Qoroskop
Astroloji proqnoz - 24 iyul
Qoç - çalışarkən yaradıcı nüsnaları unutmayın.
Yeni sahələrə və ya istiqamətlərə maraq yaranacaq. Problemlərin
həllində trisial olmayın. Düşüncəniz orijinal, qərarlarınız
innovativ olsun.
Sınanmış, köhnə metodlar günün ikinci yarısında işlək olmaya bilər.
Eksperimentlər etməkdən qorxmayın. Yeni layihəyə başlamaq üçün
əlverişli zamandır. Ailə üzvləri ilə ünsiyyətdə səmimi, qayğıkeş
olun. Qarşınızdakı insanı anlamağa çalışın.
Buğa - ən başlıca məsələ öz qüvvənizə inanmaq,
bədgüman olmamaqdır. Çətin vəziyyətdə, ağır situasiyada ruhdan
düşməyin. Qətiyyət və nikbinlik uğurun yarısıdır.
Günün ikinci yarısında formalaşan situasiyanı məntiqlə çözməyə
çalışın. Çətinlikdən qurtulmaq üçün innovativ qərarlara ehtiyac
duyulur. Mühüm məsələləri ailə üzvləri ilə müzakirə etmək olar.
Yaxın gələcəklə bağlı planlarınızı yalnız etibar etdiyiniz
insanlarla bölüşə bilərsiniz.
Əkizlər - yeni perspektivlər yaranır.
Kommunikativ olun, problemlərin həllinə yaradıcı yanaşın.
Maraqlarınızı bölüşəcək həmfikirlərin sayı arta bilər. Cari işlərdə
sizə dəstək ola biləcək insanı arayın.
Günün ikinci yarısında köhnə tanışlardan biri ilə qarşılaşa
bilərsiniz. Kəsilmiş münasibətlər arasında bərpaya ehtiyac
duyulanlar var. Hisslərə qapılmayın, emosional addımlar
atmayın.
Axşam saatlarında yarımçıq işləri tamamlayın.
Stressdən qurtulmağa çalışın.
Xərçəng - günün ilk yarısından etibarən
situasiyada gərgin məqamların sayı artacaq. Nəzərdə tutulmamış
gecikmələr, təxirəsalmalar olacaq. Yaxın ətrafınızdakı insanlarla
münasibətləri pozmayın. Hisslərinizə hakim olun.
Günün ikinci yarısında həmkarla və ya şəriklə kəskin mübahisələr
etməyin. İmpulsiv davranış durumu ağırlaşdıra bilər. Soyuqqanlı
olun. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Gəzintiyə çıxa bilərsiniz.
Şir - bir müddət əvvəl işlərinizdə başladığınız
fasilə artıq başa çatmalıdır. Aktiv olun, irəliyə doğru hərəkət
edin. Yaxın ətrafınızdakı insanlarla səmimi davranın.
Günün ikinci yarıında sakit olun, amma mövqelərinizdən əsla geri
çəkilməyin. Diqqətli çalışın, xırdalıqlara və detallara fikir
verin. Liderlik məziyyətlərinizi nümayiş edirin. Gərəkli insanlarla
əlaqələr qurun.
Təcrübəli insanların biliklərindən yararlanın. İradəli olun,
zəifləməyin.
Qız - yeni maraqlara aludə olaraq məqsədi
unutmayın. İşin zərərinə olacaq addımlar atmayın. Əks halda işdə
rəhbərliyin narazılığı, həmkarların qəzəbi ilə qarşılaşa
bilərsiniz.
Nəzərdə tutulmayan, qəfil gəlir istisna deyil.
Günün ikinci yarısında əldə etdiyiniz pulları səpələməyin.
Bədxərclik etməyin. Maliyyə vəsaitinizin qədrini bilin. Pulları
yaxşı işə, faydalı layihəyə yatırmaq olar.
Yaxınlarınızla münasibətlərdə soyuqqanlı davranın. Mənşəyi naməlum
xəbərlərə inanmayın. Səbrli, sakit olun.
Tərəzi - uzunmüddətli planlar qurmayın.
İllüziyalara qapılaraq imkanlarınızı olduğundan artıq
dəyərləndirməyin. Ən yaxın vaxtlara hesablanmış işə başlayın və
nəticəyə maksimal dərəcədə sürətlə nail olun.
Günün ikinci yarısında sifarişin və ya tapşırığın öhdəsindən gəlmək
üçün təcrübənizə güvənin. Məişət qayğıları sizə axşam saatlarında
normal istirahət etməyə imkan verməyəcək. İmkan varsa, evdən çıxın,
əylənin.
Əqrəb - qarşınıza qoyduğunuz məqsədə çatmaq
üçün qətiyyətli və ötkəm olun. Müvəqqəti çətinliklər sizi ruhdan
salmasın. İradəli davranın. Hədəfləri konkretləşdirin,
istəklərinizi təftiş edin.
Günün ikinci yarısında nə qədər çox işləsəniz, o qədər sürətli
irəliləyişə nail olacaqsınız. Yaradıcılıq üçün gərəkli zamandır.
Ailə üzvlərinin qayğılarına biganə qalmayın.
Axşam saatlarında təkbaşına da istirahət edə bilərisniz.
Oxatan - ən mürəkkəb və çətin məsələləri həll
edə bilərsiniz. Yeni layihələrə başlamaq, işləri intensivləşdirmək
zamanıdır. Biliklərinizi artırın, təcrübənizi daha səbatlı
edin.
Günün ikinci yarısında ideyalar mübadiləsi yaxşı nəticələr verəcək.
Yeni dostluq əlaqələrinin təməlini qoyun. Mövcud təmaslardakı
anlaşılmazlıqları aradan qaldırın.
Ailə üzvləriniz sizi sevindirəcək.
Oğlaq - adi günldərdən fərqli olaraq bu gün
ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Mövqeləriniz,
fikirləriniz laqeydliklə qarşılanır. Cari işlərin həllində
prinsiplərinizə xəyanət etməyin.
Günün ikinci yarısında situasiyanı obyektiv dəyərləndirin.
Proseslər əvvəlcədən nəzərdə tutduğunuz məcrada getməzsə,
təlaşlanmayın. Ciddi narahatlıq üçün heç bir səbəb yoxdur.
Axşam saatlarında ağır fiziki işlərlə məşğul olmayın. Dostlar və
qohumlarla birlikdə vaxt keçirin.
Dolça - günün ilk yarısından təcili həllini
tələb edən işlərin sayı artacaq. Zaman keçdikcə situasiyada
nizamlanma hiss olunacaq, çətinliklərin sayı azalacaq. Uzun
müddətdən bəri gördüyünüz işlə bağlı irəliləyişlər müşahidə
olunacaq.
Günün ikinci yarısında səfər, ezamiyyət, səyahət istisna deyil.
Yaxşı perspektivlər vəd edən tanışlıq olacaq. Yaxın ətrafınızdakı
insanlarla qarşılıqlı əməkdaşlığı gücləndirin. Səmimi, qayğıkeş
olun.
Balıqlar - səhər saatlarından etibarən maliyyə
məsələlərinin həlli çətinləşə bilər. Maddi problemlərə rəğmən
narahat olmayın. Saatlar keçdikcə situasiya sabitləşəcək. Təmkinli
və səbrli olun.
Günün ikinci yarısında öhdəliklər və vədlərin yerinə yetirilməsi
sizdən əvvəlki vaxtlarla müqayisədə daha çox eneji, zaman tələb
edəcək. Ruhdan düşməyin. Hər şey yaxşı olacaq.
Axşam saatları müsbət emosiyalar vəd edir. Sevdiyiniz insanla
aranızdakı fikir ayrılıqları aradan qalxacaq.
milli.az
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı