Səbuhi Rəhimlidən mayın 5-nə olan astroloji proqnoz
Bizi izləyin

Qoroskop

Səbuhi Rəhimlidən mayın 5-nə olan astroloji proqnoz

QOÇ – Bütün astroloji göstəricilər doğma və yaxınlarınızla daha mülayim davranmağı məsləhət görür. Gücünüzə güc qatmaq üçün bu, çox vacibdir. Bunu bacarsanız, taleyinizin qızıl dövrü başlayacaq.

QOÇ – Bütün astroloji göstəricilər doğma və yaxınlarınızla daha mülayim davranmağı məsləhət görür. Gücünüzə güc qatmaq üçün bu, çox vacibdir. Bunu bacarsanız, taleyinizin qızıl dövrü başlayacaq.

BUĞA – Yaxşı olar ki, bu gün bir qədər özünüzə hesabat verəsiniz. Çünki buvaxta qədər keçdiyiniz yanlış və doğrulardan nəticə çıxarmağınız sizə stimul verəcək. İstənilən günahdan çəkinin.

ƏKİZLƏR – Bu il ilk dəfədir ki, bürcünüzdə heç bir mənfi yüklü planet yoxdur. Deməli, taktikanız doğru olarsa, yalnız müsbət olayların iştirakçısı olacaqsınız. Özünüzü güclü hiss edin, xeyirxah olun.

XƏRÇƏNG – Ümumi mənzərə qənaətbəxş olduğundan sizə yalnız doğru seçim etmək qalır. Əgər bu gün pulla bağlı planlarınız varsa, saat 14-ə qədər həll edin. İşdən başınız açılsa, səfərə çıxa bilərsiniz.

ŞİR – Həyatınızda, yaxın ətrafınızda lazımsız adamlar az deyil. Özünüzdə güc tapıb onların bəzisindən uzaqlaşın. Çünki bu ayın perspektivləri üçün sizə etibarlı adamlar lazım olacaq. Yuxunuza fikir verin.

QIZ – Bu gün əsl siyasətçi xarizması nümayiş etdirin. Hər bir informasiya və situasiyadan dəqiq nəticə çıxarmaq üçün ölçüb-biçin. Hər ifadənizə diqqət yetirin. Nahardan sonra pul problemlərini çözün.

TƏRƏZİ – Ulduzlar günün ilk yarısını neytal şəkildə başa vurmağı tövsiyə edir. Hər hansı riskə getmək yolverilməzdir. Təxminən saat 14-dən etibarən iş həyatınızda dönüş gözlənilir. Fürsəti fövtə verməyin.

ƏQRƏB – Bürcünüzün xarakterindən irəli gələn son sözü əvvəldə demək, qədərindən artıq təvazökarlıq sizə problem yarada bilər. Bu səbəbdən hər kəslə mülayim davranın. Səfər isə uğurlu deyil.

OXATAN – Maliyyə bxımından uğurlu gün olsa da, münasibətlər müstəvisində diqqətli olmağınız vacibdir. Köhnə palan içi tökməkdənsə perspektivli layihələr üzərində baş sındırmaq daha yaxşı olar.

OĞLAQ – Nahara qədər hər hansı qeyri-ənənəvi addım atmağınız xoşagəlməzliklə nəticələnə bilər. Neytrallığınzı qorumağa çalışın. Sonrakı saatlarda nüfuzlu və ya vəzifəli insanlarla səmərəli görüşləriniz gözlənilir.

SUTÖKƏN – İlıq Baharın sizə verdiyi müsbət enerjidən lazımınca yararlanın. Gücünüzü artırmaq üçün fəaliyyətə azacıq fasilə verin. Beyninizdəki arzuları götür-qoy etmək üçün bundan yaxşı gün olmayacaq.

BALIQLAR – Kənardan sizə qarşı hər hansı neqativ və ya müsbət təsir olmayacaq. Necə deyərlər, nə əkəcəksinizsə, onu da biçəcəksiniz. İxtiyar sahibi olduğunuz üçün çalışın ki, yalnışlığa yol verməyəsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm