Astroloji proqnoz - 28 may
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 28 may

Tanışlıq və əlaqələrin qurulması üçün əla gündür.

Qoç - yazıçılar, şairlər, rəssamlar və digər yaradıcı insanlar üçün yaxşı, praktiki məsələləri həll etməkdə qərarlı olanlar üçünsə qəliz gündür. Çox böyük vaxt itkisinə rəğmən nəticələr ürəkaçan deyil: planları həyata keçirmək çətindir.

Buğa - səfərlər də pis keçmir. Nə qədər uzağa gedirsinizsə, bir elə yaxşıdır, çünki yad yerdəki insanlarla dil tapmaq daha asandır. Uzaqdan-uzağa eşq macəraları asanlıqla başlanır: məktublar, İnternet insanları bir-birinə bağlayır. Amma bunları ciddi saymaq olmaz, ortada əsl hisslər yoxdur, gəlişi gözəl sözlər var.

Əkizlər - gününüz uğursuz başlayır. Yaxınlarınızla, yaxud rəhbərliklə mübahisələr gözlənilir, iş ortaqlarınızla ciddi fikir ayrılıqları olacaq. Hiss edirsiniz ki, tək qalmısınız, bu isə sizi əzir.

Xərçəng - gün daha çox illüziya və fantaziya ilə bağlıdır, real işlər isə bir qıraqda qalıb. Qarşınıza qoyduğunuz məqsədə doğru addımlayın. Diqqətinizi ikinci dərəcəli məsələlərə yönəltməyin.

Şir - əvvəlcə iş sizi əsəbləşdirəcək, amma tədricən alışacaq, hətta ondan zövq almağa başlayacaqsınız. Dövlət orqanlarında, vergi idarələrində işləyən insanlarla təmas qurmaq məsləhət deyil. İri əşyaların alınması üçün də uğurlu gün deyil.

Qız - bu gün süstsünüz, imkanınız olsaydı, heç bir işə əl vurmazdınız. Təəssüf ki, belə bir imkanınız olmayacaq. Özünüzü ələ almalı və uzun müddət təxirə saldığınız problemləri həll etməli olacaqsınız.

Tərəzi - qadınların məsləhətlərini qulaq ardına verməyin: çox vacib bir məlumat əldə edə bilərsiniz. Sürprizlər çox olacaq, bunların əksəriyyəti sizi sevindirəcək. Enerjiniz çoxdur, özünüzü yaxşı hiss edəcəksiniz.

Əqrəb - tanışlıq və əlaqələrin qurulması üçün əla gündür. Başgicəlləndirici romantik macəralara nə sözünüz? Bu gün ulduzlar sizə məhz bunu vəd edir. Xoş görüşlər və zərif etiraflar da bu günün hadisələri sırasındadır. Yaxınlarınız sizə hədiyyə edəcəklər.

Oxatan - müqavilələr bağlamaq üçün də əla gündür. Daha yaxşı olar ki, bu gün razılığa gələsiniz, imza mərasimini isə sabaha saxlayasınız. Günün ikinci yarısı xəbərlər alacaqsınız, onlar o qədər yaxşı olacaq ki, ilk əvvəl inanmayacaqsınız. Dəyərli hədiyyələr ala bilərsiniz.

Oğlaq - ünsiyyət üçün əla gündür, daha çox maraqlarınızı bölüşənlərlə söhbət etməyə üstünlük verin. Əgər bu gün qüvvələrinizi birləşdirsəniz, çox gözəl nailiyyətlər əldə edə bilərsiniz. İşlərinizdə uğurlarınız çox olacaq. Gücünüzü havayı sərf etmir, tələsmir və vurnuxmursunuz.

Dolça - işbirliyiniz olan insanlarla dil tapmaq bu gün asandır. Özünüzün haqlı olmağınızı sübut etmək üçün çox zəhmət çəkməli olmayacaqsınız - sizinlə çox tez, özü də səmimi olaraq razılaşırlar.

Balıqlar - tərəddüdlərə qapılmayın. Belə davranış hansısa nəticəyə gəlməyinizə mane olur. Üstəlik, bu gün yaman səliqəsiz və diqqətsizsiniz. Bu səbəbdən xırda, ancaq xoşagəlməz zədələr ala bilərsiniz.

milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm