Qoroskop
Səbuhi Rəhimlidən mayın 2-nə olan astroloji proqnoz
QOÇ – Daima ünsiyyətdə olduğunuz doğma və yaxınlarııza xüsusi qayğı göstərin. Çünki planetlərin bürcünüzdəki neqativ düzülüşü hər türlü mübahisədən qaçmağa əsas verir. İstirahət etməyə dəyər.
BUĞA – Gün ərzində əsas idarəetmə öz əlinizdə olacaq. Odur ki, qarşıya qoyduğunuz məqsədlərə yetişməkdə bir qədər israrlı olmağınız vacibdir. Hər şeydən öncə informasiya toplamağa çalışın.
ƏKİZLƏR – Ailə-sevgi münasibətlərinə ədalətli mövqedən yanaşsanız, heç bir probleminiz olmayacaq. Fəaliyyət zəminində də olaylar xeyrinizə işləyəcək. Amma rəhbərliklə mübahisə yaratmayın.
XƏRÇƏNG – Günün ilk yarısında bacardığınız qədər diqqətli olun ki, hər hansı fiziki zədə almayasınız. Təxminən saat 15-dən sonra isə bir neçə hadisə sizi məmnun edəcək. Bu gün səfərə çıxmayın.
ŞİR – Münasibətlər sistemində diqqətli və ədalətli olun, ələlxüsus da ailə müstəvisində. Əgər qarşınızda duran bu təqvimdə hər hansı mübahisəyə yol versəniz, bu, uzun müddət davam edəcək.
QIZ – Əsas gücünüzü fəaliyyətə yönəldin. Öz bacarıq və məsuliyyətinizlə hörmət qazanmağa çalışın. Şəxsi büdcənizdə artım etmək üçün apardığınız danışıqlarda maksimum ehtiyatlı olun.
TƏRƏZİ – Hər şeyə loyal yanaşın, ənənəvi olmayan heç bir işə müdaxilə etməyin. Nəzərə alın ki, bu gün hər hansı risk uğursuzluqla nəticələnə bilər. Siyasi proseslərdə isə “pərdə arxasına” keçin.
ƏQRƏB – Bu gün xeyriyyəçi timsalında davranın. Hər hansı münaqişəni və ya düşmənçiliyi təsəvvürünüzə belə gətirməyin. Ünsiyyətdə olduğunuz insanları anlamağa çalışın. Yalan vəd verməyin.
OXATAN – Əsas gücünüzü maliyyə problemlərinin həllinə yönəldin. Bunun üçün bütün mümkün variantları gözdən keçirin. Qarşınızda işlə bağlı yeniliklər də gözlənilir, amma səhhətinizi də qorumalısınız.
OĞLAQ – Ulduzlar gün ərzində yeniliklərlə rastlaşacağınzı proqnozlaşdırır. Bu səbəbdən gün ərzində bir an da boş dayanmamalısınız. Axşama doğru yaxın bildiyiniz kəslərə qonaq gedə bilərsiniz.
SUTÖKƏN – Ötən ay xeyli işləriniz yarımçıq qaldığından bütün gücünüzlə onları başa çatdırmalısınız. Çünki bugünkü qədər şanslı olmayacaqsınız. Amma bütün qərarlarda ədalətə söykənməyə çalışın.
BALIQLAR – Əgər təkbaşına hər hansı işin öhdəsindən gələ bilmirsinizsə, etibar etdiyiniz insanlarla məsləhətləşin. Ümumiyyətlə, bu gün kənardan deyilən tövsiyələrə daha ciddi yanaşın.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO