Qoroskop
Astroloji proqnoz - 15 aprel
Qoç - ətrafınızdakı bəzi insanlar özləri də anlamadan və bilmədən sizin xeyrinizə "çalışırlar". Onları sakitcə izləyin, müşahidələrinizdən nəticə çıxarın.
Buğa - emosiyalarınıza hakim olun. İnstinkt və təbii ehtiyaclarınızı sərt nəzarətdə saxlayın. Bu gün əsl strateq olmalı, iki addım qabağa baxmalı bacarmalısınız.
Əkizlər - dəyər verdiyiniz insanla əlaqələri möhkəmləndirmək istəyirsinizsə, aktiv olun. Bədxərclik, hərdəmxəyallıq, tənbəllik vaxtı deyil.
Xərçəng - maddi çətinlik və ya maliyyə problemləriniz olmasa belə, xərclərinizi azaldın. Başqalarından maliyyə asılılığına düşməmək üçün əlinizdən gələni edin.
Şir - sevdiyiniz insana olan hissslərinizi bu gün təzahür etdirməyin, təvazökar olun. Yaxşı tanımadığınız insanlarla münasibətlərdə sərvaxt olun.
Qız - şəxsi həyatda təmkinli, ağıllı və müdrik davranın. Maliyyə imkanlarını olduğundan artıq dəyərləndirib bədxərclik etməyə, özünüzü pula pul deməyən adam kimi göstərməyin.
Tərəzi - gün ərzində fəal çalışıb, sonra dincələ bilərsiniz. Amma əyləncə hisslərinə və istəklərinə qapılmayın. İnsanların çox olduğu yerlərdə vaxt keçirmək fikrinə düşməyin.
Əqrəb - bu günün qayğıları və işləri sizə müəyyən mənada xoş gələ bilər. Lakin istənilən halda iş istirahət deyil və ola da bilməz. Kişilər xanımları, anaları və ya sevgililərin istəklərini mütləq nəzərə alaraq, bu istəklərin heç olmasa birini yerinə yetirməlidirlər.
Oxatan - hisslərinizin qayğısına qalın. Günün ikinci yarısında aktiv olun. Axşam saatlarında istirahətin formasını seçin. Bu gün evinizdəki xanımlar arasında qəflətən mübahisə və fikir ayrılığı yarana bilər.
Oğlaq - dostlar və yaxın insanlarla söhbət zamanı onların demək istəmədiklərini mütləq, nəyin bahasına olursa-olsun, öyrənməyə çalışmayın. Dəyər verdiyiniz insan barədə acı həqiqəti ona dərhal söyləməyin. Əks təqdirdə, ən yaxşı halda soyuqluq və laqeydliklə qarşılaşacaqsınız.
Dolça - dostunuzun yeni planı və ya rəqibinizin qəribə davranışı sizi təəccübləndirə bilər. Narahat olmayın, bütün bunlar yaxşılığa doğru dəyişikliklərdir.
Balıqlar - işgüzar olun, təsadüfi maneələr və ya bədxahlarınızın eyhamlarına, yalnız uğursuzluğunuzu istəyən şəxslərin atmacalarına aldanmayın, belə sözlərə sinirlənməyin.
milli.az
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO