• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Astroloji proqnoz - 2 mart

  • Qoroskop
  • 2 Mart 2017 00:03
  • 2 454 Baxış
Astroloji proqnoz - 2 mart

Qoç - işdə çalışanda əməyinizin məntiqi, zəhmətinizin məntiqi olmasına çalışın. Küveyt və ya Omandakı gəlmə pakistanlı, yaxud da banqladeşli deyilsiniz: sizinlə eyni işi görən adamdan niyə az pul almalısınız ki?!

Buğa - fikir ayrılığı və mübahisə şəraiti yaranarsa, şərtləri və "oyun qaydalarını" pozmadan praktiki, dayanıqlı mövqe tutun. İşin effektivliyi istədiyiniz səviyyədə olmaya bilər.

Əkizlər - əlinizə imkan düşən kimi irəliləməyə, atılışa çalışın. Emosiyalara uyaraq yanlışlığa yol verməyin, sadəlövh olmayın. İnsanlara inanmaq üçün onları tanımağınız gərəkdir.

Xərçəng - yaşam bu gün sizi seçim qarşısında qoyarsa, praktiki davranın, mənfəəti əldən verməyin. Bilik əldə edin, çünki bilik kimsənin sizdən ala bilməyəcəyi nəsnədir. Pulu, dostları, vəzifəni, - hər şeyi itirmək olar. Bilikdən savayı...

Şir - ürəyinizə qulaq asın, qəlbiniz sizə nələrsə deyəcək. Venera və Saturnun münasibətləri sizə cari işlərlə məşğul olmağı tövsiyə edir. Maddi, maliyyə, əmlak məsələləri ilə məşğul olmaq üçün əlverişli gündür.

Qız - maraqlı görüş və söhbətlər baş tuta bilər. Başqalarının hərəkətləri və motivlərini dəyərləndirməkdə tələskənliyə yol verərək cavab reaksiyalarının sərtliyinə təəccüblənməyin.

Tərəzi - yalnız anlaşdığınız, ümumi maraqlarınızın olduğu insanlarla görüşün, sıx ünsiyyətdə olun. Hisslərdə, əlaqlərdə, təmaslarda və işlərdə təmizlik yaratmaq üçün əlverişli gündür.

Əqrəb - yaxşısı budur ki, tək çalışın və nə isə alınmayanda tələsməyin. Sakitləşin. Səbr bu günün metaforasıdır.

Oxatan - emosiyalar bu gün parlaq hisslər çırpıntılarından gizli və mübhəm işarələrədək geniş diapazonda olacaq. Xüsusi maraqların olduğu yerdə qarşılıqlı anlaşmaya nail olmaq üçün çətin gündür.

Oğlaq - gələn informasiyanın təhlilinə daha çox vaxt ayırın. Ola bilər ki, diqqətinizi yeni iş cəlb etsin. Axşama yaxın təhlükəsizliyiniz barədə düşünün.

Dolça - nə istədiyinizi günün ikinci yarısında, nahardan sonra anlayacaqsınız. Axşam saatlarına yaxın gələcəklə bağlı davranış istiqamətini müəyyənləşdirin. Qüvvəniz artacaq, böyük iş görmək üçün enerji hiss edəcəksiniz.

Balıqlar - yaxın bildiyiniz insanlarla hissləriniz barədə danışmaq üçün əlverişli gündür. Lakin tərk təmayülü də hiss edə bilərsiniz. Məhdudiyyətlər, çərçivələr yarana bilər. Anlaşılmazlıq və daxili diskomfort hissi də yarana bilər.

milli.az

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>