Səbuhi Rəhimlidən aprelin 25-nə olan astroloji proqnoz
Bizi izləyin

Qoroskop

Səbuhi Rəhimlidən aprelin 25-nə olan astroloji proqnoz

QOÇ - Ailə üzvlərinizlə davranışlarda nəzakətli olun. Məhz belə olduqda özünüzə qarşı rəğbət oyada bilərsiniz. "Yalnız mən haqlıyam" ifadəsini tərgidin. İş günü olsa da, istirahətə vaxt ayırın.

QOÇ - Ailə üzvlərinizlə davranışlarda nəzakətli olun. Məhz belə olduqda özünüzə qarşı rəğbət oyada bilərsiniz. "Yalnız mən haqlıyam" ifadəsini tərgidin. İş günü olsa da, istirahətə vaxt ayırın.

BUĞA - Atdığınız hər bir addımın məsuliyyətini hiss edin. Bu, çıxaracağınız qərarların icrasında sizə böyük dəstək olabilər. Əks təqdirdə gün ərzində müvəffəqiyyətə yetişə bilməyəcəksiniz.

ƏKİZLƏR - Maraqlı görüşlər yolunuzu gözləyir. Ola bilsin ki, yeni təkliflər də alasınız. Axşam təmiz havada gəzinməyiniz sağlamlığınıza xeyir gətirə bilər. Büdcənizdə artım mümkündür.

XƏRÇƏNG - Sevgi dolu bir gün yaşayacaqsınız. Yaxın adamların sizi başa düşməsi, o cümlədən səhvlərinizi bağışlaması ürəyinizcə olacaq. Nəzərdə tutmusunuzsa, nahardan sonra səfərə çıxın.

ŞİR - Nədənsə bu ərəfələr sizin üçün o qədər də ürəkaçan keçmir. Bu səbəbdən də riskli və qeyri-adi hərəkətlərə yol verməməlisiniz. Qonaq getmək, gəzintiyə çıxmaq çox səmərəlidir.

QIZ - İşlə özünüzü çox yormayın. Ulduzlar daha çox istirahətə yer ayırmağınızı tövsiyə edir. Saat 16-dan sonra yaxınlarınızla aranızda yaranmış anlaşılmazlıqlara aydınlıq gətirməyə çalışın.

TƏRƏZİ - Nahara qədər ümumi vəziyyətiniz qənaətbəxş olacaq. Nəzərdə tutduğunuz işlərin bir çoxunu gerçəkləşdirəcəksiniz. Sonrakı vaxtınızı isə daha çox sizi anlayan insanlarla keçirin.

ƏQRƏB - Sevgi amilinə daha böyük diqqət yetirin. Çünki iş gəldi-gedər olsa da, bu hisslər ilahidən gəldiyi üçün əbədidir. Gün ərzində sizə yaxın olanlarla mübahisələrdən yayının.

OXATAN - Hələ ki, mövcud durumunuz Göy qübbəsini qane edir. Əsası odur ki, hər hansı xoşagəlməzlik baş verməyəcək. Bu gün şəxsi işlərinizdə əsaslı dönüş etmək üçün aktivləşməlisiniz.

OĞLAQ - Hər mənada uğurlu gün yaşayacaqsınız. Ulduzlar bəxtinizin gətirəcəyini bəyan edir. Təzə xəbərlər də eşidəcəksiniz. Amma həmkarlarınızla təmkinli davranın ki, işdə passivlik yaranmasın.

SUTÖKƏN - Bir qədər mübahisəli ərəfədir. Daimi ünsiyyətdə olduğunuz adamlarla, ələlxüsus da həmkarlarınızla xoşagəlməz situasiyalara cəlb oluna bilərsiniz. Bələd olmadığınız ünvanlara getməyin.

BALIQLAR - Astroloji göstəricilərə görə bu gün əməkdaşlıq zəminində uğurlarınız böyük olacaq. Aldığınız təkliflərin perspektivlərinə inanırsınızsa, imtina etməyin. Varlanmaq şansınız var

Oxumağa davam et
Reklam
Reklam

Gündəm