• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Astroloji proqnoz - 11 mart

  • Qoroskop
  • 11 Mart 2017 00:03
  • 2 343 Baxış
Astroloji proqnoz - 11 mart

Qoç - bu gün aktual məsələnin həlli ilə bağlı faydalı ideyalar yarana bilər. Hər şeyi daha effektiv etmək üçün gərəkli məqamı tapmağa cəhd göstərin.

Buğa - Kallisto və Ledanın münasibətlərinin diqtəsinə uyğun olaraq tərəfdaşlarınız mühüm məsələlərdə sizinlə məsləhətləşmək istəyəcəklər. Böyük ümidləri doğrulda bilərsiniz, amma bunun üçün maraq dairənizi məhdudlaşdırmalı olacaqsınız

Əkizlər - perspektivdə daha sərfəli və faydalı işlə məşğul olmağınıza maneələr yarada biləcək problemin aradan qaldırılmasına çalışın. Səhhətinizə fikir verin. Pəhriz saxlamaq olar. İndi istədiyiniz yox, lazım olan işi görün.

Xərçəng - bu səbəbdən də müəyyən işləri iş yoldaşlarınıza, dostlarınıza və ya ailə üzvlərinizə həvalə etmək olar. Vaxtı və qüvvənizi mənasız mübahisələrə sərf etməyin.

Şir - bu gün özünüzə və yaxın ətrafınızdakı insanlara tələbkarlığınızı azaldın, priorietləri müəyyənləşdirin. Saturn və Fobosun münasibətləri görməli olduğunuz işlərin siyahısını uzadacaq.

Qız - bu gün nədənsə imtina etməli olacaq, ağrılı anlar yaşayacaqsınız və hansısa ümid puç olacaq. Lakin paralel olaraq nə isə sizi sevindirə bilər.

Tərəzi - Günəş və İonun münasibətləri sizdən aktiv davranmağı, təcili işlərlə məşğul olmağı tələb edir. Münasibətlərdə inad etməyin. İzafi aşkarlıq və şəffaflıq da işin ziyanına ola bilər.

Əqrəb - daxili gərginlik səviyyəsi ilə iddialarınızı azaldın. Səhhətinizə daha çox diqqət yetirin. Axşam saatlarında gəzintiyə çıxın.

Oxatan - Umbriel sizdən məntiqə və işlərin ənənəvi axınına əsaslanmağı tələb edir. İş yoldaşlarınızdan kimsəyə təzyiq göstərməyin. Əks təqdirdə, münaqişə yaranacaq. İşlərdə qayda yaradandan sonra yeniliklər üçün zəmin formalaşacaq.

Oğlaq - əvvəlki günlərin stressini yalnız işlə unutmaq olar. Şəxsi münasibətlərdə səmimi olun ki, təmaslar gərginləşməsin.

Dolça - işinizi rəvan görün, kəmhövsələlik etməyin. Toplantıya qatılsanız, problemlərin düşünülmüş həll yolunu arayın.

Balıqlar - Himaliya və Avropanın münasibətləri sizə artıq malik olduğunuz potensialdan bəhrələnməyinizi istəyir. Uğur və ya uğursuzluq, yardım və ya şəraitin müqaviməti, səhvlərinizi və ya seçdiyiniz kursun doğru olduğunu göstərəcək insanla danışıq günün ritmindən, hadisələrin amplitudasından asılıdır.

milli.az

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>