Astroloji proqnoz - 27 iyun
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 27 iyun

Çox çətin və olduqca yorucu gündür.

Qoç - Çətin olacaq: uğurlu gün deyil. Planları ayaqüstü dəyişmək lazım gələcək. Baxmayaraq, bunu heç istəmirsiniz. Sevdiyiniz adam məyus edəcək. Onun dəstəyindən məhrum olmaqla (müvəqqəti olsa belə) özünüzə inamı da itirirsiniz. Unutmayın ki, bu gün problemlərin müzakirəsi və münasibətlərin aydınlaşdırılması üçün münasib gün deyil.
Həyat potensialı aşağıdır. Günün birinci yarısında ovqatınız yüksək olmayacaq. Axşama doğru isə əhval-ruhiyyəniz daha da pisləşəcək. Tez yatmağa dəyər: istirahət pis olmaz.

Buğa - Əvvəllər olduqca çətin, demək olar ki, həyatakeçirilməz olan işlərdə bu gün yaxşı nəticələr əldə edə bilərsiniz. İntuisiyanız çox kəskindir. Məhz onun sayəsində rəqibləriniz üçün əlçatmaz olan düzgün həll yolları tapacaqsınız. Pul gəlirləri mümkündür.
Romantik görüşlər çox yaxşı keçəcək. Sevgili Buğalar sevdikləri adamla ünsiyyətdən zövq alacaqlar. Bürcün tənha nümayəndələrini isə maraqlı tanışlıqlar və ya rəğbət bəslədikləri şəxslə təsadüfi qarşılaşma gözləyir.

Əkizlər - İş çox olacaq. Amma onlardan heç biri sizdə səmimi maraq yaratmayacaq. Başladığınız işi sona çatdırmaq üçün diqqəti cəmləşdirməyə özünüzü məcbur etməli olacaqsınız. Sizin işə münasibətiniz rəhbərliyin o qədər də xoşuna gəlmir.
Yaxınlarınızla fikir ayrılıqları mümkündür. Siz boş şeylər üstündə münaqişələrə imkan verməməyə çalışsanız da, hərdən olduqca kobudluq edirsiniz. Sonralar bunu sizə xatırladacaqlar. Alış-veriş üçün uğurlu gündür.

Xərçəng - Çox çətin və olduqca yorucu gündür. Ona görə də nəfəsinizi dərməyə, özünüzü hansı yollasa əzizləməyə çalışın. Rəğbətiniz olan insanlarla daha çox vaxt keçirin, xoşagəlməz təmasları minimuma endirin.
Ətrafınızda münaqişələr yaranacaq. Onların hamısının sizinlə birbaşa bağlılığı yoxdur. Buna baxmayaraq, siz baş verənləri ürəyinizə salırsınız. Əsəb sistemində ağırlıq artacaq.

Şir - Dincəlmək, heç bir iş görməmək pis olmazdı. Bunu özünüzə rəva görə bilərsiniz. Çünki hazırda qarşınızda ciddi problemlər yoxdur. Özünüzə inanın. Öz bədbinliyiniz qədər heç nə sizin planlarınızı poza bilməz.
Bu gün, xüsusilə, günün ikinci yarısında edilən bazarlıqlar uğurlu olacaq.

Qız - Uğurlu, fantaziyaya sərbəstlik verməyə imkan yaradan maraqlı və şən gündür. Qarşınızda yeni geniş perspektivlər açılacaq. İstənilən xarakterli işlərə başlamaq üçün bundan uğurlu gün tapa bilməzsiniz.
Bu gün ünsiyyət üçün münasibdir. Onun işgüzar, rəsmi və ya qeyri-formal, dostluq ünsiyyətinin olmasının fərqi yoxdur. Sizinlə yol yoldaşı olacaq adamlarla qarşılaşacaqsınız və yəqin ki, yeni tanışlıqlara şad olacaqsınız.

Tərəzi - Günün birinci yarısında probelmlər və çətinliklər barədə düşünmək istəməyəcəksiniz. Nə qədər qəribə olsa da, bu çox sadə taktika işə yarayacaq: vəziyyət yaxşılığa doğru dəyişəcək və bunun üçün heç bir səy göstərməyinizə ehtiyac qalmayacaq. Düzdür, yaxınlarınız sizin davranışınızı pisləyə bilərlər. Tənqidi iradlardan inciməməyə çalışın.
Günün ikinci yarısı gərgin olacaq: çoxdandır diqqət tələb edən işlərlə məşğul olmalısınız. Bir çox Tərəzilər özlərinə əsəbiləşəcəklər, ruhi vəziyyətləri pisləşəcək.

Əqrəb - İş, işgüzar danışıqlar, müqavilə bağlamaq üçün çox yaxşı cündür. Ən cəsur planların reallaşmasına kömək edəcək adamları tapacaq, həmfikirlərinizin başında olacaqsınız. Cəlbedici, bir o qədər də hürküdücü yeni təkliflər alacaqsınız. Özünüzə inanın.
Təəssüf ki, dövlət orqanlarının nümayəndələri və ya nüfuzlu şəxslərlə qarşıdurma istisna deyil. Özünüzü maksimal dərəcədə səbrli və nəzakətli aparmağa çalışın, təxribatlardan uzaq durun. Kəsilmiş romantik münasibətləri bərpa etmək istəyi yaranacaq. Amma konkret hərəkətlərə tələsməyin.

Oxatan - İşlərə bir qədər artıq həvəs götərin. Bu, sizi sezmələri və lazımi səviyyədə qiymətləndirmələri üçün vacibdir. Əgər tənbəlliyə təslim olursunuzsa, heç olmasa qızğın iş təsəvvürü yaradın. Açıq-aşkar bekarçılıq ətrafdakıları əsəbləşdirəcək.
Yaxınlarınızın qayğısına qalmağa, onların problemlərinin həllini öz üzərinizə götürməyə hazır olun. Sevgikləriniz üçün bu gün çox şey edə bilərsiniz. Ona görə də vaxt itirməməyə çalışın. Mücərrəd mövzularda söhbətlər etmək, fəlsəfi suallara cavab axtarmaq məsləhət deyil. Belə məşğuliyyətlər sıxıcı olacaq.

Oğlaq - Köhnə problemlərin həlli, əvvəllər başladığınız işlərin yekunlaşdırılması üçün münasib gündür. Əsas məsələni ikinci dərəcəlidən əla seçəcək, boş yerə vaxt və güc sərf etməyəcəksiniz. Beynəlxalq ticarət və ya başqa xarici iqtisadi fəaliyyətlə məşğul olanlar üçün çox məhsuldar gün olacaq.
Şəxsi həyatda hər şey asan və hamar deyil. Amma bu sahədə bütün problemlər həllolunandır. Bu gün yaxınlarınızla ünsiyyətdə düzgün tonu tapacaq, həm də yolundan sapanları doğru yola qaytarmağa nail olacaqsınız.

Dolça - Lazımi dərəcədə uğurlu gündür. O, yeni perspektivlər açacaq. Amma bu şansdan yararlanmaq üçün həm cəsarət, həm inad, həm də özünəinam lazımdır. Yaxşı tanıdığınız adamlara etibar edin və hələlik yalnız böyük vədləri ilə tanınanlardan uzaq durun.
Bu gün romantik münasibətlərə başlayanlardan ehtiyatlılıq tələb olunur: asanlıqla həm başınızı, həm də pulunuzu itirə bilərsiniz. Yaşlı qohumlarınızı yaddan çıxarmayın. Bu gün onların diqqətinizə həmişəkindən daha çox ehtiyacı var.

Balıqlar - Peşəkar uğurlara bel bağlamaq olar. Amma rəhbərliklə münasibətləriniz o qədər də yaxqı olmayacaq. Vəziyyəti gərginləşdirməməyə çalışın, münaqişəli vəziyyətlərdən qaçın, nüfuzlu şəxslərə hörmət nümayiş etdirin.
Ailə məsələlərinin həlli və qohumlarla gələcəklə bağlı planların müzakirəsi üçün yaxşı gün deyil. Razılaşmaq çox çətin olacaq. Həddindən artıq inadkarlıq təhlükəlidir: incikliklər asanlıqla yaranır, onları aradan qaldırmağa isə böyük əmək lazım olacaq.

milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm