Astroloji proqnoz - 26 fevral
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 26 fevral

Maraqlı təklifi qəbul edin.

Qoç - düşünülməmiş addımlar atmayın, tələsik qərarlar qəbul etməyin. Nəyisə kökündən və dərhal dəyişmək istəyi yarana bilər. Qərar qəbul edəndə çox fərqli olsalar belə, bir neçə variantı nəzərdən keçirin.

Buğa - ənənəvi və rutin məqamların çeşidli yönləri təzahür edəcək. Tələsməyin, yaşanan dəyişikliklərin fərqinə varın.

Əkizlər - işdə yeniliklər, maraqlı xəbərlər, diqqətin yeni mövzuya cəlb olunması istisna deyil. Böyük məbləğdə nə isə almağa, pul xərcləməyə, yeni işə başlamağa, fərqli layihənin əsasını qoymağa tələsməyin.

Xərçəng - çətin situasiyada həmkarlar və ya etibar etdiyiniz insanlarla məsləhətləşin. İdeyalar, unikal həllər, probelmlərin yaradıcı çözümü baxımından gün məhsuldar ola bilər.

Şir - ifrata varmayın, əks təqdirdə ciddi problemlərlə qarşılaşa bilərsiniz. Olayların məcrasında kəskin müdaxilələrə bel bağlamayın. Hər şey olduğu kimi yaşanarsa, əlverişli nəticə əldə edə bilərsiniz.

Qız - dostlarla görüş üçün əlverişli vaxtdır. Risk və macəralara qapılmayın.

Tərəzi - rəğbət bəslədiyiniz insanla münasibətlərdə maraqlı aktivləşmə ola bilər. Hadisələri tələsdirməyin, olayların axarına müdaxilə etməyin.

Əqrəb - baş verənlərin məzmununu dərk etməyə çalışın. Maliyyə məsələlərində ehtiyatlı olun. Alış-verişdə bədxərc davranmayın, pullarınızı və maliyyə vəsaitinizi kimsəyə etibar etməyin.

Oxatan - sizi maraqlandıran məsələ ilə bağlı gərəkli məlumatları arayın. Önəmli tapıntı ola bilər. Aldığınız təklifləri dəyərləndirin və onların arasında ən sərfəli olanı seçin.

Oğlaq - Yaxın ətrafınızdakı insanların fikri sizə zidd olsa da, onları dinləyin. Görüləsi işlərlə bağlı mövqenizdə dəyişikliklər, daha yaxşı variantın tapılması istisna deyil. Heç nəyi dəyişməyə tələsməyin.

Dolça - maraqlı gündür. Çoxdan bəri planlaşdırdığınız işə başlaya bilərsiniz. Kooptasiya və ya kooperasiya təklifi olarsa, qəbul edin. Maliyyə məsələlərində ehtiyatlı davranın.

Balıqlar - qəfil işlər və nevroz durumlar yaranacaq, planlar pozulacaq. Səmimiyyətiniz adekvat dəyərləndirilməyə bilər. Alış-veriş və digər maliyyə əməliyyatlarını təxirə salın.

milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm