• USD 1,7001 0,00% EUR 2,0063 +0,31%
    • GBP 2,2469 +0,21% RUB 0,0296 -0,34%

Astroloji proqnoz - 18 aprel

  • Qoroskop
  • 18 Aprel 2017 00:02
  • 2 945 Baxış
Astroloji proqnoz - 18 aprel

Qoç - perfeksionist olmayın, ətrafınızdakı insanlardan və yaxınlarınızdan ideal səviyyə tələb etməyin. Ailə üzvlərinin dediklərinə qulaq asın.

Buğa - bu gün gözütox, təmkinli, dəqiq, amma sürətli olun. Tələsməyin, eyni zamanda hadisələrin axarından da geri qalmayın. Heç nəyi absurd səviyyəsinə çatdırmayın.

Əkizlər - qidalanmada ifrata varmayın və eyni zamanda özünüzü sərt pəhrizlə könüllü işgəncələrə məhkum etməyin. Geyimdə ciddi klassik stili seçə bilərsiniz, amma reallıq budur ki, nəyiniz varsa, onu da geyinirsiniz.

Xərçəng - bu gün ilk görüş, mühüm danışıqlar, önəmli adamlarla müzakirələr üçün deyil. Ailə münasibətlərində qəfil problemlərin yaranması və məişət qayğılarının böyüyərək maneəyə çevrilməsi mümkündür.

Şir - səhər saatlarında günlə bağlı dəqiq fəaliyyət planını müəyyənləşdirin, çoxdan bəri görməli olduğunuz işləri yerinə yetirməyə başlayın. Tənbəllik etməyin və fəaliyyətsizliyinizə də heç bir bəhanə uydurub özünüzü aldatmağa çalşımayın.

Qız - bu gün önəmli ola bilər, çünki irəliləməyə başlasanız, geriyə yol olmayacaq. Çox tələsik, düşünülməmiş addımlar atmayın. İşdə və evdə bir qədər narahatlıq hissləri yarana bilər.

Tərəzi - iş yoldaşları ilə münasibətlərdə səmimi, gülərüz olun. İnsanlara onlar barədə həqiqətləri tam deməyin. Axşam saatlarını istirahətə həsr edin. Sosial şəbəkələrdə vaxt qatili olmayın.

Əqrəb - bu gün maliyyə vəsaitinizi qənaətlə xərcləyin. Səhər saatlarından etibarən aktiv olun, tənbəllik etməyin, qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün hər şeyi edin. Standart qaydaları və davranış modellərini unudun, hadisələri öz bildiyiniz təki interpretasiya edin.

Oxatan - romantik görüş və ya münasibətlər üçün yararlı gün deyil. Özünüzə yeni stil yaratmağa çalışın. Evdə və ya işdə nəyisə dəyişmək fikrinə düşsəniz, ehtiyatlı olun, düşünülmüş qərarlar verin.

Oğlaq - həyatınızda köklü dəyişikliklər etmək istəyirsinizsə, bu gün əlverişli zamandır. İslahatlar, yerdəyişmələr edin, yeni həyata ilk addımlar atın. Amma hər şey ifrat dərəcədə sərt və sürətli olmasın. Əks təqdirdə pərişan qala bilərsiniz.

Dolça - səmimiyyət və orijinallığı dəyərləndirin. Ailə üzvlərinizin kiçik tənqidlərindən inciməyin, mübahisələrə başlamayın. Soyuqqanlı olun.

Balıqlar - hədiyyə, işdə rəhbərliyə müraciət və alış-veriş üçün əlverişli gün deyil. Dostlar və yaxınlarla münasibətlərdə zahiri formaya aldanıb batini unutmayın.

milli.az

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>