Qoroskop
Astroloji proqnoz - 27 iyul
Qoç - şərtiliyi bir kənara atın. Problemləri
qeyri-trivial yollarla həll etməyə çalışsanız, səyləriniz uğurla
başa çatacaq. Sürətlə çalışın, tez qərarlar qəbul edin.
İntuisiyanıza güvənin. Yaradıcılıq enerjiniz çoxdur.
Günün ikinci yarısında nikbin olun. Məqsədə doğru aparan yolda
qarşınızı kəsə biləcək yeganə məqam heç bir ehtiyac duyulmadığı
təqdirdə nüansları mürəkkəbləşdirməyin.
Həddən artıq emosionallıq əhvalınıza mənfi təsir edəcək. Axşam
saatlarında hər hansı formada aktiv fəaliyyətlə məşğul olmayın.
Səs-küylü əyləncələrə qatılmayın.
Ailəvi istirahətə üstünlük verin.
Buğa - gün ərzində diqqəti əldən verməyin.
Fatalist olmayın, hər şeyi taleyin ümidinə buraxaraq ətalətlə
davranmayın. Əzmkar olsanız, çətin problemlərin öhdəsindən gələ
bilərsiniz. Kimsədən çəkinməyin, qorxmayın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla qarşılıqlı
inama və etibara əsaslanmış təmaslar qurun. Yaxınlarınızla
münasibətləri aydınlaşdırmağa çalışmayın.
Köhnə inciklikləri xatırlayaraq işgüzar tərəfdaşla mübahisələrə
rəvac verməyin.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - bu gün sözlər yox, əməllər önəmlidir.
Borcları ödəyin. Kreditlərlə bağlı ödənişləri gecikdirməyin.
Maliyyə öhdəliklərinizi unutmayın. Nəzərdə tutulmamış, qəfil alış
üçün böyük məbləğdə pula ehtiyac yarana bilər.
Günün ikinci yarısında uğura nail olmaq istəyirsinizsə,
məsləhətlərə qulaq asmayın. İşin öhdəsindən yaxşı bildiyiniz üsul
və vasitə ilə gələ bilərsiniz. Uzaqgörən olun, sizi gözləyən
təhlükələri təxminləməyi bacarın.
Axşam saatlarını evdə keçirmək əvəzinə ailə üzvlərini də götürüb,
təbiət qoynuna yollanın.
Xərçəng - adi, gündəlik qayğıların çözümü və
rutin işlərin görülməsi üçün əlverişli zamandır. Uğurunuz fatumdan
yox, bilik və bacarıqlarınızdan asılıdır. Riskli anlaşmalar,
sövdələşmələr məsləhət deyil. İşgüzar tərəfdaşlardan və ya
inandığınız insanlardan biri maraqlarınıza zidd hərəkət edəcək.
Təəssüflənməyin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə sərinlik
yaratmayın. Səhhətinizə fikir verin. Yarımçıq qalmış işi başa
vurun.
Axşam saatlarında əyləncə məkanına yollana bilərsiniz.
Ehtiyatı əldən verməyin.
Şir - vurnuxma, tələskənlik, əsəblərin tarıma
çəkilməsini vəd edən gündür. Uğursuz situasiya problemlərin sayını
artıracaq. Buna rəğmən, əhvalınızı pozmayın. Nikbin olun.
Yaradıcılıq enerjisi və aktivlik bir sıra çətinlikləri həll etməyə,
maneələri keçməyə imkan verəcək.
Günün ikinci yarısında yaxınlarınızla ünsiyyətdə diqqətli olun.
Qəfil sözlər kiminsə xətrinə dəyə bilər. Ürək qırmayın. Axşam
saatlarını istirahətə həsr edin.
Qız - proseslər və baş verən hadisələr sizdən
həm əqli, həm də fiziki aktivlik tələb edir. Az danışıb, çox iş
görün. Qarşınıza qoyduğunuz hədəfləri təftiş edin. Bitkin
konsepsiyanız olmalıdır.
Günün ikinci yarısında çətin məsələnin həllində, müşkülün
çözülməsində həmkarın və ya tanışın məsləhəti dadınıza çatacaq.
Sevdiyiniz insan sizə tam dəstək verəcək. Onun qayğısına qalın.
Axşam saatlarında stressdən qurtulun.
Tərəzi - asan qələbələrə bel bağlamayın.
Nəzərdə tutduğunuz işləri çətinliklə həyata keçirəcəksiniz.
Nəticələr isə sizi sevindirəcək. Çalışdığınız kollektivdə
mövqelərinizi möhkəmləndirə bilərsiniz.
Texniki fəaliyyətlə məşğul olanlar üçün münasib zamandır.
Günün ikinci yarısında sevdiyiniz insanın tələblərini və irandaları
nəzərə alın. Heç bir səbəb olmadan münaqişəyə başlamayın.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Əqrəb - adi günlərlə müqayisədə daha
qətiyyətli, iradəli olun. Xırda məsələlər sizi çaşdırmasın, ruhdan
salmasın. Kiçik detallar işinizin son nəticəsinə ciddi təsir edə
bilər. Çevik, mütəhərrik olun. Bütün məsələlərdə rəqibləri
qabaqlamaq üçün yollar arayın.
Günün ikinci yarısında fəaliyyət müstəvisində və ya məişət
məsələlərində qeyri-standart düşünmək gərəkdir. Yaxınlarınızla
münasibətlərin müəyyən korreksiyaya, yenilənmələrə ehtiyacı
var.
Axşam saatlarında açıq söhbətə zərurət duyulur.
Oxatan - sayıq və diqqətli olun. Ən kiçik
səhvin fəsadları böyük, ağrılı ola bilər. Emosional davranmayın.
Hisslərə qapılsanız, məqsədə doğru aparan yoldan sapmaq təhlükəsi
yaranacaq. Maliyyə məsələlərində risk etməyin. Şübhəli
əməliyyatlara qatılmayın.
Günün ikinci yarısında əmək kollektivində haqqınızda şayiələr və
intriqalar yarana bilər. Çətin situasiyanı danışıqlarla,
müzakirələrlə çözməyə çalışın. Yaxınlarınızla təmaslarda həssas
olun. Ötənlərdəki inciklikləri bağışlamağa, müvəqqəti də olsa,
unutmağa çalışın.
Axşam saatlarında normal istirahət etmək gərəkdir.
Oğlaq - rutin məsələlərin həllində təşəbbüskar
olun. İdeyalarınızı daha səmimi şəkildə söyləyin. Qarşı tərəfin
mövqelərini mütləq şəkildə nəzərə alın. Tənqid və iradların sayını
artırmayın. Aqressiv davranmayın.
Günün ikinci yarısında emosiyalarınıza hakim olun. Uğurların sayını
artırmaq istəyirsinizsə, prosesləri izləyin, şansları
dəyərləndirin.
Axşam saatlarında dəyər verdiyiniz insanlarla münaqişə və mübahisə
etməyin. Birgə fəaliyyət üçün o qədər də yaxşı zaman deyil.
Dolça - günün ilk yarısından etibarən
hadisələrin intensivliyi artacaq. Mühüm, önəmli məsələlərin həllini
gecikdirməyin. Bəzi məqamlarda lider mövqeyi tutmalı, yaxın
ətrafınızdakı insanları arxanızca aparmalısınız.
Günün ikinci yarısında birgə layihədəki tərəfdaşınızın dediklərinə
qulaq asın. Kobud və qaba insan təsiri bağışlamayın. Yaxınlarınız
arasında çətinə düşmüş insana yardım etməyi unutmayın.
Səhhətinizin və sağlamlığınızın ziyanına olaraq qəhrəmanlıq
etməyin. Cari situasiyanın təfərrüatlarına varın.
Balıqlar - çalışdığınızı kollektivdəki ümum
ab-havaya rəğmən fikrinizi və mövqeyinizi söyləməkdən çəkinməyin.
Rəhbərlik təşəbbüsünüzü dəyərləndirə bilər. Mövqeyinizi
arqumentlərlə möhkəmləndirməyi unutmayın.
Günün ikinci yarısında işgüzar tərəfdaşlardan biri və ya şəriklə
münasibətləriniz gərginləşə bilər. İstehsalat, biznes, kommersiya
və ya təhsil məsələlərində təcrübəsiz insanlara güvənməyin. Axşam
saatlarında səhhətinizin qayğısına qalın.
Orqanizm sınaq vasitəsi deyil.
milli.az
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA