Qoroskop
Səbuhi Rəhimlidən aprelin 26-na olan astroloji proqnoz
QOÇ - İxtiyarınızda olan bu təqvimdə bacardığınız qədər təmkin nümayiş etdirməyə çalışın. Yaxşı olar ki, yorucu işlərə ara verib istirahət edə, həzin bir musiqiyə qulaq asasınız.
BUĞA - Əşyalarla, xüsusən də elektrik cihazları ilə ehtiyatlı davranın. Əks təqdirdə xəsarət ala bilərsiniz. Axşama yaxın əsəblərinizi sakitləşdirmək üçün gəzintiyə çıxın.
ƏKİZLƏR - Əgər bu ayı səmərəli şəkildə yekunlaşdırmaq fikriniz varsa, bu gün ciddi ölçü götürməlisiniz. Xəyallar qoynundan düşüb real addımlar atın. Gün ərzində müştərək fəaliyyətlə məşğulluq uğurludur.
XƏRÇƏNG - Bir qədər gərgin situasiyalara cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ayrı-ayrı şəxslərlə davranışlarınızı tənzimləməlisiniz. Ağlınız kəsməyən işlərə girişməyin.
ŞİR - Fəaliyyətdə aktivlik olmadığını nəzərə alıb müqəddəs ziyarətgahlardan birinə baş çəkin, dualarınızı əskik etməyin. Bu gün şəxsi həyatınızda böyük irəliləyişlər start götürməlidir.
QIZ - Dünya niyə xoşunuza gəlmir? Bəlkə səbəbi təbiətdə deyil, insanlarda və daha çox da özünüzdə arayasınız?! İxtiyarınızda olan bu təqvimdə yalnız bu barədə düşünün ki, nicat tapasınız.
TƏRƏZİ - Yeni əlaqələr yaratmaq fikriniz varsa, saat 15-ə qədər əzmkarlığınızı artırın. Söhbət və müzakirələr zamanı özünüzü qürurlu aparmağa çalışın. Sonrakı saatlarda istirahət edin.
ƏQRƏB - Planetlərin bürcünüzdəki neqativ düzülüşü səhhətinizə mənfi təsir göstərə bilər. Odur ki, ehtiyatlı davranış, qidalara xüsusi diqqət yetirmək sizin üçün vacibdir. Yeni işlərə başlamayın.
OXATAN - Gileylərinizi qabartmayın. Özünüzü təmkinli, eyni zamanda qürurlu göstərin. Düşünülməmiş qərar çıxarmaq, risk etmək sizə uğur gətirməyəcək. Sevgi amilinə xüsusi diqqət ayırın.
OĞLAQ - Ehtiyatlı olun. Göy qübbəsi ciddi yanlışlığa yol verə biləcəyinizi bəyan edir. Mövcud situasiyaları kontrolda saxlamağa çalışın. Ürəyinizcə olmayan təklifləri düşünmədən təxirə salın.
SUTÖKƏN - Maliyyə sövdələşmələrində iştirak etmək üçün ideal gündür. Şəxsi büdcənizi artırmaqdan ötrü bir az siyasətçi olun. Axşama yaxın çoxdan görmədiyiniz adamlarla rastlaşacaqsınız.
BALIQLAR - Görəcəyiniz işləri əvvəlcədən konkretləşdirin. Təbiətin bu gözəl ərəfəsi karyeranız üçün həddindən ziyadə uğurlu olacaq. Amma bugünkü vaxtınızı konkret olaraq sevgiyə həsr etməyə çalışın.
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu