Astroloji proqnoz - 8 dekabr
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 8 dekabr

Maraqlarınız yaxın ətrafınızdakı insanların planları ilə toqquşursa, ehtiyatlı davranın.

Qoç - daşınmaz əmlak, inşaat materialları, mebellə bağlı əməliyyatlar aparmaq olar. İmicin yenilənməsinə yönəlmiş eksperimentləri təxirə salın.

Buğa - maraqlarınız yaxın ətrafınızdakı insanların planları ilə toqquşursa, ehtiyatlı davranın. Münaqişələri, fikir ayrılıqlarını aradan qaldırın. Emosional olmayın.

Əkizlər - ciddi məsələni həll etmək mümkün deyil. Aktivliyin yeni mərhələsi ərəfəsində normal istirahət etməyi unutmayın.

Xərçəng - yeniliklər özləntisi, planların reallaşdırılmasında ərəfə istəkləri var. Tələsməyin, düşünülməmiş addımlar atmayın. Mühüm xəbərləri gözləyin.

Şir - səbr və işlərdəki soyuqqanlılıq xoşagəlməz problemlərdən qurtulmağa yardım edər. Ünsiyyətinizi ümumi işlə məşğul olduğunuz insanlarla məhdudlaşdırın.

Qız - kollektivdəki şərait qarşılıqlı yardımlaşma və əməkdaşlıq tələb edir. Peşəkar fəaliyyət prosesində yaranan ləngimələr və məhdudiyyətləri aradan qaldırın. Əks təqdirdə onlar yaxın vaxtlarda ciddi problemlərə çevrilə bilər.

Tərəzi - ziddiyyətli emosiyalar yarana bilər. Etiraf ehtiyacında birmənalı olmayan məqamlar aşkarlana bilər. Sizdən sui-istifadə olunmasına yol verməyin. Diqqətli və sayıq olun.

Əqrəb - qərar qəbul edəndə üzdə olan variantı seçməyə tələsməyin. Situasiyanı hərtərəfli araşdırın. Hadisələr zəncirvari inkişaf edərək yaşamınıza yeni insanlar, ideyalar və planlar cəlb edə bilər.

Oxatan - məqsəd və hədəfləriniz artdıqca yoldakı maneələrlə sədlər də ciddiləşir. Tələblərinizin sayını bir qədər azaldın, bəzi situasiyalarda güzəştə getməyi bacarın. Sizə rədd cavabı vermək istəyən adam fikrini dəyişə bilər.

Oğlaq - nümayişkaranə müqavimət göstərməyin. Aldığınız xəbəri təhlil edin, faydalı məlumatları qulaqardına vurmayın. Axşam saatları səhhətinizin qeydinə qalın.

Dolça - informasiya mübadiləsi və məlumatlardan yararlanın. Peşəkar fəaliyyətinizlə birbaşa məşğul olan məsələlərlə məşğul olmaq üçün əlverişli zamandır. Eyni vaxtda bir neçə işlə məşğul olmalı olacaqsınız.

Balıqlar - ünsiyyətlə zəngin gün olacaq. Lakin yaxın ətrafınızdakı insanlarla təmaslar o qədər də rahat olmayacaq. Sizə yeni işlər tapşırmaq istəyənlərlə yanaşı, yardımlarınızdan bəhrələnmək istəyənlər də var.

Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm