləcək insanlarla rastlaşma ehtimalınız var. Çalışın ki, bu görüşlər boşuna getməsin. Daxili narahatlığınızı dəf etmək üçün bunun böyük səmərəsi ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm