Səbuhi Rəhimlidən mayın 4-nə olan astroloji proqnoz
Bizi izləyin

Qoroskop

Səbuhi Rəhimlidən mayın 4-nə olan astroloji proqnoz

QOÇ – Mübahisələr silsiləsinin sonuncu mərhələsindən keçməli olacaqsınız. Bu səbəbdən dəmir kimi möhkəm olmağa cəhd edin. Saat 15-18 arası xoş təsadüflərin də şahidi ola bilərsiniz.

QOÇ – Mübahisələr silsiləsinin sonuncu mərhələsindən keçməli olacaqsınız. Bu səbəbdən dəmir kimi möhkəm olmağa cəhd edin. Saat 15-18 arası xoş təsadüflərin də şahidi ola bilərsiniz.

BUĞA – Ümumi mənzərə müsbət ovqatdan xəbər verir. İştirakçısı olduğunuz proseslər daha çox xeyrinizə cərəyan edəcək. Mistik düşüncələrə dalıb özünüzü yormaqdansa, daxiliən hesabat verin.

ƏKİZLƏR – Qarşınızda maraqlı bir təqvim durur. Hər hansı xoşagəlməzliyi gözləməyə dəyməz. Yaşca sizdən böyük olanlara diqqət ayırın. Əgər işlə bağlı olmasa, uzaq səfərə çıxmayın.

XƏRÇƏNG – İşləriniz çox olacaq. Üzərinizə düşən bütün öhdəliklərə məsuliyyət və sevgi ilə yanaşın. Əgər fəaliyyətinizə mane olmasa, yeni təklifləri rədd etməyin. Bu gün ağır qidalar yeməyin.

ŞİR - Nahara qədər bütün gücünüzlə təmkininizi qorumağa çalışın. Bunu bacarsanız, növbəti müddətdə ciddi narahatlığınız olmayacaq. Davranışlarınızda daha çox ədalət prinsiplərinə söykənin.

QIZ – Rastlaşdığınız bütün sıxıntı və gərginliklərə baxmayaraq, özünüzdə güc tapıb yeni mərhələyə hazır olmalısınız. Unutmayın ki, hərəkət etməsəniz, heç kim kənardan gəlib sizə yardımçı olmayacaq.

TƏRƏZİ – Ailə üzvlərinizin, sevdiyiniz adamların nəbzini tutmağa çalışın. Əgər qüsur özünüzdə olarsa, üzr istəməkdən çəkinməyin. Qürurlu olmaq belə məqamlarda keçmir. Varlanma ehtimalınız var.

ƏQRƏB – İş günü olsa da, daha çox istirahətə vaxt ayırın. Çünki hər hansı fəaliyyət uğuru gözlənilmir. Əgər şərait yaransa yaxın ünvanlara qonaq getmək və ya sakit guşələrdən birində dincəlmək də olar.

OXATAN – Astroloji göstəricilər ümumi proseslərdən müsbət nəticəyə gələcəyinizi bildirir. Ola bilsin ki, itirilmiş nüfuzunuzu da qaytarasınız. Bu gün mənfi yüklü ifadələr işlətməyin ki, gözdən düşməyəsiniz.

OĞLAQ – Daxili gərginliyinizi dəf etmək üçün özünə və gücünə etibar etdiyiniz insanlarla bir araya gəlin. Bu gün sizin ağıllı fikir və məsləhətlərə böyük ehtiyacınız olacaq. Axşamı evinizdə keçirin.

SUTÖKƏN – Başa düşülməməyiniz sizi stress halına gətirə bilər. Buna qətiyyən yol verməyin. Çünki gün ərzində beyninizi dincəltmək əsas vəzifəniz olmalıdır. Qida və yuxunuza ciddi fikir verin.

BALIQLAR – Ulduzların düzümü təkbaşına hansısa işə girişməyi yolverilməz sayır. Mütləq müttəfiq köməyindən istifadə etməlisiniz. Günün sonuna doğru maddi cəhətdən irəliləyişə nail ola bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm