Qoroskop
Astroloji proqnoz - 18 may
Qoç - gün karyera, əmlak və maliyyə ilə bağlı sevindirici məlumatlarla zəngin olacaq. İndi diqqəti qarşıya qoyulmuş məqsədə çatmaq üçün cəmləşdirmək lazımdır. Çoxdandır can atdığınız şeyi əldə edə bilərsiniz. İşgüzar əlaqələri möhkəmləndirmək, yeni müttəfiqlər tapmaq imkanını əldə verməyin. Kiminləsə birləşməklə öz imkanlarınızı əhəmiyyətli şəkildə genişləndirə bilərsiniz.
Buğa - uzaq qohumlarınızdan yazşı xəbərlər gələcək. Çoxdankı arzularınız çin ola bilər. Həyat potensialı yüksək olacaq və özünüzü yaxşı hiss edəcəksiniz.
Əkizlər - kifayət qədər çətin, eyni zamanda çox vacib gündür. Mətanət nümayət etdirin, illüziyalar qurmayın. Əsl döyüşçü olduğunuzu cöstərməyin əsl vaxtıdır. İşgüzar əlaqələr xüsusilə ehtiyat tələb edir. Təəssüf ki, düşmən, özü də nüfuzlu düşmən qazanmaq riski var.
Xərçəng - səbrli davranın. Özünüzü qorumalısınız. İstənilən imkandan xoş istirahət üçün istifadə edin və səhhətinizlə məşğul olmağı unutmayın.
Şir - bu gün bir növ mövsümlərarasıdır. Müsbət tendesiyalar "postu təhvil verib", mənfilər isə hələ tam gücü ilə özlərini göstərməyiblər. Hadisələrin inkişafı daha çox sizdən və baş verənlərə münasibətinizdən asılıdır. Nəyisə dəyişmək istəyirsiniz? Dəyişin.
Qız - ətrafdakılarla necə ünsiyyət qurduğunuza diqqət yetirin. Bu gün çoxları sizin zarafatlarını başa düşməyə, iradlarınızdan inciyə bilər. Eyhamlardan, ikibaşlı ifadələrdən uzaq olun.
Tərəzi - əlverişli, həftənin ən yaxşı günlərindən biridir. Müsbət tendesiyaların güclü təsiri həyatın demək olar ki, bütün sahələrində hiss olunur.
Əqrəb - işdə müvəffəqiyyət qazanmaq olar. Həm sınanmış müttəfiqlər, həm də yeni partnyorlarla əməkdaşlıq məhsuldar olacaq. Bir yerdən başqa yerə köçmək, avadanlıqları dəyişdirmək, yeni işə başlamaq üçün münasib gündür.
Oxatan - işgüzar fəallıq axşamadək yüksəkdir. Gün məzmunlu, hadisələrlə zəngin olacaq. Yalnız Şirlər, Əqrəblər, Dolçalar və Balıqlar üçün yorğunluq ehtimalı var. Bu bürclərin nümayəndələri özlərini gözləməli, iş vaxtından artıq işləməkdən və günün ikinci yarısında iş görüşlərindən imtina etməlidirlər.
Oğlaq - hansısa nəzərəçarpan nailiyyətlərlə yadda qalmasa da, pis gün deyil. İşdə münaqişənin yetişdiyini hiss edəcək və hamının maraqlarını nəzərə almaqla, ondan yayınmaq üçün üsul tapacaqsınız. Sərfəli sövdələşmə mümkündür. Bu sövdələşmədən əldə edəcəyiniz gəlir sizə çoxdankı arzunuzu həyata keçirməyə imkan verəcək.
Dolça - günün emosional fonu əlverişlidir. Bir müddət əvvəlki narahatlıq və həyəcanı unuda biləcək və müsbət ahəngə köklənəcəksiniz. Əvvəllər dostluq etdiyiniz və romantik münasibətdə olduğunuz adamlara özünü xatırlatmaq üçün pis gün deyil.
Balıqlar - həyat potensialınız yüksək olduğundan, bir neçə işlə eyni vaxtda məşğul olmaq lazım gəlsə də, yorulmayacaqsınız. Sevgi məsələlərində bəxtiniz gətirəcək.
milli.az
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...