Astroloji proqnoz - 25 iyun
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 25 iyun

Mürəkkəb məsələlərin həlli üçün əla gündür.

Qoç - emosional fon axşama doğru sabitləşəcək. Bu dövrdə həm həmkarlarınız, həm də yaxınlarınızla münasibətləri düzəldə biləcəksiniz. Düşünülməmiş, xaotik hərəkətlərdən çəkinin. Bütün işlərinizi əvvəlcədən planlaşdırın.

Buğa - bu gün sizin təbii istedadlarınızın parlaq şəkildə ortaya çıxdığı gündür. Məhz onların sayəsində əvvəllər əldə edə bilmədiyinizi qazanacaqsınız. İşgüzar mühitdə əlaqələriniz normallaşır, nüfuzlu tərəfdaşlarınız və etibarlı köməkçiləriniz peyda olur. Müstəqil kommersiya fəaliyyətinə başlaya bilərsiniz

Əkizlər - şəxsi həyatınızda baş verən dəyişikliklər sizi sevindirəcək. Bu gün bir çox Əkizlər təşəbbüs göstərir, xoşlarına gələn adama daha da yaxınlaşmaq üçün addım atırlar. Sabitlik və etibarlılıq istəyi bir çoxlarını nikah barədə düşünməyə vadar edir.

Xərçəng - səhər açılandan konstruktiv ruha köklənirsiniz, bu isə çətin situasiyalardan çıxmağa, işgüzar danışıqları daha faydalı etməyə və yaradıcı ideyaları həyata keçirməyə kömək edir. nəinki öz ideyalarınızı qaydaya salır, eyni zamanda başqalarına da bu işdə kömək edirsiniz. Minnətdarlıq özünü çox gözlətməyəcək.

Şir - gün ünsiyyət üçün əla vaxtdır. Həm romantik görüş, həm dost məclisi təşkil edə, ziyafətlərdə iştirak edə bilərsiniz. Qohumluq əlaqələrini möhkəmlətmək üçün imkan yaranır. Ailə biznesi və ümumi əmlak məsələlərini müzakirə edə bilərsiniz.

Qız - mürəkkəb məsələlərin həlli üçün əla gündür. İntellektual potensialınız yüksəkdir. Baş sındırıb, orijinal həll yolları axtarmağa həvəslisiniz. Bu gün işləyəcəyiniz adamlar da sadə çıxış yolları aramırlar. Odur ki, gününüz çox maraqlı olacaq. Planlaşdırmadığınız alış-veriş və xərclər mümkündür, amma pul kisəniz çox "arıqlamayacaq".

Tərəzi - romantik əlaqələr, o cümlədən "distansion" sevgi asan başlayır. Uzaqdan-uzağa sevgiyə inanmayan Tərəzilər də bu gün etiraf edirlər ki, heç demə, belə də olarmış. Amma onların əksəriyyəti öz yarını yaxınında axtarmağa çalışacaq.

Əqrəb - əməkdaşlıq, müştərək layihələr üzərində iş, qüvvələrin birləşdirilməsi üçün əla gündür. Sizin maraq və məqsədlərinizi bölüşən insanlar kifayət qədərdir. Əsas məsələ isə onların arasından məhz qarşılıqlı anlaşma əldə edə biləcəyiniz birini seçməkdir. Ola bilsin ki, xaricdən çox vacib məlumat alasınız. Bir çox Şirlər bu səbəbdən xaricə səfərlərə hazırlaşacaqlar.

Oxatan - səfərlər gözlənilir. Ola bilsin ki, sizi gözləmədiyiniz halda qonaq çağırsınlar. Axşamı, imkanınız varsa, ziyafətdə keçirin, orada siz parlayacaqsınız. Bu gün başlanan romantik münasibətlər çox ahəngdar inkişaf edəcək.

Oğlaq - plan və ideyalarınız yaxşıdır, amma təəssüf ki, onların həyata keçirilməsi çətindir (ən azı, bu gün). Əgər hansısa işin öhdəsindən tezliklə gələ bilmirsinizsə, yaxşı olar ki, onu təxirə salasınız. Nə qədər az xəyallara dalsanız, bir o qədər çox problemi həll edə biləcəksiniz və gününüz də məhsuldar və sakit keçəcək.

Dolça - bütün problemlərə baxmayaraq, əhvalınız korlanmayacaq. Ancaq bəzən sizin nikbinliyiniz yerinə düşmür və hətta təhlükəli olur. Odur ki, sizi mümkün təhlükələrdən çəkindirən insanlara diqqətlə qulaq asın.

Balıqlar - çətin ki, peşəkar problemlərdən qaça biləsiniz. Həmkarlarınızla münaqişələriniz mümkündür, vaxtınızın çoxunu fikir ayrılıqlarını aradan qaldırmağa sərf edəcəksiniz, bu səbəbdən də işləməyə vaxt qalmayacaq. Heç kimdən kömək, dəstək və təqdir gözləmədən müstəqil işləməyə alışmış Balıqlara isə çətinlikləri aşmaq asan olacaq.

milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm