• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Astroloji proqnoz - 13 mart

  • Qoroskop
  • 13 Mart 2017 00:03
  • 2 379 Baxış
Astroloji proqnoz - 13 mart

Qoç - münaqişə yarada biləcək istənilən söhbətlər, mübahisələr, informasiya mübadiləsi və yazışmaya qatılmayın. Əks təqdirdə köhnə münasibətlərlə yanaşı, yeni yaranmış əlaqələr də zərər çəkə bilər.

Buğa - yuxulu, diqqətsiz ola bilərsiniz. Günə işlərdə və ətrafınızda qayda-qanun yaratmaqla başlayın. Fiziki iş faydalıdır. Əhvalınız və işlərin effektivliyi günün ikinci yarısında dəyişəcək.

Əkizlər - daxili protestə konstruktiv çıxış yolu verin. Hadisələrin arzulanan məcrasına nail olmağa çalışın. Təşəbbüskar olun. İşdə toplantı olarsa, problemlərinizdən açıq danışın.

Xərçəng - bədxahların və rəqiblərin sizi üstələməsinə imkan verməyin. Bunun üçün nə isə bir iş görmək, nədənsə imtina etmək gərəkdir. İrəliləmyə doğru hərəkət hələlik problemlərin dəf olunması ilə bağlıdır.

Şir - hisslərin münaqişəsi, insana və ya mövzuya marağın itməsi, özünütənqid böhranı mümkündür. Qəfil "ayılma", perspektivlərin yenidən dəyərləndirilməsi, rutin və bezdirici təsəvvürlərdən qurtulma istəyi yarana bilər.

Qız - şəraitin tələb etdiyi işi tam başa vurun, amma öz təşəbbüsünüzlə ciddi işə başlamayın. Gün ifrat dərəcədə dəqiqlik, diqqət, ayıqlıq və təmkin tələb edir.

Tərəzi - işdə diqqətli olun, ünsiyyəti minimuma salın. Bununla belə, mümkün problemlər, nasazlıqlara dərhal reaksiya verin. Yardım istəyənə kömək edin. Aldanmayın, yalnız öz marağınızı düşünün.

Əqrəb - səhər saatlarından etibarən işlərə ciddi münasibət bəsləyin, planlaşdırılmış tədbirlərə qatılın, işləri başa vurun və heç nəyi təxirə salmayın. Rəhbərliyin yanına getmək, karyera perspektivlərini müzakirə etmək üçün əlverişli gündür.

Oxatan - çoxmərhələli inkişaf vəd edən yeni işə başlamaq olar. Səhhətinizə diqqət yetirin.Dəyər verdiyiniz insanların məsləhətlərini qulaqardına vurmayın. Sayıq və huşyar olun.

Oğlaq - bütün işlər ciddi yanaşma və məsuliyyət tələb edir. Şəxsi münasibətlərdə təşəbbüs pərişanlıqla başa çata bilər. Ünsiyyətləri işgüzar danışıqlarla məhdudlaşdırın.

Dolça - təmkinli olun, səbr nümayiş etdirin və işləriniz də uğurla davam edəcək. Daxili gərginlik səhhətə pis təsir edə bilər. Emosiyalarınız çıxış tapmasa, xroniki proseslərin ağırlaşması və travma almaq riskinin artması mümkündür.

Balıqlar - tələskənliyə yol verməyin, təşvişə düşməyin. İmkan olarsa, bu gün taym-aut götürün və həddən ziyadə məsuliyyət, konkret ağır zəhmət tələb etməyən işlərlə məşğul olun.

milli.az

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>