Qoroskop
Astroloji proqnoz - 5 mart
Qoç - gərginliyin yaratdığı yorğunluq və stresslər bir qədər ləngiməyə səbəb ola bilər. Hadisələri tələsdirməyin, olaylara kəskin və aqressiv müdaxilə etməyin.
Buğa - bu günün əsas şərti və tələbi uzaqgörən olmaqdır. Gərgin duruma rəğmən Fobos və Andromeda sizə yardım edəcəklər.
Əkizlər - soyuqqanlı olun, məntiqli davranın, anın çətinliyini təhtəlşüur səviyyəsində anlayın, çalışdığınız insanların durumunu başa düşməyə çalışın.
Xərçəng - bu gün pərişanlıq və xəyanət var. Ətrafınızdakı insanların sizdən gözlədiyini yox, öz istədiyinizi edin. Etibar etdiyiniz insanlarla çalışın.
Şir - dözümlü və səbrli olun, xırdalıqlara xərclənməyin. Gün ərzində maliyyə məsələlərində ehtiyatlı olun, gərəksiz xərclərə yol verməyin.
Qız - içinizi qarsayan üsyana axşam çıxış verin. Xəyanətkar cəzasını almalı, şərəf və ləyaqətin nə olduğunu bilməlidir.
Tərəzi - hissiyatınız artır, emosional yaşam anlamları kövrəkləşir. Leda və Pasifenin münasibətləri sizdən yalnız etibar etdiyiniz insanlarla çalışmağınızı tələb edir.
Əqrəb - səbrsiz davranmayın, qətiyyətli olun. Kiçik məsələlərlə məşğul olub əsas problemi unutmayın. Dəyərsiz münasibətləri, illüziyaları keçmişə buraxın, yeni istiqamətdə hərəkətə başlayın.
Oxatan - yediyiniz və içdiyinizə daha ciddi diqqət verin. Maliyyə məsələlərində ehtiyatlı olun, bədxərclik etməyin.
Oğlaq - taleyüklü ola biləcək dəyişikliklər yaşana bilər. Kallisto və Enseladın münasibətləri sizə mühüm olan işlərdən birini yerindən tərpədərək ona təkan verə bilər. Di gəl, təşəbbüs göstərməyə tələsməyin.
Dolça - əvvəllər diqqətinizdən yayılan məqamları anlayacaqsınız. Real işlərdə yalan, fırıldaq, informasiyanın saxtalaşdırılması, məlumatların itirilməsi istisna deyil.
Balıqlar - səhhətinizə xüsusi diqqət verin. Məsləhətlərə, deyilən sözlərə qulaq asın. Axşam saatlarında müalicəvi prosedurlara əl atmaq pis olmaz.
milli.az
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK