Qoroskop
Səbuhi Rəhimlidən mayın 11-nə olan astroloji proqnoz
QOÇ - Olduqca səmərəli bir gün yaşayacaqsınız. Cərəyan edən proseslər bütünlüklə zövqünüzə uyğun olacaq. Amma daxili orqanlarınızı da qorumalısınız. Mümkün qədər ağır fiziki işlərə ara verin.
BUĞA - Yeni əlaqələr qurmaq istəyirsinizsə, bu təqvimdən maksimum yararlanmağa çalışın. Nüfuzlu adamların köməyindən istifadə edin. Gəlişixoş sözlər işlətməyin. Onsuz da buna heç kim inanmayacaq.
ƏKİZLƏR - Ulduzların düzümü maddi çətinliklərinizdən xəbər verir. Çalışın ki, büdcənizdə olan vəsaiti boş məsrəflərə xərcləməyəsiniz. Ailə üzvlərinizin problemlərinə laqeyd yanaşmayın.
XƏRÇƏNG - Bu təqvimdə ümumi gərginlik sizi müşayiət etsə də, çılğınlıq etməsəniz, günü sakit tərzdə başa vuracaqsınız. Nahardan sonra sizi səbəbsiz münaqişələrə cəlb etmək istəyəcəklər – aldanmayın.
ŞİR - Astroloji göstəricilər potensial imkanlarınızın genişlənəcəyini göstərir. Əgər gücünüzə inanırsınızsa, boş dayanmağa lüzum yoxdur. Axşam saatlarında rəqiblərinizdən qorunmağa çalışın.
QIZ - Nə qədər güclü olsanız da, təkbaşına hansısa vəzifənin öhdəsindən gələcəyinizi düşünməyin. Çünki bu təqvimdə sizə dəstək verən olmasa, uğurlu olaylardan uzaq düşə bilərsiniz. Bəxtinizdə pul var.
TƏRƏZİ - Səhər saatlarında həmkarlarınızla, eləcə də yaxın münasibətdə olduğunuz bəzi kəslərlə mübahisələriniz mümkündür. Dünəndən bəri bürcünüzdə olan Ay sizdən mülayimlik tələb edir.
ƏQRƏB - İxtiyarınızda olan bu təqvim bürcünüz üçün ən perspektivli zamana çevriləcək. Sizə qarşı hiyləgər mövqedə duranlara əl-qol açmağa macal verməyin. Lazımi məqamlarda sərtlik də göstərin.
OXATAN - Böyük dəyişiklər astanasındasınız. Hətta lazımi məqamda düzgün qərar çıxarsanız, ayın sonuna qədər ovqatınız xoş olacaq. Tərəddüd etdiyiniz bütün məsələləri isə təxirə salmalısınız.
OĞLAQ - Özünüzü nə qədər təmkinli aparsanız, işləriniz də bir o qədər uğurlu gedəcək. Hansısa xırdaçılığa görə hisslərinizi kandara çıxarmayın. Axşama yaxın maraqlı hadisələr gözlənilir.
SUTÖKƏN - Göy qübbəsi gün ərzində sizi bir neçə dəfə sınaqdan keçirməyə çalışacaq. Buna hazır olun və hər hansı məişət problemini özünüzə dərd etməyin. Şəxsi işlərinizdə dönüş yaranmaqdadır.
BALIQLAR - Adi bir gün yaşayacaqsınız. Hansısa böyük bir iş görəcəyiniz və ya qanqaraçılığı ilə rastlaşacağınız ağlabatan deyil. Bu gün riskdən, eləcə də yeni sövdələşmələrdən uzaq olmalısınız.
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib