Qoroskop
Astroloji proqnoz - 22 iyul
Qoç - günün ilk yarısından etibarən dəqiq
fəaliyyət planınızını tərtib edin. İş qrafikinizi pozmayın. Vəzifə
səlahiyyətlərinin icrasına başdansovdu, laqeyd yanaşmayın. Dərman
preparatları qəbul etməlisinizsə, bunu unutmayın.
Günün ikinci yarısında yarımçıq işlərin hamısını başa vurun.
Tərəfdaş və şəriklər qarşısındakı öhdəliklərlə vədlərinizi
unutmayın. Axşam saatları yaxınlarınızdan biri ilə ciddi söhbət
üçün əlverişlidir.
Stressdən qurtulmağa çalışın.
Buğa - problemlərin həllinə yaradıcı yanaşın.
İctmai işlərdə fayda var. Uzun müddətdən bəri başa vurmağa
çalışdığınız iş bəhrəsini verəcək.
Günün ikinci yarısında situasiya kəskin dəyişəcək. Problemlərin
sayı arta bilər. Diqqətli və sayıq olun. Zərurət yaranarsa,
planlara sürətlə, təcili dəyişikliklər edin.
Axşam saatlarında məişət qayğıları və problemlər vaxtınızı alacaq.
Yaxınlarınızın əsəbləri ilə oynamayın.
Əkizlər - qayğıların və problemlərin sayının
sürətlə artacağı gündür. Səhər saatlarından etibarən diqqətli olun.
Qüvvə və resurslarınızı boş, mənasız işlərə sərf etməyin.
Əvvəlcədən planlaşdırılmış sürətlə, bəlirlənmiş istiqamətdə hərəkət
edin.
Günün ikinci yarısında iradə və qətiyyət bəhrəsini verəcək. İşdə
rəhbərlik təşəbbüslərinizi dəyərləndirəcək. Sevdiyiniz, can
atdığınız işlə axşam saatlarında məşğul ola bilərsiniz. Ailə
üzvləri ilə birlikdə dincəlin.
Xərçəng - həddən artıq çalışaraq özünüzü
yormayın. İfrat yorğunluq fəsadlıdır. İşgüzar görüş, danışıqlar,
müzakirələr üçün günün ilk yarısı məsləhətli zamandır
Alış-verişdə bədxərclik etməyin.
Günün ikinci yarısında ailə üzvləri, qohumlarla qayğıkeş, diqqətli
olun. Onlardan uzaq durmayın. Axşam saatlarını birlikdə
keçirin.
Şir - peşəkar fəaliyyətiniz və şəxsi
həyatınızla bağlı ən ağır problemləri həll edə bilərsiniz. Yalnız
irəliyə baxın, rəqibləri geridə qoyun. Mürəkkəb, xoşagəlməz, amma
həllini təcili tələb edən məsələləri dərhal çözün.
Günün ikinci yarısında ağır işin öhdəsindən birgə fəaliyyətlə gələ
bilərsiniz. Aramla çalışın, qüvvənizə və potensialınıza qənaət
edin. Axşam saatlarında stressdən qurtulmağa çalışın.
İradəli, qətiyyətli olun. Əsla geri çəkilməyin.
Qız - izafi zərurət yaranmasa, planlarınızda
köklü dəyişikliklər etməyə can atmayın. İşlərinizi nizamlayın,
yaxın ətrafınızdakı insanlarla qarşılıqlı fəaliyyətə can atın.
Günün ikinci yarısında vurnuxmalar sizi qarşınıza qoyduğunuz
məqsəddən ayırmasın. Yeni ideyaları dərhal həyata keçirməyə
çalışmayın. Tələsməyin, atacağınız addımları yaxşı götür-qoy
edin.
Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin.
Axşam saatlarında stressdən qurtulmağa çalışın.
Tərəzi - günün ilk yarısında peşəkar
fəaliyyətinizdə aktiv olun. Qarşınıza qoyduğunuz məqsədə doğru
aktiv hərəkət edin. Kiçik problemlərə və maneələrə fikir verməyin.
Enerjili davranın, yaxın ətrafınızdakı insanları arxanızca
aparın.
Günün ikinci yarısında xidməti öhdəliklərin və tapşırıqların
öhdəsindən gəlin. Səhhətinizə fikir verin. İdmanla məşğul olun.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb - təhlükəsizliyinizə və işinizin səlis
yerinə yetirilməsinə fikir verin. Hadisələrin bir qismini nəzarətdə
saxlayın. Məntiqli olun, soyuqqanlı və təmkinli davranın.
Emosiyalara uymayın, avantür təkliflərə aldanmayın. Problemlərə
reaksiyanı qeyri-emosional səviyyəyə salın. İşin məhsuldarlığı
yüksək olacaq. Lakin ifrat dərəcədə çalışmayın.
Səhhətinizlə bağlı problem riski var.
Yardım və ya qayğı təklif olunursa, inadkarlıq etməyin. İşin "zəif
həlqə"sini nəzarətdə saxlayın.
Yeni maraqlar üçün yaşam arealında gərəkli məkan yaradın.
Oxatan - çoxdan bəri yığılıb qalmış iddialar və
tələblər bu gün aşkarlana bilər. Ünsiyyətdə normal inetsivliyi
qoruyaraq səmimi və gülərüz qalmaq çətindir.
İşinizi yerinə yetirin, tapşırıqları və öhdəlikləri unutmayın. Yeni
işə və ya layihəyə başlamayın. Təmkinli, soyuqqanlı davranın.
Qəfil xəbər və ya təxribatların yaratdığı emosiyaya uyaraq dərhal
reaksiya verərək düşünülməmiş addımlar atmayın.
Yeniliklər yeni imkanlar yaradır.
Oğlaq - perspektivdə başlanacaq layihələr və ya
işlərlə bağlı gərgin mübahisələrə qatılmayın, enerjinizi mənasız
işlərə sərf etməyin. Cari işlərə yetərincə vaxt ayırın.
Təxirəsalınmaz müdaxilə tələb edən işlərdə aktiv olun.
Təəssüratlar, tələblər, iddialar və dəvətlər çoxdur.
Axşam saatlarını özünüzə həsr edin.
Dolça - tələskənliyə qapılmayın. Kəmhövsələlik,
səbirsizlik ağır fəsadlı yanlışlıqlarla bitə bilər. Seçdiyiniz
yoldan sapmayın. Qarşınıza qoyduğunuz məqsədə tez çatmaq istəsəniz
də, hadisələri tələsdirməyin. Hər şey öz axarında olmalıdır.
Günün ikini yarısında sınaqlardan üzüağ çıxmağa can atın. Tərəfdaş
və şəriklərin təkliflərini praqmatikcəsinə dəyərləndirin.
Axşam saatlarında gəzintiyə çıxın.
Balıqlar - təcrübəli həmkar və tərəfdaşların
mövqelərini nəzərə alın. Yaşlı insanların məsləhətlərini
qulaqardına vurmayın. Məşğul olduğunuhz məsələ ilə bağlı sizdən
daha çox informasiyaya malik şəxsləri səbrlə dinləyin.
Günün ikinci yarısında qarşı tərəfin fikri sizin mövqelərinizdən
köklü şəkildə fərqlənsə də, səbrli və soyuqqanlı olun. Sayğılı
davranın. Maliyyə, hüquqi, əmlak məsələlərinin qaydaya salınması
üçün yaxşı zamandır.
Yaxınlarınızla danışanda ifrat tənqidə varmayın, kobud sözlər
söyləməyin.
milli.az
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI