Astroloji proqnoz - 24 fevral
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 24 fevral

Əlavə iş götürməyin.

Qoç - cari fəaliyyətinizdə zəruri islahatlar edin. Tərəfdaş və ya şəriklə yeni sifarişi, tapşırığı və ya işi nəzərdən keçirin. Amma tələsik qərar qəbul etməyin.

Buğa - gün gərgin başlanacaq. Buna rəğmən, imkanların zirvə səviyyəsindəsiniz və ən ağır işə başlaya bilərsiniz. Hadisələrin qəfil dönüşünə, spontan tədbirlərə və çalışdığınız insanların motivasiyasız inadkarlığına hazır olun.

Əkizlər - təsadüfi görüşlərdə həssas və təmkili olun. Axşam saatlarında diqqətli olun. Ailə üzvləri ilə ümumi işə başlaya bilərsiniz.

Xərçəng - siddi və mühüm işə başlamayın. Amma sizi maraqlandıran təfərrüatları mütləq şəkildə nəzərə alın. Çoxdan bəri aradığınız informasiya tapılacaq və ya daha faydalı nə isə aşkarlayacaqsınız.

Şir - gərgin və ağır gündür. Emosiyalar məntiqi üstələyə bilər. Gərəksiz sözlər söyləməyin, ehtiyac duyulmayan hərəkətlər etməyin. Ən önəmli situasiyalarda sinirlənəndə 10-a qədər sayın.

Qız - nədəsə şübhələnirsinizsə, qərarı və ya əməli təxirə salın. İntriqalar quran, münaqişələr yaratmağa meylli olan insanlarla təmaslardan yayının. Fiziki iş üçün əlverişli vaxtdır.

Tərəzi - qayda, nizam və tələskənliyin olmaması problemlərdən qurtulmağa imkan verəcək. Yaşamınızdakı gərəksiz nəsnələrdən və ünsürlərdən qurtulun.

Əqrəb - hansısa məsələni dəqiq bilməməyinizlə bağlı durumun üzə çıxa biləcəyi görüş və danışıqları təxirə salın. Ənənəvi rejimə riayət edin, rutin məsuliyyətlər çərçivəsindən kənara çıxan nə isə etməyin.

Oxatan - bu gün çox mühüm işə başlamayın. Səhv salmaq, itirmək, yanlış seçim etmək şansı böyükdür. Yanvarın əvvəllərində sizi narahat etmiş məsələ ilə indiki probelmlər arasında əlaqə üzə çıxacaq.

Oğlaq - səhhətinizə fikir verin, dürüst qidalanın. Hətta pozitiv stress və xəbərlər də yuxusuzluğa səbəb ola bilər.
Dolça - əlavə iş götürməyin, çözüləsi məsələləri artırmayın. Ağırlıq izafi ola bilər. Tələskənlik və hövsələsizlik qəza, hədə, travma, maliyyə itkiləri yarada bilər.

Balıqlar - önəmli işləri günün ilk yarısında başa vurmağa çalışın. Ətalətli və süst davransanız, istədiyinizi əldə edə bilməyəcəksiniz. Səhvlər və yanlışlıqlar üzə çıxacaq.

milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm