Qoroskop
Astroloji proqnoz - 20 iyul
Qoç - məqsədlər arasında çaş-baş qalmayın.
Qarşınıza bir hədəf qoyun, onu prioritet sayın və əldə etməyə
çalışın. Eyni vaxtda bir neçə iş görməyin heç bir mənası
yoxdur.
Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla münaqişə
istisna olunmur.
Çətin situasiyanın məqamlarını tezliklə çözün və dürüst qərarlar
qəbul edin. Bu, peşəkarlığınızın ən bariz izharı olar.
Axşam saatlarında şəxsi münasibətlərdə cəsarətli addım ata
bilərsiniz.
Buğa - cari məsələlərin həllində nizamı
pozmayın. Xidməti, maliyyə və məişət məqamlarındakı çətinliklərin
aradan qaldırılması üçün zəruri addımlar atın. Verdiyiniz vədə əməl
edin, dediklərinizi unutmayın. Həmkarlarınız və şərikləriniz
arasında nüfuzunuza xələl gələcək situasiyanın yaranmasına imkan
verməyin.
Günün ikinci yarısında hansısa işlər əvvəlcədən hazırlanmış planda
dəyişikliklər etmək zəruridir. Seçilmiş kursdan sapmayın.
Axşam saatlarını ailə üzvlərinə həsr edin. Səmimi və qayğıkeş
olun.
Əkizlər - önəmli məsələlərin həllində ciddi
olun. Şit zarafatlar edən, təlxək təsiri bağışlayan insanlardan
uzaq durun. Tapşırıqları vaxtında yerinə yetirin. Ağır işləri
görməkdən qaçmayın.
Günün ikinci yarısında fəaliyyətiniz cari situasiyaya
uyğunlaşdırılmalıdır. Maliyyə məsələlərində diqqətli olun, sayıq
davranın. Ödənişlərin gecikməsini istisna edin.
Axşam saatlarında çətin anlar yaşasanız, yaxınlarınız sizə yardım
edəcəklər.
Xərçəng - əvvəlki anlaşmaları və sövdələşmələri
unutmayın. Yarımçıq işləri başa vurun. Fəaliyyət sahəsi ilə yanaşı,
şəxsi münasibətlərdəki anlaşılmazlıqları aradan qaldırın. Yaxın
ətrafınızdakı insanlarla maraqlarınız üst-üstə düşərsə, sərinləmiş
tərəfdaşlıq münasibətlərini bərpa etmək olar.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla kəskin mübahisələrə
başlamayın. Qarşı tərəfi dinləməyi bacarın. Əks təqdirdə tək qala
bilərsiniz.
Şir - məqsədə doğru aparan yoldakı müxtəlif
sədlər və problemləri aradan qaldırmaq üçün təşəbbüskar olun.
Situasiya o qədər də sərfəli, rahat deyil. İrəliyə doğru usanmadan,
yorulmadan hərəkət edin.
İradə əsas məsələdir.
Günün ikinci yarısında ailə üzvlərindən birinin yardıma ehtiyacı
yaranacaq. Qayğınızı əsirgəməyin. Dostlar və qohumların dediklərinə
qulaq asın, amma münasib saydığınız qərarı qəbul edin.
Xroniki xəstəliklərin yaranmasının qarşısını almağın ən yaxş yolu
müayinədir.
Qız - önəmli qərarlar və çətin danışıqlar
zamanıdır. Yaxın gələcəkdəki işləriniz, perspektivləriniz bugünkü
davranışınızdan asılıdır. İfrat dərəcədə mühafizəkar olan
hadisələrin ənənəvi axarını pozmaqdan çəkinməyin.
Günün ikinci yarısında eksperimentə başlamaq, risk etmək olar.
Şəxsi münasibətlərdə, habelə işdə yeniliklər olacaq.
Planlarınızda ehtiyatlı olun.
Axşam saatlarında yaxınlarınızla təmaslarda səbrli, soyuqqanlı
olun.
Tərəzi - çətin, qarışıq gündür. Ən sadə təsir
bağışlayan məsələlər elə çətinləşəcək ki, çıxış yolunu tapmaq
ağırlaşacaq. Məişət qayğıları təcili həllini tələb edir. İşdə
rəhbərlikdən yeni tapşırıq alacaqsınız.
Günün ikinci yarısında mürəkkəb işi qısa müddətə başa vurmaq
zərurəti ilə qarşılaşacaqsınız. Maliyyə və pul müstəvisində
əsəbləri gərəcək qarşıdurmaya başlamayın. Amma belə situasiya
olarsa, mənasız xeyriyyəçilik etməyin, borcları bağışlamayın,
maraqlarınızın tapdanmasına imkan verməyin.
Axşam saatlarında biznes və daşınmaz əmlakla bağlı məsələlərdə
maksimum dərəcədə ehtiyatlı davranın.
Əqrəb - yaranan problemləri dərhal həll edin.
Çözüm prosesini təxirə salmayın, cavab tələb edən sualların
araşdırılmasını ertələməyin. İşgüzar məsələlərin yoluna
qoyulmasında nə qədər cəsarətli olsanız, bir o qədər yaxşıdır.
Günün ikinci yarısında sevdiyiniz insanla romantik anlar
yaşayacaqsınız. Hisslərinizin sınanmasına ehtiyac duyulmur. Yalan
danışmayın, yetər.
Axşam saatlarını özünüzə həsr edin.
Oxatan - qəti qərar verməzdən əvvəl yaxşı
düşünün. Sadəlövh olmayın, hər deyilən sözə inanmayın. Elementar
təhlükəsizlik qaydalarına riayət edin. Ətrafınızdakı insanların
tələblərini birmənalı şəkildə qulaqardına vurmayın.
Günün ikinci yarısında bəlli qaydalar çərçivəsində çalışmaq sizi
çox bəlalardan hifz edəcək. Mübahisələrdə kiçik də olsa, güzəştlərə
meylli olun. Sizə qarşı tələblər və iradlarla çıxış edən insanın
sözlərinə qulaq asın.
Aqressiv olmayın.
Oğlaq - emosional baxımdan dayanıqlı olun.
Dəmir qətiyyətiniz, iradəniz və təmkininiz olmalıdır. Yaşamın az
qala bütün sahələrində qəfil hadisələr, təsadüflər sizi sınağa
çəkəcək.
Günün ikinci yarısında səbrli olsanız, potensial və resurslara
qənaət edəcəksiniz. Maliyyə məsələrində risk etməyin. Bununla belə,
şanslarınızı da vaxtında dəyərləndirin. Rəqiblərin kölgəsində
qalmayın, fatalist olmayın.
Gəlir mənbələrinizi artıra bilərsiniz. Axşam saatlarında sakit
olun, dialoqları konstruktiv məcrada qurun.
Dolça - peşəkarlıq sizdən mütəhərrik və
çeviklik tələb edir. Qətiyyətli, əzmkar olun. Kimsənin qarşısında
geri çəkilməyin. Fövqəladə vəziyyətlərdən çıxış yolunu sürətlə
arayın. Astagəl və ləng olmayın.
Günün ikinci yarısında bəzi qərarlarınızı yaxın ətrafınızdakı
insanlar bəyənməyə bilərlər. Səbrli olun, qəlb qırmayın.
Səhhətinizə ziyan vuracaq əməllər etməyin. Sınanmış vasitələr
arzuolunmaz effekt verə bilər.
Balıqlar - ehtiyatlı, sayıq olun. Əvvəllər əldə
etdiyiniz təcrübələr sizi yeni səhvlərdən hifz edəcək. Peşəkar
fəaliyyət müstəvisindəki mümkün dəyişiklikləri sakit, təmkinlə
qəbul edin.
Günün ikinci yarısında intuisiyanıza güvənərək məntiqsiz addımlar
atmayın.
Axşam saatları dostlarla görüşlər üçün əlverişlidir. Bədxərclik
etməyin.
milli.az
-
Sağlamlıq07:08
Səhər oyanan kimi 5 ədəd qoz yesəniz, görün nələr olacaq...
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov