Qoroskop
Ən QƏZƏBLİ və TƏHLÜKƏLİ bürclər - Onlarla ehtiyatlı davranın!
Bəzi insanlarla ehtiyatlı davranmaq lazımdır.
Publika.az xəbər verir ki, bürclər arasında Qoçla Əqrəb aqressiv rəftarı ilə xüsusilə seçilir.
Qoç
İdarəedici və enerjili Qoçları impulsiv Mars planeti idarə edir. Yaxşı əhval-ruhiyyədə Qoç çox gözəl dost və yoldaşdır. Onunla darıxmırsan, çünki tənbəl deyillər. Bu bürclər istənilən məsələdə sizə kömək etməyə həmişə hazırdır. Lakin Qoçlar pis əhval-ruhiyyədə olan zaman onları bərk hirsləndirərsiniz, sizi əsl od qasırğası udacaq. Bu da təbiidir, axı Qoçlar Od ünsürünə aid edilir.
Qoç hirsli və inadkar olur, onlarla razılaşmaq çətindir, çünki onlar heç də həmişə həmsöhbətinin məntiqi dəlillərini dinləmək istəmir. Bu zodiak işarəsinin kişiləri çox vaxt düşünürlər ki, bəzi məsələləri yalnız yumruqla həll etmək olar.
Əqrəb
Bu zodiak nişanı da Mars planetinin himayəsi altında yerləşir. Əqrəblər adətən sakit və gülərüzdür. Onları kimsə sadəlövh hesab edə bilər. Amma belə deyil, hər kəs çox gözəl bilir ki, əmin-amanlıq pərdəsi altında vaxtaşırı olaraq güclü emosiya qasırğası cərəyan edir. Bu bürclər də təbiətən mənsub olduqları Su ünsürünə həssaslıq göstərir.
Yeri gəlmişkən, Əqrəb öz hisslərini nadir hallarda nümayiş etdirir, onları adətən özündə saxlamağa üstünlük verir. Amma onun səbr kasasını daşırsanız, onda dağıdıcı gücə sahib qəzəbə tuş gələcəksiniz. Belə məqamlarda Əqrəblər həddən artıq sərt, hətta qəddar olur.
Aytən
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR